Liverpul un futbolçusu: Sabah bizi çox çətin matç gözləyir
sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Qarabağ" tam olaraq Çempionlar Liqası səviyyəsinə uyğun komandadır". Sport24.az xəbər verir ki, bunu İngiltərənin "Liverpul" klubunun müdafiəçisi Ceremi Frimponq deyib.
Futbolçu evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun qarşılaşması ilə bağlı fikirlərini bölüşüb:
"Almaniyanın "Bayer 04" klubunda çıxış edərkən "Qarabağ"a qarşı çıxış etmişdim. Həqiqətən çox yaxşı çıxış etmişdilər. Lakin son dəqiqələrdə vurduğumuz qollarla qalib gəlmişdik. "Qarabağ" tam olaraq Çempionlar Liqası səviyyəsinə uyğun komandadır. Sabah bizi çox çətin matç gözləyir. Buna görə qarşılaşmaya yaxşı hazırlaşmalıyıq və əlimizdən gələnin ən yaxşısını etməliyik".
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 27 Yanvar 2026 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















