Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanın qlobal proseslərin mərkəzindədir

Azərbaycanın qlobal proseslərin mərkəzindədir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cənubi Qafqaz artıq münaqişə bölgəsindən çıxaraq sülh və əmin-amanlıq regionu kimi dünyanın diqqət mərkəzindədir. Şübhəsiz ki, ölkəmizin və Azərbaycan liderinin yaratdığı yeni reallıqlar fonunda bölgə münaqişə imicini dəyişərək sürətli inkişaf mərhələsinə qədəm qoyub. Beynəlxalq tədbirlərin bu bölgə üçün ünvan kimi seçilməsi də bu inkişafın davamıdır. Avropa liderlərinin Cənubi Qafqaza toplaşması bunun bariz nümunəsidir. “Avropa Siyasi Birliyi”- nin 8-ci Zirvə toplantısının Ermənistanda keçirilməsi də Antonio Kostanın bəyan etdiyi kimi Azərbaycan ilə Ermənistan arasında sülh razılaşması sayəsində mümkün olub. Bölgədə uzun müddət davam edən münaqişə artıq arxada qalıb, yüksəliş və inkişaf isə regionun imicini dəyişib. Şübhəsiz ki, bütün bunlar Prezident İlham Əliyevin tarixi xidmətləridir. 

Bu fikirləri Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib. O qeyd edib ki,  regionda mövcud olmuş münaqişənin dinc yolla həlli üçün öhdəlik götürmüş beynəlxalq qurumların qeyri-effektiv və ikili yanaşması nəticəsində vəziyyət uzun müddət həll olunmamış qaldı və bu da sonda hərbi gərginliyə gətirib çıxardı. Azərbaycan öz suveren ərazilərini işğaldan azad etməklə regionda ədalətli reallığın bərpası və sülhün təmin olunması istiqamətində mühüm addım atdı. “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edən ölkə başçısı keçmişdə baş vermiş proseslərə və bu günün mövcud reallıqlarına dair mövqeyini aydın şəkildə ifadə edərək vacib məsələlərə bir daha aydınlıq gətirdi.

Ölkəmizin başçısı çıxışında Prezident Koştanın Azərbaycana iki aydan az vaxt əvvəl baş tutan səfəri zamanı Zirvə görüşündə iştirak məsələsinin müzakirə edildiyini qeyd edərək bildirdi ki, tədbirə videobağlantı formatında qoşulma barədə razılıq əldə olunub. Prezident həmçinin 2026-cı ilin mayında Zirvə görüşünün Ermənistanda keçirilməsi təşəbbüsünə müsbət münasibət bildirdiyini vurğulayaraq bunu Azərbaycan ilə Ermənistan arasında sülhün artıq real mərhələyə keçdiyini göstərən mühüm göstərici kimi dəyərləndirdi. Bundan başqa Prezident İlham Əliyev ötən ilin avqustunda Vaşinqtonda Ermənistan və Azərbaycan liderləri tərəfindən Birgə Bəyannamənin imzalanmasına toxunaraq bildirdi ki, sülhün əldə olunması nəticəsində Azərbaycan 1990-cı illərin əvvəllərindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb. İndiyədək Ermənistan yükləri Azərbaycan ərazisi vasitəsilə təxminən 28 min ton həcmində daşınıb. Eyni xamanda Azərbaycan əlavə addımlar da atıb. Belə ki, ilk dəfə olaraq öz neft məhsullarını  Ermənistana ixrac etməyə başlayıb. Bununla da iki ölkə arasında ticarət münasibətlərinin əsası qoyulub. Sülh sahəsində digər mühüm nailiyyət nəqliyyat bağlantıları ilə bağlıdır ki, “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” Azərbaycanın Naxçıvan eksklavı ilə birləşməsinə imkan yaradacaq və eyni zamanda Orta Dəhlizin tərkib hissəsinə çevriləcək. Bu proses nəticəsində həm Ermənistan, həm də Azərbaycan sülhün real nəticələrini artıq hiss etməyə başlayıblar. 

Bütün bunların fonunda dövlətimizin başçısı qeyd etdi ki, Avropa Parlamenti sülh prosesini dəstəkləmək əvəzinə ona qarşı qərəzli mövqe sərgiləyir. 2021-ci ilin mayından 2026-cı il aprelin 30-dək Azərbaycanla bağlı 14 qətnamə qəbul olunub və bunlar təhqir və yalanlarla xarakterizə edilir. Son qətnamə isə Zirvə görüşü ərəfəsində qəbul edilib. Təəssüf ki, Avropa Parlamenti qlobal problemlərin həlli əvəzinə Azərbaycanı hədəfə alır. Bunun əsas səbəbi isə odur ki, ölkəmiz  öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Prezident buna cavab olaraq qeyd etdi ki, Azərbaycan parlamenti Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması və bir sıra əlaqəli strukturlarda iştirakın məhdudlaşdırılması barədə qərar qəbul edib və bu addım da ölkəmizin suveren maraqlarının qorunmasına yönəlib. 

Deputat yekunda bildirib ki, sammitin İrəvanda keçirilməsi zamanı ölkəmizin rəyinin nəzərə alınmaması və “Avropa Siyasi Birliyi”nin 2028-ci ildə Zirvə görüşünün Azərbaycanda keçirilməsi barədə qərar bütövlükdə Azərbaycan liderinə və ölkəmizə göstərilən xoş münasibətin göstəricisi kimi tarixə düşdü. Bu da ölkəmizin artan beynəlxalq nüfuzunun daha bir təsdiqi olmaqla yanaşı Azərbaycanın qlobal proseslərin mərkəzində yer almasını göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 May 2026 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see613

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see544

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see416

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see329

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see291

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see287

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see285

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see273

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see270

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see250

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see230

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see221

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see220

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see217

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see212

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see204

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see197

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see190

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see189

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri