Icma.az
close
up
RU
BMT tribunasından dünyaya çağırış

BMT tribunasından dünyaya çağırış

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə işgüzar səfəri böyük tarixi əhəmiyyət daşıyır. Dövlət başçısının belə yüksək səviyyəli tədbirdə iştirakı və etdiyi çıxışla bir sıra vacib məsələlərə toxunaraq mühüm mesajlar verməsi Azərbaycanın beynəlxalq arenadakı mövqeyinin möhkəmlənməsi, strateji tərəfdaşlarla əlaqələrin inkişafı və qlobal proseslərdə fəallığının artırılması baxımından xüsusi önəm kəsb edir.

Vaşinqton Sammitində Prezident İlham Əliyevin keçirdiyi çoxsaylı görüşlər Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Səfərin ən mühüm məqamlarından biri Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp ilə görüşüdür. Donald Trampın Prezident İlham Əliyev haqqında səsləndirdiyi müsbət fikirlər və iki lider arasında səmimi münasibətlər onu deməyə əsas verir ki, İlham Əliyev qlobal, regional əməkdaşlıq modelində etibarlı tərəfdaş nümunəsidir. Bu həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir. Eyni zamanda, dövlət başçısının Portuqaliya, Bolqarıstan, Finlandiya, Yunanıstan, Keniya liderləri və Avropa Şurasının Baş Katibi ilə görüşləri də ölkəmizə artan marağın göstəricisi oldu.

Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında ərazilərimizin işğaldan azad edilməsi məsələsi xüsusi yer tutub. Dövlət başçısı bildirib ki, otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizi Ermənistanın hərbi işğalı altında qaldı. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındı. Onların fundamental insan hüquqları kobud şəkildə pozuldu. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olundu. Təəssüf ki, bu qətnamələr heç vaxt icra edilmədi. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığı üçün qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadı.

1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi. Onun həmsədrləri beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə, status-kvonu qoruyub saxlamağa və münaqişənin dondurulmasına çalışdılar.

Otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu. Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. Biz mülki şəxslərin mühafizəsini təmin etdik, qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkindik. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi.

Dövlət başçısı azad olunmuş ərazilərdə işgalçının törətdiyi humanitar fəlakətdən və “Böyük Qayıdış” proqramı çərçivəsində görülən bərpa-quruculuq işlərini rəqəmlərlə diqqətə çatdırdı: “Azərbaycan 2020-ci ildə Vətən müharibəsində Qələbədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma proqramına start verdi. Ermənistan işğal dövründə yüzlərlə şəhər və kəndimizi yerlə-yeksan etdi, 65 məscidi məqsədli şəkildə dağıtdı. Hərbi cinayətkarlar tərəfindən 30 ilə yaxın müddətdə idarə olunan Ermənistanın siyasəti bu idi. Biz isə yerlə-yeksan edilmiş kənd və şəhərləri yenidən qururuq. “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, işləyir və təhsil alır”.

Çıxışın önəmli hissələrindən biri də “Tramp Marşrutu” (TRIPP) adlanan yeni regional bağlantı layihəsinə həsr olundu. Bu təşəbbüs yalnız fiziki nəqliyyat marşrutu deyil, həm də davamlı sülh və iqtisadi inteqrasiya vasitəsi kimi təqdim edildi. Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın Naxçıvanla, daha geniş mənada isə Mərkəzi Asiya və Avropa ilə birləşdirilməsi regionda kommunikasiya strukturunun yenidən formalaşmasının əlamətidir. TRIPP layihəsi sülhün infrastruktur vasitəsilə təşviq edilməsi konsepsiyasının parlaq nümunəsi kimi qiymətləndirilə bilər və bu baxımdan digər regional münaqişələr üçün presedent təşkil edə bilər.

Dünyanın ən ali tribunasından qalib dövlətin lideri olaraq Prezident İlham Əliyevin beynəlxalq aləmə ünvanladığı sülh mesajları da diqqət çəkdi. Belə ki, sonda Prezident İlham Əliyevin səsləndirdiyi “Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq” çağırışı beynəlxalq ictimaiyyət üçün daha bir mühüm mesaj oldu.

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Sentyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see271

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see264

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see256

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see250

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see239

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see238

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see238

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see232

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see228

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see227

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see223

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see222

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see210

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see208

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see205

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see201

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see201

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see200

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see195

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri