Icma.az
close
up
RU
Azərbaycanın “Nürnberq prosesi”: Seperatçıların məhkəməsi və tarixi ədalətin bərpası

Azərbaycanın “Nürnberq prosesi”: Seperatçıların məhkəməsi və tarixi ədalətin bərpası

Aznews.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bu məhkəmə prosesini və oradakı açıqlamaları çox mühüm bir məsələ hesab edirəm. Mən özüm də bu prosesdə iştirak etmişəm. Bir neçə gün əvvəl yenidən məhkəmə iclasında iştirak etdim və prosesi böyük diqqətlə izləyirəm. İstər canlı şəkildə iştirak edərkən, istərsə də mediada səslənən məlumatları izlədikcə, bu məsələnin nə qədər önəmli olduğunu bir daha anlayıram. Hesab edirəm ki, bu məhkəmə prosesi Azərbaycanın “Nürnberq prosesi” adlandırıla bilər. O qədər əhəmiyyətli bir məsələdir ki, burada səsləndirilən ifadələr əsasında Ermənistanın indiki rəhbərliyi, keçmiş rəhbərləri və bir sıra siyasi-hərbi şəxslər barəsində Azərbaycan tərəfindən hüquqi tədbirlər görülə bilər”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Xatırladaq ki, seperatçıların məhkəməsi zamanı təqsirləndirilən şəxslər Xocalı soyqırımının əsas təşkilatçıları barədə mühüm ifadələr veriblər. Keçmiş qondarma rejimin “prezidenti” Arkadi Qukasyan bildirib ki, faciə zamanı separatçılara Artur Mkrtçyan, hərbçilərə isə “Komandos” ləqəbli Arkadi Ter-Tadevosyan rəhbərlik edib. O, həmçinin qeyd edib ki, həmin dövrdə “özünümüdafiə qüvvələri”nin başında Serj Sərkisyan olub. Qeyd edək ki, Sərkisyan 2000-ci ildə britaniyalı jurnalist Tomas de Vaala verdiyi müsahibədə Xocalıda törədilən cinayətləri etiraf etmişdi.

Siyasi şərhçi bildirib ki, bəziləri barəsində artıq cinayət işi açılıb, digərləri ilə bağlı da cinayət işinin açılması mümkündür və onların Azərbaycana gətirilməsi reallaşa bilər.

“Biz, əslində, bu gün məhkəmə qarşısında cavab verən şəxslərin belə bir prosesə cəlb olunacağına inanmırdıq. Heç ağlımızdan da keçmirdi ki, onlar bir gün Azərbaycan məhkəməsi qarşısında dayanacaq, mühakimə olunacaqlar. Bu məsələnin bu həddə çatdırılması, gerçəkləşməsi bizim üçün də bir növ möcüzə oldu. İllərlə tələb etdik, umduq, gözlədik, amma baş verəcəyinə tam əmin deyildik. İndi isə görürük ki, bu proseslər gerçəkləşir və Azərbaycan bu məsələdə öz sözünü deyir. Təbii ki, gələcəkdə Serj Sarkisyan və digər şəxslərin də Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilməsi və ölkəyə gətirilməsi mümkündür. Bu isə bir daha ilahi ədalətin bərpası anlamına gələcək. Çünki həmin şəxslər Azərbaycan vətəndaşlarının qanına batsa da, artıq ədalət öz yerini tapır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:20
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 23 Aprel 2025 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Uşaqlarla əlaqə qurmağın ən yaxşı 5 YOLU

22 Aprel 2025 19:47see154

Vardanyanın məhkəməsi keçirilib

22 Aprel 2025 19:32see138

Coca Cola , yoxsa Pepsi ?

23 Aprel 2025 00:23see136

Kart məlumatlarımızı öz əllərimizlə dələduzlara necə təhvil veririk? AÇIQLAMA FOTO

22 Aprel 2025 19:03see125

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see124

Ərəb Dövlətləri Liqasının sammiti Moskvada keçiriləcək

22 Aprel 2025 19:23see124

Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

23 Aprel 2025 00:14see121

Nazir Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək FOTO

23 Aprel 2025 10:53see119

UEFA Polşa klubunu cəzalandırdı

22 Aprel 2025 23:01see117

İlham Əliyev Cao Lıci ilə görüşüb Müzakirə + FOTOLAR

23 Aprel 2025 18:43see117

“Barselona” liderliyini davam etdirir

23 Aprel 2025 01:37see116

Zelenski Vatikanda Trampla görüşə bilər

23 Aprel 2025 00:04see116

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

23 Aprel 2025 23:49see114

Arif Əsədov: “Bu, onlar üçün son şansdır”

22 Aprel 2025 19:26see113

Makronun məxfi Azərbaycan planı Parisdə hazırlanan ssenaridə ŞOK DETAL

23 Aprel 2025 07:04see113

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

23 Aprel 2025 20:43see112

ABŞ a qarşı sanksiya planı: Avropa geri çəkilmir

23 Aprel 2025 22:22see110

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

24 Aprel 2025 15:01see110

Naxçıvanda istedadlı şagirdlərlə görüş

23 Aprel 2025 01:49see110

Ağadadaş Salyanski “Neftçi”dən ayrılır yeni komandası bəlli oldu!

24 Aprel 2025 01:04see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri