Azərbaycanda Playstation klubları ilə bağlı ARAŞDIRMA BAŞLADI RƏSMİ
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
"Hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakı şəhəri və regionlarda fəaliyyət göstərən "Playstation" klublarında azyaşlıların seksual münasibətləri və cinsi zorakılıq hadisələri ilə bağlı araşdırma aparır".
Oxu.Az xəbər verir ki, bunu "Teleqraf"a açıqlamasında komitənin sədri Bahar Muradova deyib.
Onun sözlərinə görə, ekspertlər və digər müvafiq nümayəndələr uşaqların oyun oynadıqları müxtəlif salonlara baxış keçirir və onların standartlara uyğun olub-olmadığını, eləcə də oradakı problemləri araşdırırlar:
"Əgər kimsə bu kimi hallarla rastlaşsa, yaxud bununla bağlı informasiya əldə etsə, öncə Komitəyə və müvafiq orqanlara məlumat versin. Mətbuata məlumat verməzdən əvvəl Komitəyə bildirin ki, biz işi görək və nəticəsi barədə informasiya verək", - deyə B.Muradova vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 24 Aprel 2025 01:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















