Icma.az
close
up
RU
Azərbaycanın qlobal dialoq və əməkdaşlıq platformasındakı mühüm mövqeyi

Azərbaycanın qlobal dialoq və əməkdaşlıq platformasındakı mühüm mövqeyi

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2026-cı il mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edərək Azərbaycanın Avropa məkanında siyasi dialoq, regional əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişafına verdiyi töhfələri bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Prezidentin çıxışı Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində oynadığı aktiv rolun, həyata keçirdiyi balanslaşdırılmış xarici siyasətin və regional sabitliyin təmin olunmasına yönəlmiş ardıcıl təşəbbüslərinin bariz ifadəsi kimi qiymətləndirildi.
Dövlət başçısı çıxışında qlobal çağırışların artdığı, siyasi və iqtisadi münasibətlər sistemində yeni reallıqların formalaşdığı bir dövrdə əməkdaşlıq platformalarının əhəmiyyətindən bəhs etdi. O vurğuladı ki, qarşılıqlı hörmət, suverenlik prinsiplərinə sadiqlik və konstruktiv dialoq müasir dünyanın əsas tələblərindəndir. Azərbaycan bu prinsiplərə əsaslanaraq həm regionda, həm də daha geniş coğrafiyada etibarlı tərəfdaş kimi öz mövqeyini daha da möhkəmləndirib.
Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında artan rolunu xüsusi qeyd etdi. Bildirildi ki, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri yalnız iqtisadi əməkdaşlıq nümunəsi deyil, eyni zamanda dövlətlər arasında etimadın və uzunmüddətli tərəfdaşlığın formalaşmasına xidmət edən mühüm strateji platformadır. Azərbaycanın etibarlı enerji təchizatçısı kimi Avropa ilə əlaqələrinin inkişafı qarşılıqlı maraqlara əsaslanan uğurlu əməkdaşlıq modelidir.
Çıxışda həmçinin regional sabitlik, təhlükəsizlik və sülh təşəbbüsləri məsələlərinə toxunuldu. Prezident qeyd etdi ki, Azərbaycan regionda davamlı sülhün və qarşılıqlı anlaşmanın təmin olunması üçün ardıcıl siyasət yürüdür. Ölkəmiz dialoqu, əməkdaşlığı və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan münasibətləri dəstəkləyir. Bu yanaşma Azərbaycanın beynəlxalq platformalarda nüfuzunu daha da artırır.
“Avropa Siyasi Birliyi”nin Zirvə toplantısında videobağlantı formatında çıxış Azərbaycanın bu nüfuzlu siyasi platformada fəal iştirakını bir daha nümayiş etdirdi. Prezidentin səsləndirdiyi fikirlər ölkəmizin regional və beynəlxalq gündəliyin formalaşmasında söz sahibi olduğunu təsdiqlədi.
Bu çıxış Azərbaycanın Avropa ilə münasibətlərində yeni perspektivlərin formalaşdığını, siyasi dialoqun daha da dərinləşdiyini və ölkəmizin beynəlxalq əməkdaşlıq məkanında artan rolunu göstərən mühüm siyasi hadisə kimi tarixə düşdü. Azərbaycanın müstəqil siyasəti, güclü liderlik iradəsi və strateji baxışı ölkəmizin beynəlxalq arenadakı mövqeyini gündən-günə möhkəmləndirir.

Rauf Nəcəfov
YAP Sədərək rayon təşkilatının məsləhətçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 May 2026 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see339

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see326

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see311

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see305

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see282

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see269

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see264

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see246

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see236

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see227

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see227

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see224

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see216

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see211

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see209

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see208

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see201

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see186

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri