Icma.az
close
up
RU
ƏRDOĞANDAN KRİTİK AÇIQLAMALAR “Dünya ən xaotik dövrlərindən birini yaşayır” + VİDEO

ƏRDOĞANDAN KRİTİK AÇIQLAMALAR “Dünya ən xaotik dövrlərindən birini yaşayır” + VİDEO

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştepedə keçirilən Kabinet iclasından sonra xalqa müraciətində regiondakı son hadisələrlə bağlı mühüm açıqlamalar verib.  

"AzPoltika" Prezident Ərdoğanın çıxışından əsas məqamları təqdim edir:

“Sözlə yox, gördüyümüz işlərlə danışırıq”

“Xalq qarşısında hesabat verməkdən yayınanların əksinə olaraq, biz hesabını millətə verməyi şüar edinmiş bir iqtidarıq. Bunun ən konkret göstəricisi olaraq 2025-ci ilə aid fəaliyyət hesabatımızın xülasəsini yaxın günlərdə ictimaiyyətə təqdim etdik.

Türkiyəni hər sahədə yüksəltmək, sıçrayış etdirmək və müqəddəs hədəflərinə bir addım daha yaxınlaşdırmaq üçün bütün imkanlarımızı səfərbər etmişik.

Bu müqəddəs vətənin hər guşəsini dirçəltmək, Türkiyə Cümhuriyyətinin imkanlarını bu ölkənin hər bir vətəndaşına ədalətli şəkildə çatdırmaqda qərarlıyıq. Burada xüsusilə vurğulamaq istəyirəm: Bizə səs verib-verməməsindən asılı olmayaraq, bu ölkədə yaşayan hər bir vətəndaş bizim üçün eyni dərəcədə xidmətə və hörmətə layiqdir.

İnsanları siyasi baxışlarına, mənşəyinə və ya səs seçiminə görə ayırmaq bizim anlayışımıza tamamilə ziddir.

Siz həmişə sözlərimizlə deyil, gördüyümüz işlərlə danışırıq. Bu gün paytaxt Ankara üçün Yeni Türkiyə vizyonunu simvolizə edən daha bir mühüm layihəni həyata keçirməyin qürurunu yaşayırıq.

Kabinet iclasımızdan əvvəl istifadəyə verdiyimiz Esenboğa Hava Limanının üçüncü uçuş-enmə zolağının və yeni hava hərəkətinə nəzarət qülləsinin xeyirli olmasını arzulayıram.”

https://x.com/RTErdogan/status/2013276078400246085?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E2013276078400246085%7Ctwgr%5Efbd8af10930add70fdd98c35e075e016696e4aac%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Freport.az%2Fregion-xeberleri%2Ferdogan-inaniriq-ki-qonsumuz-iran-bu-gunlerin-ohdesinden-gelecek

“Dünya ən qeyri-sabit dövrlərindən birini yaşayır”

Dünyamız İkinci Dünya müharibəsindən bəri bəlkə də ən xaotik və qeyri-müəyyən dövrlərindən birini yaşayır. Mövcud problemlər dərinləşir, hər gün bunlara yeniləri əlavə olunur.

Qaydalara əsaslanan beynəlxalq sistem ciddi zərbələr alıb və böyük nüfuz itkisinə məruz qalıb. Hüququn gücü yerinə, gücün hüququnun hökm sürdüyü daha ədalətsiz və təhrif olunmuş qlobal düzənə doğru sürətlə irəliləyirik.

Rusiya–Ukrayna müharibəsi qarşıdakı ay beşinci ilinə daxil olacaq. Bu müddətdə hər iki tərəfdən yüz minlərlə insan həyatını itirib, şəhərlər yerlə-yeksan olub, milyonlarla insan doğulub-böyüdüyü torpaqları tərk etməyə məcbur qalıb.

Bütün diplomatik cəhdlərə baxmayaraq, sülh ümidlərini real şəkildə artıracaq konkret yol xəritəsi hələ də ortaya qoyulmayıb.

Qonşumuz İran işğal xarakterli hücumlardan sonra indi də ictimai asayişi və sabitliyi hədəf alan yeni təzyiqlərlə üz-üzədir. Küçələr üzərindən yazılmaq istənilən ssenariləri hamımız diqqətlə və narahatlıqla izləyirik.

Dialoq və diplomatiyanı ön plana çəkən, sağlam düşüncəni əsas alan siyasətlə İran xalqının bu tələlərlə dolu prosesi inşallah arxada qoyacağına inanırıq.”

“Bir və bütöv Suriya bölgə üçün vazkeçilməzdir”

Ortaq tariximizi, mədəniyyətimizi və 1400 illik sivilizasiya mirasımızı paylaşdığımız Suriyadakı hər bir hadisə bizi birbaşa və yaxından maraqlandırır.

Qonşumuz Suriyanın 8 dekabr inqilabı ilə qazandığı azadlıq mühitinin davamlı sülhə, sabitliyə və təhlükəsizliyə çevrilməsi üçün çalışırıq.

Ərazi bütövlüyünə malik, bir və bütöv Suriya bölgə üçün vazkeçilməzdir. Suriya ərəblərin də, türkmənlərin də, kürdlərin də ölkəsidir.

Suriya xalqının qardaşı, qonşusu və çətin gün dostu olaraq bu prosesi pozacaq heç bir təşəbbüsə yol verilməməli olduğunu xüsusilə vurğulayırıq. “Tək dövlət, tək ordu” prinsipi Suriyanın birlik və bütövlüyü baxımından həyati əhəmiyyət daşıyır.

“Haləbdəki əməliyyat atəşkəs və tam inteqrasiya ilə nəticələndi”

Dövlət daxilində dövlət qurmaq istəyən bir ovuc insan istisna olmaqla, Suriya xalqının əldə olunmuş razılaşmadan məmnun olduğu aydın görünür.

Haləbin bəzi məhəllələrinin işğaldan azad edilməsi məqsədilə ötən həftə başlanan hərbi əməliyyat dünən atəşkəs və tam inteqrasiya razılaşması ilə başa çatıb.

Suriya ordusunun bu həssas əməliyyatı bütün mərhələlərdə böyük diqqətlə idarə etməsi, mülki əhaliyə zərər dəyməməsi üçün maksimum həssaslıq göstərməsi hər cür təqdirəlayiqdir.

Dünən axşam Suriya Prezidenti cənab Ahmed Şara ilə telefon danışığı apardım. Ona əldə olunmuş razılaşma və aparılan əməliyyat münasibətilə təbriklərimizi çatdırdım.

DAEŞ başda olmaqla terrorla mübarizədə Türkiyənin daima Suriyanın yanında olduğunu və bundan sonra da olacağını cənab Şaraya bir daha ifadə etdim.

Suriya xalqını dünən olduğu kimi, inşallah sabah da tək qoymayacağıq.

“Suriya qan və gözyaşına doymuşdur”

Bir ovuc muzdlu qüvvə istisna olmaqla, Suriya xalqının əldə olunmuş razılaşmadan böyük məmnunluq duyduğu açıq şəkildə görünür.

Haləbin, Rəqqanın, Deyr əz-Zorun və digər Suriya şəhərlərinin küçələrindən yayılan görüntülər Suriya xalqının sülhə duyduğu dərin həsrəti açıq şəkildə ortaya qoyur.

13,5 il ərzində böyük əzablar yaşamış, ağır bədəllər ödəmiş, yüz minlərlə övladını torpağa vermiş bu qədim xalq bu gün ümidini yenidən bərpa edir, həyata yenidən sarılır və artıq müharibə istəmədiyini açıq şəkildə bildirir.

Heç bir səbəblə kimsənin bu gerçəyi görməzdən gəlməyə, xüsusilə də bu ümid mühitini pozmağa haqqı yoxdur. Suriyanın bərəkətli torpaqları artıq qana, ağrıya və gözyaşına doyub.

"Terrordan azad Türkiyə” vurğusu

Qardaşlarım, Türkiyə – türk, kürd, ərəb demədən; sünni, şiə ayrımı aparmadan bir və bərabər olmağı, güclü və diri olmağı istəyir. Biz də bunun üçün səmimi şəkildə çalışırıq. 

Terrordan azad Türkiyə prosesimizin məqsədi, hədəfi və mənzili məhz budur. Terrordan azad bir bölgə idealını xüsusi vurğulamağımızın səbəbi də eynidir.

Əlbəttə, mənzilə çatmaq Uca Allahın təqdiridir. Ancaq biz iqtidar və ittifaq olaraq bu yolda çalışmağa, sağlam düşüncəli, məsuliyyətli və qətiyyətli mövqe sərgiləməyə, inşallah, davam edəcəyik.

Bizi bölmək, parçalamaq, bir-birimizə düşmən etmək istəyənlərə baxmayaraq, kenetlenmiş şəkildə firavan sabahlara çiyin-çiyinə yürüyəcəyik.”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Yanvar 2026 20:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri