Icma.az
close
up
RU
“Azərbaycanın qlobal enerji bazarındakı əhəmiyyəti son illər daha da artıb”

“Azərbaycanın qlobal enerji bazarındakı əhəmiyyəti son illər daha da artıb”

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Azərbaycanın Avropa İttifaqına təbii qaz ixracı son illərdə əhəmiyyətli dərəcədə artaraq 2025-ci ildə təxminən 12,8 milyard kubmetrə çatıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu SOCAR-ın vitse-prezidentinin müavini Vitali Bəylərbəyovun “Euronews” telekanalının “Business Horizons” proqramına müsahibəsinin əsas mövzusu olub.

Proqramda qeyd olunub ki, Azərbaycanın enerji dəhlizləri Avropanın enerji mənbələrinin şaxələndirilməsində mühüm rol oynayır və ölkənin qlobal enerji bazarındakı əhəmiyyəti son illər daha da artıb.

SOCAR-ın vitse-prezidentinin müavini bildirib ki, Azərbaycanın ixrac marşrutları həm ölkə, həm də Avropa üçün strateji əhəmiyyət daşıyır: “Deyərdim ki, onlar həm Avropanın enerji mənbələrinin şaxələndirilməsi, həm də bizim üçün son dərəcə vacibdir”. 

Vitali Bəylərbəyovun sözlərinə görə, geosiyasi proseslər fonunda SOCAR-ın beynəlxalq əməkdaşlıq coğrafiyası da genişlənib: “Bizim üçün əsas dəyişiklik ondan ibarətdir ki, indi getdikcə daha çox ölkə ilə işləyirik. Qaz tədarük etdiyimiz, eləcə də xidmət və texnologiyalar aldığımız ölkələrdə tərəfdaşlarımızın sayı durmadan artır”.

O vurğulayıb ki, SOCAR Azərbaycanın bütün ixrac boru kəmərlərini idarə edir: “SOCAR ölkə adından Azərbaycandan çıxan bütün neft və qaz kəmərlərini idarə edir. Buraya Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənubi Qafqaz qaz kəməri də daxildir. Bu kəmərlər həm qonşularımız, həm də bizi dünyanın qalan hissəsi ilə birləşdirən əsas arteriyalar kimi böyük əhəmiyyət daşıyır”.

Azərbaycanın boru kəmərlərinin Xəzər qazını Avropaya birləşdirən vacib “arteriya” rolunu oynadığını qeyd edən SOCAR rəsmisi enerji təhlükəsizliyinin əsas təminatının etibarlı tərəfdaşlıq münasibətləri olduğunu da bildirib: “Təmin edə biləcəyiniz ən yaxşı təhlükəsizlik şəffaf olmaq və dəyişən dünyada birlikdə yaşamaq və işləmək bacarığıdır. İlk növbədə, qonşularınızla, eyni zamanda uzunmüddətli tərəfdaşlıq münasibətləriniz olan bütün ölkələrlə yaxşı münasibətləri qoruyub saxlamaq lazımdır”.

“Business Horizons” proqramında qeyd olunub ki, təxminən 3 500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizi Xəzər dənizini Avropa bazarları ilə birləşdirən ən mühüm enerji infrastruktur layihələrindən biridir. Azərbaycan qazı üç boru kəmərindən ibarət sistem vasitəsilə Avropaya nəql olunur və Avropa şəbəkəsinə qoşulduqdan sonra Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Almaniya və Avstriya daxil olmaqla bir sıra ölkələrə çatdırılır. Qeyd olunub ki, İtaliya 2025-ci ildə təxminən 9,5 milyard kubmetr qaz idxal etməklə Azərbaycanın Avropadakı ən böyük alıcısı olaraq qalıb.

SOCAR-ın Əməliyyatlar üzrə direktoru Elxan Sultanov isə proqrama müsahibəsində bildirib ki, şirkətin əsas məqsədi enerji resurslarını təhlükəsiz və fasiləsiz şəkildə istehlakçılara çatdırmaqdır.

“Bizim prioritetimiz çox sadədir - xam nefti müştərilərimizə təhlükəsiz, etibarlı, fasiləsiz və səmərəli şəkildə çatdırmaq”, - o vurğulayıb.
Elxan Sultanovun sözlərinə görə, minlərlə kilometr uzunluğunda boru kəmərlərinin etibarlı işləməsi fasiləsiz nəzarət tələb edir: “Boru kəməri sistemi uzun məsafələr boyunca fasiləsiz fəaliyyət göstərir. Buna görə də sistemin bütövlüyünü və etibarlılığını yüksək səviyyədə saxlamaq komandamızdan daimi monitorinq tələb edir”.

Elxan Sultanov vurğulayıb ki, enerji sektorunda dəqiqlik həlledici amildir: “Düşünürəm ki, bizim sahədə dəqiqlik həlledici əhəmiyyət daşıyır. Çünki hətta kiçik bir kənarlaşma belə təhlükəsizlik, səmərəlilik və əməliyyat fəaliyyətinə ciddi təsir göstərə bilər”.

O əlavə edib ki, boru kəmərləri, sadəcə, infrastruktur deyil, böyük peşəkarlıq və müasir texnologiyalar tələb edən mürəkkəb sistemlərdir.

Proqramda sonda vurğulanıb ki, enerji təhlükəsizliyi təkcə resurslarla deyil, həm də dayanıqlı əməkdaşlıq, etimad və uzunmüddətli tərəfdaşlıq münasibətləri ilə təmin olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 31 İyul 2026 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri