Icma.az
close
up
RU
Türk dövlətlərinin qərarından təəssüfləndik Şimali Kiprdən ÖZƏL AÇIQLAMA

Türk dövlətlərinin qərarından təəssüfləndik Şimali Kiprdən ÖZƏL AÇIQLAMA

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qazaxıstan, Türkmənistan və Özbəkistan Kiprin yunan tərəfi ilə diplomatik münasibətləri gücləndirməsi son günlər ən çox müzakirə olunan məsələlərdəndir.

Kiprin yunan idarəçiliyi altında olan Cənubi hissəsi ilə diplomatik münasibətlərin qurulması və bu ölkəyə səfir göndərilməsi Avropa İttifaqı (Aİ) və Mərkəzi Asiya ölkələri arasında 4 aprel 2025-ci ildə Səmərqənddə keçirilmiş zirvə görüşündən öncə baş verib. Zirvə görüşü Avropa İttifaqı ilə Orta Asiya ölkələri arasında iqtisadi və strateji münasibətlərin dərinləşdirilməsi məqsədi daşıyırdı.

Qazaxıstan bu istiqamətdə ilk rəsmi addımı atan ölkə olub, 2025-ci ilin yanvarında Kipr ilə qarşılıqlı səfir təyinatını həyata keçirib. Özbəkistan isə artıq 1997-ci ildən diplomatik münasibətdə olduğu Kiprə ilk dəfə rəsmi səfir təyin edib. Türkmənistan da martın 31-də İtaliyadakı səfirini Kiprə akreditə edib.

Səmərqənd Zirvəsində qəbul edilən birgə bəyanatda tərəflər beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət ediləcəyini təsdiqləyib. 

Qeyd edək ki, Şimali Kipr Türk Dövlətləri Təşkilatının (TDT) müşahidəçi üzvüdür. 2024-cü ildə Şimali Kipr Prezidenti Ersin Tatar Bişkekdəki TDT Zirvəsinə fəxri qonaq kimi qatılıb. O, Bakıda keçirilən tədbirlərdə də iştirak edib.

Modern.az-a özəl açıqlamasında Şimali Kipr Türk Respublikasının parlamentinin spikeri Zorlu Töre Qazaxıstan və Türkmənistanın yunan Kiprində səfirlik açmasından təəssüfləndiyini söyləyib:

“Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin  tanınmağını gözlədiyimiz halda, belə bir hadisə yaşandı. Təbii ki, kədərliyik. Şimali Kipr Türk Respublikası TDT-də müşahidəçi üzvdür. Müşahidəçi üzvlüyün daimi üzvlüyə çevrilməsini gözlədiyimiz halda bəzi Türk respublikalarının Cənubi Kiprdə səfirlik açmağı təbii ki, bizləri təssüfləndirib. İnşallah, Şimali Kipr Türk Respublikasının müstəqilliyini də tanıyarlar, burada səfirlik açarlar. Ən azından səhvlərini belə kompensasiya edərlər. Yəni qəbul eləsək də, eləməsək də belə addım atdılar. Amma yenə deyirəm ki, bundan kədərləndik”. 

Z.Töre bu addımın atılmasında xarici faktorların da ola biləcəyini istisna etməyib:

“Bu addımların atılmasında Avropa İttifaqınınmı, Rusiyanınmı rolu olub hazırda bilmirik. Düşünürəm ki, bununla bağlı Avropa İttifaqının təsiri olub. Düşünək ki, qısa zamanda bu səhv kompensasiya ediləcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev də Bakıda bu gün keçirilən konfrans zamanı Şimali Kipr məsələsinə toxunub. Prezident deyib ki, Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasında fəal rol oynayıb.

"Biz bu məsələni fəal şəkildə müdafiə edən ölkələrdənik. Prezident Tatar təşkilatın Şuşa şəhərində qeyri-rəsmi Zirvə toplantısına dəvət olundu və orada iştirak etdi. Şimali Kiprin bayrağı da orada dalğalanırdı", - dövlət başçısı qeyd edib.

Dövlətimizin başçısı əlavə edib ki, Azərbaycanın siyasəti hər zaman aydın olub: “Biz hər zaman qardaşlarımızın yanındayıq. Bizim siyasətimiz hər zaman aydın olub. Bizim bu sahədə hər hansı başqa gündəliyimiz yoxdur. Biz yalnız qardaşlarımıza necə kömək edə biləcəyimiz haqda düşünürük ki, onlar öz dövlətlərini qoruyub saxlaya bilsinlər. Onlar buna tarix və əməlləri baxımından layiqdirlər".

Vaxtilə BMT-nin Baş katibi tərəfindən referendum elan edilən zaman Türkiyə Kiprinin birləşməyə, yunan Kiprinin nümayəndələrinin isə bunun əleyhinə səs verdiklərini xatırladan Prezident qeyd edib: “Baxın, nə baş verdi? Yunan Kipri Avropa İttifaqına üzv qəbul olundu. Bu ədalətlidirmi? Yəni, bu, ikili standartın bariz nümunəsi idi və siyasətçilər bu haqda danışmaq istəmirlər. Yəni, onlar başlarını ağrıtmaq istəmirlər və bu haqda danışsalar, onlara başağrıdan başqa da problemlər yarana bilər. Ona görə də Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm, biz hər zaman sizinlə olacağıq ki, ölkəniz müstəqil dövlət kimi təsis edilsin və beynəlxalq ictimaiyyət tərəfindən tanınsın”.

Türkiyə Böyük Millət Məclisinin Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan deputatı Yaşar Yıldırım isə ümid edir ki, TDT-yə üzv olan 3 ölkə Şimali Kiprdə də səfirlik və ya konsulluq açacaq.

"Yəqin yunan tərəfində səfirlik açıblar, türk tərəfində də açarlar, tələsməyin. Bu siyasətdir. Şimali Kipr Türk Respublikasının dünyada Türkiyədən başqa tanıyan yoxdur. Yunan Kiprini isə dünyanın əksəriyyəti tanıyır. Oranı tanımadan, buranı tanısan beynəlxalq əlaqələr və siyasətən problem yarana bilər. Qoy, orada səfirliklərini açsınlar, sonradan inşallah Şimali Kiprdə də səfirlik açarlar".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Aprel 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri