Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Azərbaycanın Avropa İttifaqı üçün əhəmiyyəti enerji ilə məhdudlaşmır

Azərbaycanın Avropa İttifaqı üçün əhəmiyyəti enerji ilə məhdudlaşmır

Icma.az, Modern.az saytına istinadən bildirir.

Kibertəhlükəsizlik, rəqəmsal suverenlik və süni intellekt kimi çağırışlar müasir dövrün reallığıdır. Qazıntı yanacaq növləri və minerallarla zəngin olan coğrafiyalarda təsir imkanlarnı gücləndirmək, strateji dəhlizlərdə öz subyektliyini təsdiq etmək geosiyasi rəqabətin tərkib hissəsidir. Hətta ən inkişaf etmiş ölkələr, o cümlədən əksər Avropa dövlətləri enerji və ərzaq  təhlükəsizliyini artıq milli təhlükəsizlik konsepsiyasının ayrılmaz parçası kimi qiymətləndirirlər. 

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana işgüzar səfəri bu cür çağırışlar fonunda xüsusilə əhəmiyyətlidir. Səfər Avropa İttifaqı-Azərbaycan münasibətlərinin dərinləşdirilməsi ilə yanaşı, Avropa ilə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında daha etibarlı və strateji əlaqələrin qurulması məqsədini daşıyır. Heç şübhəsiz ki, bu, Avrasiya məkanına geosiyasi və geoiqtisadi baxışın tərkib hissəsidir. Avropa liderləri onu da yaxşı bilirlər ki, Azərbaycanın beynəlxalq hüquq normaları əsasında Cənubi Qafqazda yaratdığı yeni reallıq və etibarlı tərəfdaş kimi bu coğrafiyada oynadığı strateji rol iki qitə arasında iqtisadi inteqrasiya proseslərinin dərinləşməsinə, o cümlədən Orta Dəhlizdən tam gücü ilə istifadəyə tarixi fürsət yaradır.

İyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıda mətbuata bəyanatında səsləndirdiyi bu açıqlama elə həmin reallığı əks etdirir: “Bu gün mən Avropa İttifaqı üçün olduqca əhəmiyyətli tərəfdaşlığı dərinləşdirmək məqsədilə buradayam... Azərbaycan öz strateji coğrafiyasını artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir. Məhz buna görə biz Avropa İttifaqı- Azərbaycan Bağlantı Tərəfdaşlığının başlanılmasını təklif edirik”.

Ümid edirəm ki, son günlər ölkəmizi yenidən qərəzli və məqsədli şəkildə hədəf seçən dairələr bu cür ciddi bəyanatlardan nəticə çıxaracaqlar. Bu cür “oyunçular” nə qədər cığallıq etsələr də, əminəm ki, Prezident Ursula Fon der Lyayenin Azərbaycan Prezidentinə xitabən səsləndirdiyi bu mesaj onların da diqqətindən yayınmayacaq: “Siz regionda sülhün və əməkdaşlığın təşviq olunmasında şəxsi liderlik keyfiyyətlərini nümayiş etdirdiniz. Bu, sabitlik, etimad və ortaq rifah üçün yeni imkanlar yaradır... Son illərdə Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşı olduğunu sübuta yetirmişdir”.

Yüksəksəviyyəli Avropa liderlərinin tarixi reallığa söykənən bu cür ədalətli bəyanatları ilə yanaşı, Azərbaycanın Avropa üçün əhəmiyyətinin guya yalnız enerji məsələsi ilə məhdudlaşdığını qərəzli şəkildə iddia edən siyasətçi və ekspertlərin olduğunu da unutmamalıyıq. Onlar Avropada, AŞPA və Avropa Parlamenti kimi təşkilatlarda yetərincədir. Etnik və dini zəmində bölücülüyü, nifrət və qarşıdurmanı təşviq edən  həmin siyasi cahillərin yeganə məqsədi populist şüarlarla həqiqəti təhrif etmək və Azərbaycanın nüfuzuna zərbə vurmaqdır. Reallıq hissini unudan bu cür dairələr nədənsə fərqində deyillər ki, iqtisadi inteqrasiyanın genişlənməsi və strateji dəhlizlərin açılması həm də siyasi mövqelərin yaxınlaşması və daha çox uzlaşdırılması üçün bir fürsətdir.

O da danılmaz həqiqətdir ki, əgər coğrafi üstünlüyün arxasında müstəqil xarici kursu təmin edən ali siyasi iradə və real addımlar dayanmırsa, bu, həmin coğrafiyanı nəinki əhəmiyyətsiz, hətta ən təhlükəli məkana da çevirə bilər. Yaxın Şərqdə bunu təsdiq edən kifayət qədər sübutlar var. Prezident İlham Əliyevin İslam İnkişafı Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimində səsləndirdiyi bu fikir həmin dairələrə ciddi xatırlatma mesajıdır: “Coğrafi yerləşmə, əlbəttə ki, gündəlikdən asılı olaraq başağrısı da ola bilər, üstünlük də ola bilər. Bizə gəldikdə bu, təkcə bizim üçün yox, bir çox ölkələr üçün üstünlükdür. Bu gün artıq qeyd etdiyim kimi, Azərbaycandan keçən dəhlizlər bir çox ölkələr üçün əlaqələndirilmiş və razılaşdırılmış nəqliyyat vətərini yaradır”.

Azərbaycan Prezidentinin Avropa Komissiyası rəhbərinin iştirakı ilə mətbuata bəyanatında səsləndirdiyi növbəti açıqlama həm də mövqe bütövlüyünün və siyasi iradə əzminin göstəricisidir: “Şərq-Qərb və Şimal-Cənub daşımalar dəhlizləri Azərbaycandan keçir və qonşularımızla, həmçinin qonşularımızın qonşuları ilə yaxşı münasibətləri bizə bütün iştirakçılara fayda gətirən çox geniş əməkdaşlıq formatını qurmağa imkan yaratdı... Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı ilə Ermənistan və Azərbaycan Birgə Bəyannaməni imzaladılar. Prezident Tramp, həmçinin şahid kimi imzaladı və əlavə olaraq Ermənistan ilə Azərbaycan sülh sazişinin mətnini parafladılar. Beləliklə, de-fakto sülh qurulub və biz faydasını görürük”.

Cənab Prezident bu açıqlaması ilə Azərbaycanın Qələbəsini hələ də həzm edə bilməyən və bu səbəbdən Cənubi Qafqazda sülh quruculuğuna mane olmağa, Ermənistan cəmiyyətini isə yenidən yanlış yola yuvarlamağa çalışan dairələrə o mesajı verdi ki, ölkəmizin təşəbbüsü ilə başlanan sülh prosesinin arxasında həm də Vaşinqton razılaşmaları dayanır. Beynəlxalq hüququ qəsdən gözdən salan və yalnız güc amilini təşviq edən bəzi aktor və təşkilatlar fərqində olmalıdırlar ki, Prezident İlham Əliyevin bu bəyanatı olduqca mühüm xatırlatmadır, eyni zamanda, qlobal siyasətdə əsas güc və söz sahibinə açıq işarədir. Elə buna görə də nə cahil motivlər, nə qısqanc populizm, nə də qərəzli iddia və qətnamələr mövcud geosiyasi reallığı dəyişdirə bilməyəcək: iki qitə arasında faydalı əməkdaşlıq dəhlizlərin, o cümlədən Zəngəzur dəhlizinin açılmasını qaçılmaz edəcək!

Bir daha İslamofobiya və türkofobiya kimi uydurma motivlərə qayıtdıqda isə, siyasi qısqanclar və bədxahlarımız onu da bilməlidirlər ki, Azərbaycan və qardaş Türkiyə ilə Orta Dəhliz boyunca yerləşən Türk dövlətləri arasında mövcud olan tarixi bağlar Avrasiya coğrafiyasının inkarolunmaz gerçəkliyidir. Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına təbrik məktubunda xüsusi olaraq qeyd etdiyi bu fikir yalnız Azərbaycan cəmiyyətinin deyil, bütövlükdə Türk dünyasının mövqeyini əks etdirir: “Türk dünyası ailəsi böyük bir sivilizasiya yaratmış əcdadlarımızın şəninə yaraşan tərzdə əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olmaq yolundadır. Biz bu ailənin möhkəmliyi və sarsılmazlığı naminə var qüvvəmizi bundan sonra da əsirgəməyəcəyik”.

Ülvi Quliyev, 
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 İyul 2026 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see333

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see332

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see331

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see327

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see312

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see263

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see262

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see249

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see237

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see237

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see217

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see214

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see212

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see209

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see208

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see208

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see208

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see189

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri