Rəsmi Bakı: Şimali Kiprdən olan qardaşlarımız Azərbaycanın dəstəyinə əmin ola bilərlər
Icma.az, Bizimyol saytına istinadən bildirir.
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib.
Ölkələr arasında çox yaxşı qardaşlıq münasibətlərinin mövcudluğuna toxunan azərbaycanlı diplomat Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın Azərbaycanda səfərdə olduğunu bildirib:
“Azərbaycan Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi üzv statusuna malik olan Şimali Kiprin təşkilat daxilindəki fəaliyyətini bundan sonra da dəstəkləyəcək. Məsələyə daha geniş yanaşsaq, Şimali Kipr ilə Yunanıstan tərəfinin hüquqları ədalətli şəkildə təmin edilməlidir. Bütün amillər, o cümlədən tarixi, əxlaqi və beynəlxalq hüquq nəzərə alınmalıdır. Yalnız bu şəkildə nizamlanma yolu tapmaq olar. Əminik ki, bu məsələ həll olunacaq. Şimali Kiprli qardaşlarımız bu məsələdə Azərbaycanın dəstəyinə hər zaman əmi ola bilərlər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 13 Aprel 2025 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















