Icma.az
close
up
RU
Azərbaycanın qalibiyyəti, yüksəlişi və uğurları BMT tribunasından dünyaya bəyan olundu

Azərbaycanın qalibiyyəti, yüksəlişi və uğurları BMT tribunasından dünyaya bəyan olundu

Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Respublikamız üçün son günlərin əsas siyasi hadisəsi Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakıdır. Dövlətimizin başçısının Nyu-Yorkda keçirdiyi görüşlər Azərbaycanın xarici siyasi əlaqələri baxımından mühüm əhəmiyyət kəsb etdi, o cümlədən ABŞ biznes dairələrinin ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını göstərdi. BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxışında isə cənab Prezident Azərbaycanın zəfərini və nailiyyətlərini bu mötəbər tribunadan dünyaya bəyan etdi.

Azərbaycan BMT-yə üzv qəbul edildikdən sonra bu qurumun tribunasından beynəlxalq ictimaiyyətin diqqətini həmişə torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsinə yönəldib. 1994-cü ildə BMT Baş Assambleyasının 49-cu sessiyasında, 1995-ci ildə isə təşkilatın 50 illik yubileyinə həsr olunnan xüsusi iclasında iştirak edən Ulu Öndər Heydər Əliyev çıxışlarında Ermənistanın təcavüzünün aradan qaldırılması üçün beynəlxalq səylərin artırılmasına çağırıb.

Prezident İlham Əliyev də BMT-nin sessiyalarında və digər tədbirlərində çıxışları zamanı diqqəti əsasən artıq həllini tapmış Qarabağ probleminə, bu qurumun Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərinin yerinə yetirilməsinə yönəldib. Cənab İlham Əliyev BMT Baş Assambleyasında indiyədək bir neçə dəfə çıxış edib – 2003-cü ildə Azərbaycanın Baş naziri, 2004, 2010 və 2017-ci illərdə isə Prezidenti kimi. Bununla yanaşı, Prezident İlham Əliyev 2020-ci ildə BMT Baş Assambleyasının 75-ci və 2021-ci ildə 76-cı sessiyasında onlayn formatda çıxış edib. Hər bir çıxışda Ermənistanın işğalçı siyasəti ifşa edilib, bu ölkə siyasi-diplomatik sferada küncə sıxışdırılıb.

Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışının məzmunu isə əvvəlkilərdən fərqlənirdi. Çünki artıq, torpaqlarımız işğaldan azad olunub. O cümlədən Qarabağda erməni separatizminə son qoyulması ilə Azərbaycan dövləti bütün əraziləri üzərində milli suverenliyini bərpa edib. Bu baxımdan cənab Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında qalib Lider, Müzəffər Ali Baş Komandan kimi iştirak etdi. Ona görə cənab Prezident özünün də qeyd etdiyi kimi bu mötəbər tədbirdə Azərbaycanı qələbəyə və sülhə aparan yoldan, respublikamızın tarixində başlanan yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulmasından, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışdı.

Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında qaldı. Təəssüflə qeyd edilməlidir ki, BMT Təhlükəsizlik Şurasının ərazilərimizin işğaldan azad olunması ilə bağlı 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin tələbləri icra olunmadı və beynəlxalq ictimaiyyət bununla bağlı Ermənistana heç bir təzyiq və təsir göstərmədi. Qarabağ münaqişəsinin həlli məqsədilə 1992-ci ildə yaradılan Minsk qrupu ədalətin bərpa edilməsinə deyil, problemin dondurulmasına çalışdı. Bunun nəticəsi kimi Ermənistan danışıqlar prosesində beynəlxalq hüququn və BMT qətnamələrinin tələblərinin yerinə yetirilməsindən uzaq oldu. Sülh prosesinin dalana dirənməsindən sonra isə Azərbaycan müharibə yolu ilə ərazilərini işğaldan azad etdi.

2020-ci ilin Vətən müharibəsində Azərbaycan dövləti BMT Nizamnaməsini rəhbər tutdu. Prezident İlham Əliyevin BMT tribunasından bildirdiyi kimi Azərbaycan ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi.

Vətən müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında başlanan sülh danışıqlarının da təşəbbüskarı rəsmi Bakıdır. Ermənistanın ötən dövrdəki spekulyasiyalarına, müxtəlif vaxtlarda törətdiyi hərbi təxribatlara rəğmən sülh prosesində artıq mühüm irələliləyişə nail olunub, ötən ay Vaşinqtonda sülh sazişi layihəsinin mətni paraflanıb. Prezident İlham Əliyev çıxışında sülh prosesi ilə də bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırdı və söylədiyi fikirlər bir daha Azərbaycanın sülhpərvər mövqeyini dünyaya nümayiş etdirdi.

Cənab Prezident işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və yenidənqurma işlərinə də toxundu. İşğal dövründə ermənilər tərəfindən dağıdılmış kənd və şəhərlərimizin yenidən qurulduğunu, “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 50 mindən çox vətəndaşımızın azad edilən torpaqlarda yaşadığını, işlədiyini, təhsil aldığını Baş Assambleyasının sessiyasında iştirak edən dövlət və hökumət başçılarının nəzərinə çatdırdı.

Bununla yanaşı, Ermənistanın işğalı vaxtı ərazilərimizdə basdırdığı minaların qayıdış prosesinə, bərpa və yenidənqurma layihələrinin həyata keçirilməsinə əngəl yaratdığı, 2020-ci ilin noyabrından indiyə qədər 400 nəfərdən çox azərbaycanlı mülki şəxsin və hərbçinin mina partlayışları nəticəsində həlak olduğu və ağır yaralandığı BMT tribunasından beynəlxalq ictimaiyyətə bəyan olundu.

Ümumiyyətlə, Prezident İlham Əliyevin çıxışında toxunduğu bütün məsələlər Azərbaycanın qüdrətinin və yüksəlişinin təqdimatına çevrildi. Dövlətimizin başçısının qeyd etdiyi məqamlar - Azərbaycanın 14 dövlətə təbii qaz ixrac etməsi, ölkəmizin beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevrilməsi, respublikamızda yoxsulluğun və işsizliyin 5 faizə endirilməsi, xarici borcumuzun ÜDM-in cəmi 6,5 faizi həcmində olması, valyuta ehtiyatlarımızın xarici borcumuzdan təxminən 16 dəfə artıq olması və digər bu kimi faktlar və həqiqətlər hər birimizdə qürur və fəxarət doğurdu. Bu uğurların bütün dünyanın diqqətinin yönəldiyi BMT tribunasından səslənməsi isə qlobal səviyyədə Azərbaycanın imicini daha da möhkəmləndirir.

Cənab Prezident BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxışda Azərbaycanın öz milli maraqları uğrunda mübarizəsinin və qarşıya qoyduğu məqsədlərə doğru gedən yolda qazandığı uğurların mənzərəsini təsvirini verdi. Bütün bunlar isə bir çox dövlətlər üçün müsbət təcrübə və yol xəritəsi hesab oluna bilər. Dövlətimizin başçısının qeyd etdiyi kimi Azərbaycan bu təcrübəni paylaşmağa hazırdır:

«Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq».

Torpaqlarımızın işğal altında olduğu illərdə Azərbaycan çoxsaylı ədalətsizliklərlə, ikili standartlarla üzləşdi. Lakin dövlətimiz, xalqımız öz yolundan dönmədi, mübarizəsini davam etdirdi və sonunda ədalət zəfər çaldı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur.

Bir məsələni də xüsusi qeyd etməliyik ki, Azərbaycanın hər bir məsələdə aydın mövqeyi və konkret siyasəti var. Beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıq respublikamızın siyasi prioritetləridir. Bu baxımdan Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında beynəlxalq ictimaiyyəti birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya qurmağa çağırması bir daha Azərbaycanın yürütdüyü siyasətin məzmununu dünyaya bəyan etdi.

Xanlar Fətiyev
Milli Məclisin deputatı


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://missiya.az
archiveBu xəbər 29 Sentyabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see250

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see149

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see148

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see135

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri