Icma.az
close
up
RU
Azərbaycanın növbəti beynəlxalq uğuru

Azərbaycanın növbəti beynəlxalq uğuru

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sahib Şükürov,

YAP Göyçay rayon təşkilatının sədri

Beynəlxalq aləmdə xüsusi yeri və çəkisi olan, dünyada yüksək etmad qazanmış, qlobal problemlərin həll edildiyi məkana çevrilən Azərbaycan daha bir mötəbər, əhəmiyyətli tədbirə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etdi. Dünya ictimaiyyətinin diqqətini iqlim dəyişikliklərinin yaratdığı problemlərə yönəldən bu mötəbər tədbir işini uğurla başa çatdırdı və bu mühüm hadisə Azərbaycanın növbəti beynəlxalq uğuru kimi tarixə düşdü.

Prezident İlham Əliyev əsasını xalqımızın ümummilli lideri Heydər Əliyevin qoyduğu  uzaqgörən və müdrik siyasəti zamanın tələblərinə uyğun olaraq uğurla davam etdirir. COP29-un Azərbaycanda keçirilməsi məhz bu düzgün yürüdülən  siyasətin nəticəsidir. Bu qərar ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığı fəal rolun dəyərləndirilməsidir.

Azərbaycan birinci dəfə deyil ki,  bu cür qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Ölkəmizin belə tədbirləri keçirmək  üzrə böyük təcrübəsi var. “Avroviziya” musiqi yarışması, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları kimi böyük tədbirlər ölkəmizdə uğurla  keçirilib. Təbii ki, COP29-un Azərbaycanda keçirilməsinə qərar veriləndə ölkəmizə olan hörmət, etimadla yanaşı bu amil də əsas rol oynayıb. Eyni zamanda Azərbaycanın yaşıl enerjiyə sürətli keçidi, iqlim dəyişmələri ilə mübarizə sahəsində atdığı addımlar, bu istiqamətdə irəli sürdüyü təşəbbüslər  bu qərarın qəbuluna əhəmiyyətli dərəcədə təsir edib.

Tədbir noyabrın 11-də başladı və ən yüksək səviyyədə keçirildi. 200-ə yaxın ölkədən Azərbaycana gələn  xarici qonaqlar, 12 gün ərzində ölkəmizin gözəlliyinə, xalqımızın mehribançılığına , qonaqpərvərliyə və  nümunəvi təşkilatçılığa  şahidlik etdilər.

 Media mənsublarının fəaliyyətləri üçün hər cür lazımi şərait  yaradılmışdır. Bu da tədbirdə aparılan müzakirələrin,  alınan qərarların,  bütün dünyada geniş işıqlandırılmasına şərait yaradırdı. Bütün bunlar həm də COP29 timsalında ölkəmizin ən gözəl tanıtımı idi desək yanılmarıq.

COP29  olduqca əhəmiyyətli qərarların qəbul edilməsi ilə yadda qaldı. Hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi barədə razılığın əldə olunması tədbirdə qəbul olunan ən önəmli qərarlardan biri idi. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. Bu əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir. Bu COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan tarixi uğurdur.

COP29-da Paris Sazişinin 6-cı maddəsinin tam şəkildə işlək vəziyyətə gətirilməsi  ilə bağlı razılıq əldə olundu. Bu da COP29 Sədrliyinin önəm verdiyi əsas prioritet məsələlərdən biri idi. Qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq.

2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrimin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması  COP29-da əldə olunan əsas nailiyyətlərdəndir. Fondun 2025-ci ildən əməli fəaliyyətə başlaması nəzərdə tutulur.

Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29  təşkilatçılıq, iştirak, eyni zamanda  əldə olunan nəticələrə görə tarixi tədbir oldu.  Ölkəmiz belə beynəlxalq tədbitə ev sahibliyi etməklə bir daha yüksək səviyyəli təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Noyabr 2024 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see339

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see260

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see258

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see246

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see233

“Abşeron Logistika” 2025 ci ili 77 milyon manat gəlir və 6,2 milyon manat xalis mənfəətlə başa vurub

22 Sentyabr 2026 12:55see232

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see231

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see223

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see222

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see220

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see220

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see217

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see216

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see216

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see211

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see205

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see203

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see201

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see200

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri