Icma.az
close
up
RU
Azərbaycanın qazandığı uğurlar davamlı və dönməzdir TƏHLİL

Azərbaycanın qazandığı uğurlar davamlı və dönməzdir TƏHLİL

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mövcud reallıq ondan ibarətdir ki, nəinki Azərbaycanda, ümumilikdə dünya siyasət sisteminin tələblərinə cavab verən yeganə siyasi partiya Yeni Azərbaycan Partiyasıdır. Bu partiya yarandığı gündən sağlam, ümumi cəmiyyətin maraqlarına və dövlətin mənafeynə uyğun fəaliyyət göstərib. Bu baxımdan da xalqın inam və etimadını qazanıb. Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın xilaskarı Ulu Öndərimiz Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”, - deyə bildirmişdir. Azərbaycanın hər uğurunda Yeni Azərbaycan Partiyasının payı və rolu var. Ölkəmizdə keçirilən bütün seçki proseslərindən YAP-ın uğurla çıxması da möhkəm təmələ əsaslanan siyasətə, xalq-iqtidar birliyinin möhkəmliyinə əsaslanır. Tarixə qısa nəzər salsaq, məlum olar ki, Yeni Azərbaycan Partiyası 1993-cü ildən prezident, parlament, bələdiyyə seçkilərində uğur qazanmasının əsas səbəbi xalqın Ulu Öndər Heydər Əliyev siyasətinə bağlı olması, Prezident İlham Əliyevin xeyirli, gərəkli fəaliyyətinə yüksək qiymət verməsidir. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev bildirir ki, əməlimiz, işlərimiz, verilən sözlərə sadiqliyimiz Yeni Azərbaycan Partiyasının nüfuzunu artırır, Azərbaycanın siyasi səhnəsində yeganə ciddi siyasi qüvvəyə çevirir. Yaranandan cəmi 6 ay sonra iqtidar partiyasına çevrilən YAP dövlətə, xalqa xidmət missiyasını Azərbaycanın davamlı inkişafına, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılmasına verdiyi töhfələri ilə nümayiş etdirir.

Azərbaycan xalqının mübarizliyi, qarşısına qoyduğu hədəflərinə çatmaq uğrunda göstərdiyi qətiyyət 30 avqust 1991-ci ildə Azərbaycan parlamentinin növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul etməsi ilə nəticələndi. Bəyannamədə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Təəssüflər olsun ki, bəzi qüvvələr çətinliklə qurulan müstəqilliyi hakimiyyət uğrunda savaşa qurban verməyə çalışdılar. Ötən əsrin 90-cı illərin əvvəllərində Azərbaycanda bütün sahələrdə hərc-mərclik, özbaşınalıq, xaos hökm sürürdü. Hakimiyyətdə olan AXC- Müsavat cütlüyü mövcud vəziyyəti aradan qaldırmaqdansa, haqq uğrunda səsini qaldıran xalqın səsini batırmağa çalışırdı. Hətta küçələrə çıxan insanlara atəş açmaqdan, həbs edib türmələrə atmaqdan çəkinmirdilər. Vəziyyətin idarəolunmaz dərəcədə kritik olmasından istifadə edən Ermənistan ardıcıl olaraq Azərbaycanın torpaqlarını işğal edirdi. Artıq vəziyyət o qədər çətin və ağır həddə çatmışdı ki, ölkəmiz müstəqil dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Azərbaycanı belə çətin vəziyyətdən xilas etmək üçün yeni bir siyasi təşkilatın yaradılması mütləq tarixi zərurətə çevrilmişdi. Hər zaman olduğu kimi, bu dəfə də Azərbaycan xalqının ümid yeri Ümummilli Liderimiz, Xalqımızın xilaskarı Heydər Əliyev idi. Məhz bu məqsədlə 1992-ci il oktyabr ayının 16-da 91 nəfər Azərbaycan ziyalısı “Səs” qəzeti vasitəsi ilə yeni bir siyasi partiyanın yaradılması təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevə müraciət ünvanladı. Həmin ilin oktyabrın 24-də Ulu Öndərimiz Heydər Əliyev “Səs” qəzeti vasitəsi ilə ziyalıların müraciətinə müsbət cavab verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Dahi Öndərimiz partiyanın Sədri seçildi. Bu barədə sonralar Dahi Öndərimiz Heydər Əliyev çıxışlarının birin də demişdir: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı” “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.

Azərbaycan ziyalılarının, cəmiyyətin müxtəlif təbəqələrinin israrlı xahişlərindən sonra Ulu Öndərimiz Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya gəldi. 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu baxımdan 1993-cü ilin 15 İyun Milli Qurtuluş Günü - Azərbaycanın inkişafında, müstəqilliyində müstəsna rol oynayan tarixi gündür. Xilaskarlıq missiyasını öz üzərinə götürən Dahi Öndər Heydər Əliyev daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğradaraq, Ulu Öndər 1993-cü il oktyabrın 3-də xalqın mütləq əksəriyyətinin səsini və dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndərimiz Heydər Əliyev 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Ulu Öndərimiz Heydər Əliyev 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Məhz bundan sonra Azərbaycanda yeni dövrün əsası qoyuldu və iqtisadi, siyasi, hərbi sahədə yeni nailiyyətlərə imza atıldı.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1998 - ci il fevralın 10 - da Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəzasının ləğv edilməsi barədə qanun qəbul etmişdir. Ölüm cəzasının ləğvi Azərbaycanın hüquqi-demokratik dövlət quruculuğu yolunda olmasını bir daha sübut edir. Bununla bağlı Ulu Öndərimiz Heydər Əliyevin insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında 22 fevral 1998-ci ildə imzaladığı Fərmanında qeyd olunur ki, Azərbaycan Respublikasının ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan edilmişdir. Azərbaycan dövləti siyasi-hüquqi potensialından tam istifadə etməklə bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün tədbirlər görür. Konstitusiyada irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən və sair hallardan asılı olmayaraq hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında ümdə vəzifə kimi qoyulmuşdur. Artıq hüquqa və ədalətə söykənən, vətəndaş cəmiyyətinin və bazar iqtisadiyyatının inkişafına tam zəmanət verən qanunvericilik bazasının əsası qoyulmuş və onun təkmilləşdirilməsi davam etdirilir. Ölkəmizdə demokratik cəmiyyətin formalaşdırılması üçün hər cür şərait yaradılmışdır. Azərbaycanda çoxpartiyalılıq əsasında demokratik yolla parlament seçilmiş, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri bərqərar olmuşdur. Ardıcıl surətdə həyata keçirilən köklü iqtisadi, sosial və hüquqi islahatların təməlində insana qayğı, insan ləyaqətinə hörmət dayanır.

Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasət dünən olduğu kimi bu gündə uğurla davam etdirilir. Azərbaycan xalqı 2003-cü il oktyabrın 15-də keçirlən prezident seçkilərində Cənab İlham Əliyevi prezident seçməklə sülhün, tərəqqinin, inkişafın, əmin-amanlığın və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi. Cənab İlham Əliyevin Prezident kimi Azərbaycana rəhbərlik etdiyi ötən illər ərzində ölkəmizdə bütün sahələrdə sürətli inkişafa nail olunub, insanların sosial-iqtisadi vəziyyəti daha da yaxşılaşıb. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında vurğulayıb ki, əldə edilmiş uğurların dünyada bərabəri yoxdur, bu danılmaz aksiomadır: “Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bakı - Tbilisi - Ceyhan, Bakı - Supsa, Bakı - Novorossiysk neft və Bakı - Tbilisi - Ərzurum neft-qaz sektoruna 30 milyard ABŞ dollarından artıq sərmayə cəlb edilmiş, geniş ixrac infrastrukturu yaradılmış və ölkəmiz regionun ən mühüm tranzit mərkəzinə çevrilmişdir. Xarici investiyanın ölkə iqtisadiyatına cəlb edilməsi nəticəsində Dövlət Neft Fondunun valyuta ehtiyatları dəfələrlə artmışdır. Təbii ki, maliyyə daxil olunmaları müxtəlif sosialyönümlü layihələrin icrasına, əhalinin sosial vəziyyətlərinin yaxşılaşmasına, yeni iş yerlərinin artmasına xidmət edir. Beynəlxalq maliyyə fondlarının gəldikləri qəaətə və açıqladıqları illik hesabtlara görə, Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edən dövlətdir. Azərbaycanın iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artdı, qeyri-neft ixracı 4,1 dəfə artıb. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan 46 milyard dollara çatdırılıb. Azərbaycanın qazandığı ğurların, qələbələrin yüksək zirvəsi 30 il erməni işğal altında olmuş torpaqlarımızn 44 günlük Vətən Müharibəsi ilə azad edilməsidir. Bu gün artıq münaqişə və pozulmuş sərhədlərimiz yoxdur. Bu gün öz gücü hesabına torpaq bütövlüyün təmin edən Azərbaycan dövləti var. Buna görə təbii ki, Ulu Öndərimiz Heydər Əliyevə və Onun əsasını qoyduğu siyasətini uğurla davam etdirən Prezidentimiz, Fateh Sərkərdə, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə minnətdarıq.

İ.ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Noyabr 2026 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri