Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ölkə.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı qərar yerli bankın səhmdarlarının oktyabrın 9-da keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul olunub.
Belə ki, səhmdarlar "Davr Bank"ın adını "ABB Davr Bank" kimi təsdiqləyiblər, Hazırkı Müşahidə Şurasının səlahiyyətlərinə vaxtından əvvəl xitam veriblər. Belə ki, Bankın təsçisi Lütfulla Ubayev, eləcə də Mirkodir Mirzəyatov, Ətxəm Alimov, Ozoda Əbdürrəhmanova və Şavkat Qiyasov Şuradan kənarlaşdırılıb, onların yerinə ABB-nin İdarə Heyətinin (İH) sədr müavinləri Taleh Tahirli və Aqşin Əmirov, eləcə də müstəqil üzvlər kimi kimi Şəfəq Həsənova, Səid Abdunabiyev və Fərhod Roziyev seçiliblər. Bundan sonra L.Ubayev Şuranın iclaslarında səsvermə hüququ olmadan müşahidəçi kimi iştirak edəcək. O, ABB-nin Bankı nəzarətinə keçirməsindən əvvəl səhmlərinin 46,9%-nə sahib olub, hazırda isə payı 25,5 %-dir.
Bundan başqa, səhmdarların yığıncağında Bankın İH-nin sədr müavini Ravşan Tojiyev və sədr müavini vəzifəsini icra edən Əlişir Qurbanov vəzifələrindən kənarlaşdırılıb, onların yerinə ABB-nin baş direktoru Aynur Süleymanlı və İH sədrinin müşaviri Heybət Qədirov təyin ediliblər. İH-nə Abdumajid Səmədov sədrlik edəcək. Heyətə həmçinin Samarjon Nəzərov və Bankın Risklərin idarə edilməsi departamentinin direktoru Nadir Xəlilov daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 14 Oktyabr 2026 21:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















