Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Azərbaycanın Orta Dəhlizdə rolu güclənir Politoloqdan açıqlama

Azərbaycanın Orta Dəhlizdə rolu güclənir Politoloqdan açıqlama

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycan 2027-ci ildə Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçıları arasında Məşvərət Görüşünə sədrlik edəcək.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafı fonunda nəqliyyat və logistika əməkdaşlığının da genişlənməsi gözlənilir. Xüsusilə Avropa ilə Mərkəzi Asiya arasında nəqliyyat bağlantılarının gücləndirilməsi prosesində Azərbaycanın mühüm rol oynadığı bildirilir.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan politoloq Asif Nərimanlı bildirib ki, söhbət yalnız Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında nəqliyyat əlaqələrinin inkişafından getmir:

"Avropa ilə Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin daha da dərinləşməsi gözlənilir. Təbii ki, burada söhbət təkcə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı nəqliyyat əlaqələrindən getmir. Əsas məsələ iki region arasında bağların güclənməsi və əlaqələrin inkişaf etdirilməsidir. Bu prosesdə Azərbaycan ən önəmli, hətta həlledici ölkədir. Birincisi, Azərbaycan Cənubi Qafqazın əsas lider ölkəsidir və regionla bağlı münasibətlər sistemində mühüm, həlledici rola malikdir. İkincisi, Azərbaycan regiondan keçən əsas logistika marşrutlarının mərkəzində yerləşir. Mərkəzi Asiyanın da daxil olduğu Avrasiyanın nəqliyyat şəbəkəsinin gələcəyi və nəqliyyat dəhlizlərinin perspektivləri böyük ölçüdə Azərbaycandan asılıdır”.

Politoloq Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə tarixi, mədəni və etnik bağlarının da münasibətlərin inkişafında mühüm rol oynadığını vurğulayıb:

"Bu baxımdan Azərbaycanın rolu xüsusilə önəmlidir. Azərbaycan olmadan bu nəqliyyat şəbəkələrinin inkişaf etdirilməsi və gələcəyinin formalaşdırılması çətin görünür. Bununla yanaşı, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə tarixi, etnik və mədəni bağlılıqları var. Bu ölkələrlə ortaq mədəni və tarixi əlaqələr mövcuddur. Tacikistan türk dövləti olmasa da, İslam ölkəsidir və Azərbaycan müxtəlif platformalarda bu ölkə ilə də daim yaxın əlaqələrə malikdir. Bu baxımdan Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələrin inkişafı Cənubi Qafqazla Mərkəzi Asiyanı bir-birinə daha da yaxınlaşdırır və iki region arasındakı bağları gücləndirir. Təbii ki, bu bağların möhkəmlənməsi Azərbaycanın regiondakı mövqelərini də daha da gücləndirə bilər. Məsələyə yalnız Azərbaycan və Mərkəzi Asiya münasibətləri kontekstində baxmaq düzgün olmaz. Mərkəzi Asiyada Azərbaycanın mövqeləri güclənməklə yanaşı, ölkənin ümumi şəkildə Orta Dəhlizdəki mövqeləri də möhkəmlənəcək”.

Politoloq qeyd edib ki, Mərkəzi Asiya və Cənubi Qafqaz Avrasiyanın nəqliyyat şəbəkəsində mühüm marşrutlardan biridir və Orta Dəhlizin perspektivləri Azərbaycanın mövqeyini daha da əhəmiyyətli edir:

"Bildiyimiz kimi, Mərkəzi Asiya və Cənubi Qafqaz Avrasiyanın nəqliyyat şəbəkəsində əsas marşrutlardan biri hesab olunur və Orta Dəhliz məhz bu coğrafiyadan keçir. Hazırkı geosiyasi mübarizədə Orta Dəhlizin ön planda olduğunu görürük. Bu dəhlizə həm ABŞ-ın, həm də Avropa ölkələrinin xüsusi marağı var. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələrin inkişaf etməsi Azərbaycanın Orta Dəhlizdə maraqları olan böyük güclər qarşısında mövqelərini gücləndirən əsas amillərdən biridir. Artıq Orta Dəhlizdə bu və ya digər formada iştirak etmək istəyən bütün ölkələr Azərbaycanla münasibətlərin əhəmiyyətini anlayırlar. Əslində, bu, kifayət qədər ciddi faktdır. Orta Dəhlizdə iştirak etmək istəyən bütün ölkələr Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirirlər. Çünki bu prosesdə Azərbaycanın rolu mühümdür. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələrin daha da inkişaf etməsi həm Bakının Mərkəzi Asiya regionundakı təsirinin, həm də ümumilikdə Orta Dəhliz marşrutu üzrə mövqelərinin güclənməsinə gətirib çıxaracaq. Bu marşrut boyunca maraqları olan bütün ölkələr, xüsusilə də böyük güclər Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirir və ölkənin mövqeyi ilə hesablaşmaq məcburiyyətində qalırlar. Bu isə Azərbaycanın qlobal miqyasda rolunu və əhəmiyyətini daha da gücləndirən amildir”.

Fəridə Əsədzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 08 Oktyabr 2026 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see609

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see429

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see312

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see299

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see272

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see246

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see227

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see217

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see215

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see205

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see196

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see196

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see196

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see194

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see187

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see182

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see176

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see166

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see166

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri