Icma.az
close
up
RU
Azərbaycanın Rusiyadakı səfiri Putinə təşəkkür etdi Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azərbaycanın Rusiyadakı səfiri Putinə təşəkkür etdi Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Moskvanın Bakı ilə İrəvan arasındakı sülh prosesinə fəal dəstəyinə görə Prezident Vladimir Putinə təşəkkür edib.

Bu barədə diplomat etimadnaməsinin təqdimetmə mərasimində bildirib.

"Rusiya Prezidenti Vladimir Putinə təşəkkürümü bildirmək istərdim ki, sülh prosesinə belə fəal dəstək verir. Mən onu (Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyanı - red.) vəzifəyə rəsmi başlaması münasibətilə artıq təbrik etmişəm. Onunla, belə demək mümkünsə, konstruktiv münasibətləri Moskvada dəstəkləyəcəyik", - R.Mustafayev deyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin tədbir zamanı Moskvanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması üçün hər şeyi etdiyini söyləyib.

seeBaxış sayı:92
embedMənbə:https://azxeber.com
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri