Üçqat Avropa Liqası qalibi futbolla vidalaşdı
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Argentina millisinin və “Sevilya”nın sabiq yarımmüdafiəçisi Ever Banega peşəkar futbolçu karyerasını başa vurub.
İdman.Biz ESPN-ə istinadən xəbər verir ki, 38 yaşlı futbolçu bu qərarını Serxio Aqueronun təşkil etdiyi “Copa Potrero” turnirində iştirakından sonra açıqlayıb.
Banega əvvəlcə karyerasını bitirmək ehtimalını 80 faiz qiymətləndirdiyini, lakin sonradan qəti qərar verdiyini bildirib:
“Karyeramı başa vurduğum 100 faiz dəqiqdir. Əvvəl 80 faiz əmin olduğumu demişdim, amma bu gün oynayarkən anladım ki, artıq bəsdir. Başqa işlərlə məşğul olmaq lazımdır”.
Argentinalı futbolçu hətta Lionel Messinin mümkün təklifinin də qərarını dəyişməyəcəyini vurğulayıb:
“Messi məni “İnter Mayami”yə dəvət etsə belə, ona yox deyərdim. Qərarım artıq verilib”.
Banega gələcəkdə futboldan tamamilə uzaqlaşmaq istəmədiyini, lakin məşqçi və ya agent kimi fəaliyyət göstərməyi planlaşdırmadığını da açıqlayıb.
Təcrübəli yarımmüdafiəçi son rəsmi matçını mayın 4-də “Defensa y Justicia”nın heyətində keçirib. O, karyerası ərzində “Boka Xuniors”, “Valensiya”, “Atletiko”, “Sevilya”, “İnter”, “Əl-Şəbab” və “Nyuelz Old Boyz” klublarında da çıxış edib.
Banega “Sevilya” ilə üç dəfə Avropa Liqasının, “Boka Xuniors”la isə Libertadores Kubokunun qalibi olub. O, həmçinin Argentina millisinin heyətində 2008-ci il Pekin Olimpiadasının qızıl medalını qazanıb və əsas yığmada 65 oyun keçirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 19 Noyabr 2026 21:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















