Icma.az
close
up
RU
Статья не опубликована
Azərbaycanın Qərbi Azərbaycan mövzusunu gündəmdə saxlaması Ermənistanı narahat edir

Azərbaycanın Qərbi Azərbaycan mövzusunu gündəmdə saxlaması Ermənistanı narahat edir

Icma.az bildirir, Aznews.az portalına istinadən.

“İranın Ermənistandakı səfiri Mehdi Sübhanidən sonra Fransa səfiri Olivye Dekotini də Azərbaycanı hədəfə alan çıxışları ilə diqqət çəkir. Səfir Ermənistan mətbuatında yayımlanan müsahibələrində tez-tez Bakıya qarşı sərt və əsassız ittihamlar səsləndirir. Ötən gün isə Dekotini İran ərazisində Qərbi Azərbaycan vilayətinin xəritəsini “Tək və yeganə” sözləri ilə paylaşıb. Səfirin bununla Ermənistan ərazisinin Qərbi Azərbaycan adlandırılmasına etiraz etdiyi bildirilib”.

“Sülh danışıqları prosesində Qərbi azərbaycanlıların da öz doğma yurdlarına qayıtması məsələsi var və Ermənistan bunu heç bir halda qəbul etmək istəmir. Lakin buna rəğmən Ermənistan şərt olaraq irəli sürür ki, Qarabağdan öz xoşları ilə köçən ermənilər qeyd şərtsiz geri qayıtsınlar. Eyni zamanda çalışır ki, burada hər hansı beynəlxalq nəzarət təmin olunsun. Azərbaycanın şərti ondan ibarətdir ki, ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsin və hüquqlarına hörmətlə yanaşsın. Amma bundan fərqli olaraq Qərbi azərbaycanlılar Ermənistandan deportasiya olunub və zorla köçürülüblər. Bu baxımdan Azərbaycanın Qərbi Azərbaycan mövzusunu gündəmdə saxlaması Ermənistanı narahat edir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının idarə üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

Siyasi şərhçi qeyd edib ki, bölgədə sülhün əldə olunmasını istəməyən bir sıra qüvvələr, xüsusilə Qərb dövlətləri və başda Fransa olmaqla bu məsələlərdə Ermənistanı təhrik edirlər ki, razılaşma olmasın.

“Beləliklə də gərgin vəziyyət davam etsin. Nəticədə nə zamansa bundan istifadə edərək, sülh prosesinin ləng getməsi və əngəllənməsi ilə bölgədə qeyri-müəyyən vəziyyət davam etsin, eskalasiya riskləri mövcud olsun və Qərb öz maraqlarını təmin etmək üçün bölgədə varlıqlarını formalaşdırsınlar. İran da zaman-zaman Azərbaycanın güclənməsi və bölgədə Ermənistanla münasibətlərinin inkişafında maraqlı olmayıb. Xüsusilə Zəngəzur dəhlizi məsələsində biz görürük ki, İran maksimum çalışır ki, bu layihə alınmasın. Bununla da İranın Ermənistandan bir kart kimi Azərbaycana qarşı istifadəsi davam etsin. Halbuki bu məsələ, həmçinin İranın bu yanaşmaları ilk növbədə Ermənistan üçün nəticələr doğurur. Yəni Ermənistan müstəqil fəaliyyət və siyasət yürütmür. Üzərində həm Fransanın, həm də İranın təzyiqlərini hiss edir. Halbuki, bütün bunlar olmayacağı təqdirdə Azərbaycanla Ermənistan arasında sülh əldə olunarsa, o zaman İran və eyni zamanda Qərb ölkələri və digər ölkələr Ermənistan üzərində təsirlərini itirə bilərlər. Ona görə də maksimum çalışırlar ki, bu problemlər davam etsin. Düşünürəm ki, bu açıqlamaları təsadüfi hesab etmək olmaz”.

Rəfiqə NAMAZƏLİYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 27 Noyabr 2024 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see253

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see243

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see234

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see210

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see170

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see157

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see156

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see148

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see144

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see139

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see138

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see137

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see135

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see135

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri