Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Azərbaycanın praqmatizmə və ədalətə söykənən sabitlik modeli

Azərbaycanın praqmatizmə və ədalətə söykənən sabitlik modeli

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bunu təkcə bölgə ölkələri deyil, dünya nəhəngləri də qəbul edirlər 

Dünyanın dəyişən siyasi landşaftında Azərbaycanın geosiyasi və iqtisadi strategiyasının konturları daha qabarıq şəkildə özünü göstərməkdədir. Bu gün Bakı ilə, xüsusilə, enerji daşıyıcıları sahəsində əməkdaşlıq etmək istəyən, Azərbaycanı özlərinə etibarlı tərəfdaş kimi seçən ölkələrin sayı artmaqdadır.

“Bu gün əksər qlobal güc mərkəzləri Azərbaycanı Orta Dəhliz üzrə nəqliyyatın inkişafı çərçivəsində Cənubi Qafqazın əsas nəqliyyat və logistika qovşağı hesab edirlər. Mərkəzi Asiya ölkələri, Gürcüstan, Türkiyə, eləcə də Çin və Avropa ölkələri müxtəlif marşrut təşəbbüsləri ilə çıxış edir, ölkəmizin ərazisindən tranzit daşımaları qururlar”. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Praqada keçirilən GLOBSEC-2025 beynəlxalq forumu çərçivəsində təşkil olunan “Orta dəhliz: yeni geosiyasi və geoiqtisadi arteriya” panel sessiyasındakı çıxışında deyib.

Əvvəlcədən qeyd edək ki, Prezidentin köməkçisinin Praqadan verdiyi mesajlar ciddi siyasi yükə malikdir. Çexiya Avropa İttifaqının (Aİ) əsas üzv ölkələrindən biri olmaqla yanaşı, burada keçirilən yüksək səviyyəli görüşlər və səsləndirilən fikirlər Azərbaycanın mövqeyinin beynəlxalq aləmdə bir daha güclü şəkildə ifadə olunmasına şərait yaratdı. Azərbaycan Aİ ilə enerji sahəsində strateji əməkdaşlıq memorandumu imzalamış ölkədir və bu sənədin mahiyyəti ölkəmizi Avropanın etibarlı enerji təminatçısı kimi ön plana çıxarıb. Diqqətimizi çəkən önəmli məqam H.Hacıyevin çıxışında toxunduğu siyasi aspektlərin əhəmiyyətinə görə heç də istisadi prioritetlərdən geri qalmaması idi.

“Azərbaycan davam edən Rusiya–Ukrayna münaqişəsi ilə İsrail və İran arasında artan hərbi qarşıdurma arasında gərgin geosiyasi vəziyyətin episentrindədir. Bakı bu cür ssenarilərin mümkünlüyünü qabaqcadan görüb və onlara, o cümlədən qonşu dövlətlərə tətbiq edilən sanksiyaların mümkün nəticələrinə əvvəlcədən hazırlaşıb”. Bakının uzaqgörən diplomatiyasını əyani misalla xüsusi qeyd edən H.Hacıyevin bölgədəki mövcud sabitliklə bağlı dedikləri isə Azərbaycanın dostlarını da, bədxahlarını da düşünməyə vadar etməlidir: “Dünyada baş verənlərə daha geniş kontekstdə baxsaq və müqayisə aparsaq görərik ki, Cənubi Qafqaz ən sabit regionlardan biridir”. Bəli, Prezidentin köməkçisinin böyük dövlətlərin özlərinə geoiqtisadi tərəfdaş seçərkən siyasi sabitliyə önəm vermələrinin əhəmiyyətini qeyd etməsi təsadüf deyildi. Azərbaycanın Şərqdən Qərbə uzanan geniş ticarət yollarında ən sərfəli tərəfdaş olması məhz ölkədə və bölgədə yaratdığı sabitlik amili ilə birbaşa bağlıdır.

***

GLOBSEC-2025 beynəlxalq forumunda vurğunun daha çox Orta Dəhliz üzərinə yönəldiyini nəzərə alsaq, Bakının bu kontekstdə apardığı siyasətdən danışan H.Hacıyev onu təkcə logistik marşrut kimi deyil, həm də mədəni, iqtisadi və enerji qarşılıqlı əlaqələr üçün strateji platforma kimi dəyərləndirdi. Onun Aİ-nin Cənubi Qafqaz regionu üçün hələ də dəqiq strategiya formalaşdırmadığına diqqəti yönəltməsi, Brüsseli Transxəzər Dəhlizinin əhəmiyyətini dərk etməyə və hər şeydən əvvəl investisiyalar daxil olmaqla, daha fəal tərəfdaşlıq mövqeyi tutmağa çağırması Bakının Qərbə yeni diplomatik mesajı kimi qəbul olunmalıdır.

Azərbaycan Prezidentinin köməkçisinin ABŞ-ın yeni administrasiyası ilə strateji tərəfdaşlığın mümkünlüyünü ayrıca vurğulaması isə Bakının Vaşinqtona ismarıcı sayıla bilər. H.Hacıyev Donald Trampın ilk prezidentlik dövründə Trans–Adriatik Boru Kəməri (TAP) layihəsinin həyata keçirilməsində uğurlu əməkdaşlığını qeyd edərək, rəsmi Bakının ikitərəfli münasibətləri dərinləşdirməyə hazır olduğunu bildirməsi isə forum iştirakçılarının böyük marağına səbəb oldu: “ABŞ Prezidentinin iştirakı, siyasi dəstəyi bu layihəni reallığa çevirdi və biz buna görə ona çox minnətdarıq. TAP hazırda Avropanın enerji təhlükəsizliyinə səmərəli töhfə verməkdədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan öz təbii qazını 10-u Avropa dövləti olmaqla 12 ölkəyə ixrac edir. Biz əlaqələrimizin coğrafiyasını daha da genişləndirməyi səbirsizliklə gözləyirik”.

Daha sonra çıxışında Zəngəzur dəhlizi mövzusuna toxunan H.Hacıyev Azərbaycanın Ermənistandan konkret addımlar gözlədiyini, bu yolun bütün bölgə üçün strateji əhəmiyyət kəsb etdiyiyi bildirdi: “Bu gün artıq münaqişə həll edilib, biz regionda tam təhlükəsizlik və sabitlik yaratmışıq, Ermənistan da regional müzakirələrin və əsas nəqliyyat əlaqələrinin bir hissəsi ola bilər”.

Bununla bağlı Prezidentin köməkçisinin İrəvana ironik ismarıcı yaddaqalan oldu: “Ermənistanın alternativ “Dünyanın kəsişməsi” layihəsini təşviq etmək cəhdləri gecikmiş reaksiyadır. Biz nəqliyyat marşrutları arasında “gözəllik yarışmasında” iştirak etmirik. Orta Dəhlizi ilk növbədə öz ölkəmizin maraqları üçün inkişaf etdiririk. Onu da başa düşmək lazımdır ki, bu dəhliz, sadəcə, “A” nöqtəsindən “Z” nöqtəsinə gedən marşrut deyil. Onların arasında çoxlu ziqzaqlar, o cümlədən geosiyasi amillər var”.

***

Bütövlükdə, Hikmət Hacıyevin Praqa forumundakı çıxışı Şərqlə Qərb arasında ən mühüm kommunikasiyalarda Azərbaycanın müstəsna rolu barədə aydın mövqenin ifadəsi idi. Prezidentin köməkçisi belə bir fikri açıq şəkildə çatdırdı ki, Bakının qurduğu bütün əlaqələr, həyata keçirdiyi layihələr bəzi qüvvələrin süni sxemlər tətbiq etmək istəyi ilə bağlı spekulyasiyalara imkan vermir.

Bəli, Azərbaycan ona görə etibarlı və sabit tərəfdaş hesab olunur ki, onun tərəfində güc, praqmatizm və ədalət var. Yazımızı Ümumukrayna “Novaya sila” Partiyasının lideri, hüquqşünas, birinci çağırış Ali Radanın deputatı, Ukrayna prezidenti vəzifəsinə sabiq namizəd Yuri Zbitnevin on il bundan əvvəl Azərbaycan barədə dediyi sözlərlə yekunlaşdırırıq: “Beynəlxalq siyasətdə iki yanaşma – praqmatik və romantik yanaşma həmişə əlaqəlidir. Sonuncu yanaşmada həmişə romantik piramidalar qurulur, birinci yanaşmada isə dövlətlərin milli mənafeləri nəzərə alınmaqla yeni paradiqmalar, beynəlxalq münasibətlərin yeni arxitekturası yaradılır. Azərbaycanın siyasətini məhz bu cür düşünülmüş praqmatik yanaşmaya aid etmək olar. Ukrayna kimi, Azərbaycan da bir çox geosiyasi qüvvə mərkəzlərinin kəsişdiyi məkanda yerləşir. Buna görə də ölkə rəhbərliyi təkcə öz dövlətinin güclənməsinə deyil, həm də regionda sabitliyin qorunub saxlanmasına yönəlmiş dəqiq və çevik siyasət yeridir”.

Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq

– Azərbaycanın bölgədə yaratdığı sabitlik ölkəmizin beynəlxalq müstəvidə atdığı çox effektli addımları ilə birbaşa bağlıdır. Rəsmi Bakının bu istiqamətdə apardığı diplomatiya bir sıra dövlətlər tərəfindən yüksək qiymətləndirilir. Bəli, Azərbaycan bölgə ilə bağlı bir çox məsələlərdə prinsipiallıq və çeviklik nümayiş etdirir. Bəzi məqamlarda isə vasitəçilik missiyasını da yerinə yetiririk. Yaxın tarixin təcrübəsi də göstərir ki, Bakı bir sıra ölkələr arasında sülh və vasitəçilik meydanına çevrilib. Bunun özü də danılmaz reallıqdır. Azərbaycan dünyanın nüfuzlu dövlətləri ilə müttəfiqlik və tərəfdaşlıq müqavilələri imzalayanda, əlaqələri bu müstəvidə quranda da özünün milli maraqlarına uyğun addımlar atır. Bu zaman qərarlarımızı heç bir halda kiməsə xoş gəlmək, yaxid siyasi kursunu dəstəkləmək üçün qəbul etmirik.

Azərbaycan, yeri gələndə, bu və ya digər məsələ ilə bağlı prinsipial mövqeyini, ciddi yanaşmasını ortaya qoymağı bacarır. Artıq müttəfiq və tərəfdaş ölkələr bunu başa düşürlər. Nəinki başa düşürlər, həmin ölkələrin dövlət xadimləri, siyasətçiləri Bakının bu mövqeyini yüksək qiymətləndirirlər. Buna xeyli misal gətirə bilərik. Bununla yanaşı, ölkəmiz indiki mürəkkəb beynəlxalq münasibətlər sistemində, geosiyasi planda qeyri-adekvat hərəkətlərin regiona təsirsiz ötüşməyəcəyini də yaxşı başa düşür. Azərbaycan diplomatiyasının üstünlüyü odur ki, belə mürəkkəb dönəmdə sözünə sadiq qalır, milli maraqlara cavab verən addımlar atır. Qarşıdurmadan yayınmaq, ortaya çıxan bütün məsələlərin həllinə kompromisə gəlməklə nail olmaq, bölgədə sabitliyi poza biləcək heç bir hərəkətə yol verməmək. Bunlar diplomatiyamızın uğurunu şərtləndirən amillərdir. Eyni zamanda, daxili sabitliyə yönələn bu diplomatiya bəzi bədxahlarımızın Azərbaycana qarşı ata biləcəkləri addımları, bəyanatları və yanaşmarları da əngəlləyir.

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

– Prezidentin köməkçisi “Azərbaycan bölgədə sabitliyin yaradıcısıdır”, – deyəndə, yəqin beş il əvvələ qədər Cənubi Qafqazı partlatmaq həddinə çatmış Ermənistan–Azərbaycan hərbi münaqişəsinin qısa müddətdə, həm də beynəlxalq hüquq çərçivəsində həllini və ondan sonra baş verən prosesləri nəzərdə tutur. Bununla da Azərbaycan bölgədə hərbi münaqişəyə səbəb ola biləcək bütün riskləri neytrallaşdırdı. Bu gün heç bir kənar qüvvənin gəlib burada aranı qarışdırmaq, sabitliyi pozmaq şansı yoxdur. Bəli, Azərbaycan bölgənin sabitləşdirici aktoru statusunda çıxış edir. Məhz bu amilə görə Cənubi Qafqazda sabitlik hökm sürür.

Orta Dəhliz məsələsinə gəldikdə isə, əslində, Azərbaycan bu layihəni özünü düşünərək gerçəkləşdirir. Sonra Çin, onun ardınca Mərkəzi Asiya ölkələri gəlir. Çünki bizim özümüzdən ötrü münaqişə, risk amili yarada biləcək nə Rusiya, nə də İran xətləri o qədər də əlverişli deyil. Yəni, Azərbaycandan asılı olmayan münaqişələr yarandığı təqdirdə ölkəmizin dünya ilə əlaqələrində problem yarana bilər. Məz buna görə Bakı seçimi Gürcüstandan keçməklə qardaş Türkiyəyə uzanan xətlər üzərində edib. Həmin xətlərin hamısı, ilk növbədə, dövlətimizin və xalqımızın mənafeyinə xidmət edir. Neft-qaz kəmərləri, avtomobil yolları, müasir kommunikasiyar üçün fiber-optik kabellərin çəkilişi və nəhayət, dəmir yolu. Burada Azərbaycana kənardan yardım edilmir. Əksinə, kənardan mane olmağa çalışırdılar. İndi isə həmin əleyhdarlarımız bu kəmərlərə möhtac qalıblar. Vaxtilə Mərkəzi Asiya ölkələri bütün əlaqələri Şimal qonşumuzun ərazisi ilə həyata keçirirdi. Quru yolları Rusiyadan keçən Çin də Azərbaycanın yaratdığı nəqliyyat habına maraq göstərir. Yəni, ölkəmiz bu məsələlərdə, doğrudan da, uzaqgörənlik nümayiş etdirib və bu gün onun faydasını görməkdədir. Azərbaycanın beynəlxalq arenada geosiyasi mövqelərinin güclənməsi həm də bu amillə bağlıdır.

İmran BƏDİRXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:281
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyun 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri