Icma.az
close
up
RU
Azərbaycanın qədim insan məskənləri dünya irsinin bir hissəsi kimi: təcili qorunmaya ehtiyac FOTOLAR

Azərbaycanın qədim insan məskənləri dünya irsinin bir hissəsi kimi: təcili qorunmaya ehtiyac FOTOLAR

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Martın 14-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində işə başlayan “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktiki konfransın birinci gününə yekun vurulub.
Konfransın son panel iclası "Azərbaycanın qədim insan məskənləri dünya irsinin bir hissəsi kimi: təcili qorunmaya ehtiyac" mövzusuna həsr olunub.
Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayevin moderatorluğu ilə gerçəkləşən iclasdan əvvəl nitq söyləyən mədəniyyət nazirinin müaviniSəadət Yusifova Azərbaycanın öz mədəni və təbii irsinin qorunmasına daim önəm verdiyini bildirib. Qeyd edib ki, otuz illik işğal nəticəsində ölkəmizin minlənlə mədəni sərvəti talan edilib. Nazir müavini ümidvar olduğunu bildirib ki, bu konfransda səsləndirilən fikirlər Azərbaycanda və onun hüdudlarından kənarda mədəni irsin qorunmasına əhəmiyyətli təsir göstərəcək.
“Heritage Management Consultants”ın direktoru, mədəni irs üzrə beynəlxalq ekspert Raymond Bondin Azərbaycanın zəngin mədəni irsinin dünya miqyasına çatdırılması yollarından söz açıb.
Tokiyo Universitetinin Muzeyinin direktoru, professor Yoshihiro Nishiaki Azərbaycanın Orta Paleolit dövrünə aid olan mağaralarında aparılan araşdırmalar barədə məlumat verib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi tədqiqatçısı, elmlər namizədi, dosent Azad Zeynalov Azərbaycanın qədim yaşayış məskəni olan Azıx mağarasının unikallığından bəhs edib.
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Son Neolit və Kalkolit (Eneolit) Arxeologiyası şöbəsinin tədqiqatçısı Əjdər Babazadə Azığ mağarasında aparılan yeni tədqiqat işləri haqqında çıxış edib.
Tavatəpədə Azərbaycan-İtaliya birgə ekspedisiyasının üzvü, italyan arxeoloqu Nicola Laneri Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan kurqanlardan söz açıb.
İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin humanitar fakültəsinin Qafqazşünaslıq tədris-elmi İnstitutunun professoru Roman Lolua Qafqaz Albaniyası dövlətinə məxsus əlifba barədə öz tədqiqatlarından danışıb.
Daha sonra çıxış edən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva rəhbəri olduğu qurum tərəfindən görülən işlər barədə məlumat verib.
Sonda konfransın yekun bəyannaməsi qəbul edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Mart 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see285

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see219

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see218

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see217

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see211

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see192

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see191

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see190

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see176

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see170

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see170

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see166

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see163

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see162

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see160

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see159

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see153

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri