Icma.az
close
up
RU
Azərbaycanın sağlamlıq turizmi potensialı beynəlxalq sammitdə nümayiş etdirilir

Azərbaycanın sağlamlıq turizmi potensialı beynəlxalq sammitdə nümayiş etdirilir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 12 may, AZƏRTAC

Azərbaycan Turizm Bürosu (ATB) Bolqarıstanın Varna şəhərində təşkil olunan “Healthxchange Summıt 2026” tədbirində iştirak edir.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Avropanın sağlamlıq və spa turizmi sahəsində aparıcı platformalarından biri hesab olunan sammit dövlət qurumlarını, turizm təşkilatlarını, tibbi və rekreasiya sənayesi nümayəndələrini, eləcə də beynəlxalq ekspertləri bir araya gətirir. Tədbir çərçivəsində sağlamlıq turizmində yeni tendensiyalar, innovativ yanaşmalar və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunur.

Sammitdə ATB-nin İdarə Heyətinin sədr müavini Teymur Süleymanzadə müxtəlif panel sessiyalarında və ikitərəfli görüşlərdə iştirak edərək Azərbaycanın sağlamlıq və tibbi turizm potensialını beynəlxalq tərəfdaşlara təqdim edib. Görüşlər zamanı ölkənin zəngin təbii müalicə resursları, spa və rekreasiya imkanları, həmçinin sağlamlıq turizminin inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verilib.

Tədbirdə iştirak Avropa ölkələrində sağlamlıq turizmi sahəsində tətbiq olunan keyfiyyət standartları, idarəetmə modelləri və sertifikatlaşdırma mexanizmləri ilə tanış olmaq, eləcə də bu təcrübələrin Azərbaycanda tətbiqi imkanlarını dəyərləndirmək baxımından əhəmiyyət daşıyır.

Səfər çərçivəsində Azərbaycan Turizm Bürosu Avropada spa, sağlamlıq və tibbi turizm sahəsində fəaliyyət göstərən aparıcı təşkilatlardan biri olan Avropa Spa Assosiasiyasına (ESPA) məsləhətçi üzv qismində qoşulub.

Üzvlüyün məqsədi sağlamlıq turizmi sahəsində beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək, qabaqcıl təcrübə mübadiləsini təşviq etmək və yeni tərəfdaşlıqların qurulmasına töhfə verməkdir.

Sərgi mayın 13-dək davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 May 2026 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri