Icma.az
close
up
RU
Azərbaycanın ədalətə əsaslanan mövqeyi

Azərbaycanın ədalətə əsaslanan mövqeyi

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Prezident İlham Əliyevin martın 12-də Bakıda keçirilən XIII Qlobal Bakı Forumu çərçivəsində “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda çıxışı müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyini aydın şəkildə nümayiş etdirdi. Prezident İlham Əliyev çıxışında xüsusilə vurğuladı ki, Azərbaycan uzun illər ərzində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq öz torpaqlarının işğaldan azad olunması üçün siyasi və diplomatik yollar axtarıb. Lakin otuz ilə yaxın davam edən nəticəsiz danışıqlar, bəzi beynəlxalq vasitəçilərin qeyri-obyektiv yanaşması və ikili standartlar regionda ədalətli həllə imkan vermədi.

Bu şəraitdə Azərbaycan xalqı və dövləti öz tarixi hüququnu təmin etmək üçün qətiyyətli addım atdı və işğal altında olan torpaqlarını güc yolu ilə azad etdi. Prezident İlham Əliyevin forumdakı çıxışında səsləndirdiyi əsas fikirlərdən biri də məhz bu idi: Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü bərpa etdi və bununla regionda yeni geosiyasi reallıq formalaşdırdı. Bu reallıq bir daha göstərdi ki, bəzən beynəlxalq hüququn kağız üzərində qalmasına imkan verməmək üçün dövlətlər öz gücünə və siyasi iradəsinə arxalanmalı olur. Azərbaycan bunu bacardı və bu gün Cənubi Qafqazda yeni mərhələnin əsasını qoydu.

Prezident İlham Əliyev forumdakı çıxışında, hərbi mərhələ başa çatdıqdan sonra Azərbaycanın regionda davamlı sülhün qurulması üçün siyasi dialoqa üstünlük verdiyini qeyd etdi.  Azərbaycanın mövqeyi aydındır: müharibə artıq tarixdə qalıb və regionun gələcəyi əməkdaşlıq, iqtisadi inteqrasiya və qarşılıqlı etimada əsaslanmalıdır. Bu yanaşma Azərbaycanın məsuliyyətli dövlət kimi davranışının bariz nümunəsidir. Dövlət başçısının sözlərinə görə, Azərbaycan öz torpaqlarını azad etdikdən sonra revanşist ritorikaya deyil, məhz sülh gündəliyinə üstünlük verdi. Bu isə regionda sabitlik və təhlükəsizliyin təmin olunmasına xidmət edən strateji xəttdir.

Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri də bəzi beynəlxalq vasitəçilik mexanizmlərinin səmərəsizliyi ilə bağlı idi. Dövlət başçısı açıq şəkildə bildirdi ki, uzun illər davam edən danışıqlar prosesində bəzi vasitəçilər problemin həllindən daha çox status-kvonun qorunmasına xidmət edirdi. Məhz buna görə Azərbaycan “qırnaqarası vasitəçilikdən” imtina edərək yeni yanaşma ortaya qoydu. Rəsmi Bakı hesab etdi ki, regionun gələcəyini müəyyən edən məsələlərdə ən səmərəli yol ikitərəfli dialoqdur. Bu yanaşmanın nəticəsi isə gözlənilən oldu. Üçüncü tərəflərin siyasi manipulyasiyalarından və geosiyasi maraqlarından uzaq formatda aparılan danışıqlar sülh prosesinə daha real dinamika gətirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, tərəflər birbaşa dialoqa başlayan kimi sülh gündəliyində ciddi irəliləyiş əldə olundu.

XIII Qlobal Bakı Forumunda səslənən fikirlər təkcə region üçün deyil, bütövlükdə beynəlxalq münasibətlər sistemi üçün mühüm mesaj idi. Müasir dünya həqiqətən də keçid dövrünü yaşayır: geosiyasi gərginliklər artır, beynəlxalq hüququn selektiv tətbiqi isə yeni münaqişələrin yaranmasına səbəb olur.

Azərbaycanın təcrübəsi göstərir ki, dövlətlər öz suverenliyini qətiyyətlə müdafiə etməlidir, münaqişələrin həllində ədalət və beynəlxalq hüquq əsas prinsip olmalıdır, sülh isə yalnız real siyasi dialoq və qarşılıqlı hörmət üzərində qurula bilər.

Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı Azərbaycanın müasir dünya siyasətində artan rolunu bir daha nümayiş etdirdi. Azərbaycan yalnız regional deyil, həm də qlobal səviyyədə sülh, əməkdaşlıq və ədalətli beynəlxalq münasibətlər modelini müdafiə edən ölkə kimi çıxış edir. Bu çıxış bir daha göstərdi ki, Azərbaycan öz gücünə arxalanaraq tarixi ədaləti bərpa edən və eyni zamanda gələcəyə sülh və əməkdaşlıq prizmasından baxan məsuliyyətli dövlətdir.

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Mart 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see255

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see249

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see229

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see224

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see223

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see220

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see219

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see215

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see213

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see201

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see186

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see184

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see184

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see176

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see175

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see167

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see167

ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar Hafiz Paşayev

02 Oktyabr 2026 18:35see165

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri