Azərbaycanın qadın voleybolçulardan ibarət millisi İslamiadaya Bakıda hazırlaşır
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 27 oktyabr, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi noyabrda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarına hazırlıqlara başlayıb.
Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a bildirilib ki, təlim-məşq toplanışı “Milli Aviasiya Akademiyası” klubunun idman zalında keçirilir.
Yığmanın heyətinə 12 voleybolçu cəlb olunub. Hazırlıq prosesinə baş məşqçi Faiq Qarayev rəhbərlik edir və ona məşqçilər Famil Ağayev, Ziya Rəcəbov, Emin Əbilov kömək edirlər.
Komanda qarşıdakı günlərdə bir neçə yoxlama oyunu keçirəcək.
Qeyd edək ki, Azərbaycan millisinin VI İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri yaxın günlərdə açıqlanacaq.
Bu mövzuda digər xəbərlər:Cüdoçularımız İslamiadaya Braziliyada hazırlaşırlar
09 Sentyabr 2025 13:51
Qadın voleybolçulardan ibarət Türkiyə millisi dünya çempionatının finalında
06 Sentyabr 2025 15:31
Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin üzvü İsrail çempionu olub FOTOLAR
23 Aprel 2025 12:13
Cüdoçularımızın İslamiadaya hazırlığı davam edir FOTO
10 Sentyabr 2025 18:45
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avstriyaya uduzub
16 Avqust 2025 20:13
Baxış sayı:59
Bu xəbər 27 Oktyabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















