Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycanın şanlı tarix yazan Silahlı Qüvvələri ŞƏRH

Azərbaycanın şanlı tarix yazan Silahlı Qüvvələri ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 25 iyun, AZƏRTAC

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan üçün qarşıda duran ən mühüm vəzifələrdən biri milli ordunun yenidən qurulması oldu. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış ilk nizami hərbi birləşmələrin varisi kimi Azərbaycan Silahlı Qüvvələri rəsmi şəkildə təsis edildi. Məhz Ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü kimi rəsmiləşdirildi və bu tarix dövlətin hərbi qüdrətinin rəmzinə çevrildi. Ulu Öndər Heydər Əliyev Silahlı Qüvvələrin formalaşdırılmasına və inkişafına sistemli yanaşaraq, ordunun strukturlaşdırılması, peşəkar kadr potensialının gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir standartlara uyğunlaşdırılması istiqamətində mühüm islahatlar həyata keçirdi. Bu yanaşma da müstəqil Azərbaycanın milli təhlükəsizlik strategiyasının əsas sütunlarından birinə çevrildi. Ulu Öndərin müəyyənləşdirdiyi strateji kurs bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Prezident İlham Əliyevin Ali Baş Komandanlığı dövründə isə Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrildi. Dövlət başçısının rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar, müasir texnologiyaların tətbiqi və hərbi sənayenin formalaşdırılması Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırdı. Prezident İlham Əliyev bu barədə deyirdi: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov söyləyib.

Onun sözlərinə görə, ordu quruculuğu sahəsində həyata keçirilən son dərəcə uğurlu siyasət 2020-ci il sentyabrın 27-də başlanan, 44 gün davam edən Vətən müharibəsində və 2023-cü ilin sentyabrında bir günlük anti-terror tədbirləri nəticəsində əldə olunan qələbə ilə bir daha təsdiqini tapdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüşlərdə bir addım belə geri çəkilmədən düşmənə sarsıdıcı zərbə vurdu. 44 gün ərzində 5 şəhər, 300-dən çox qəsəbə və kənd işğaldan azad olundu. Bu nəticə Azərbaycanın hərbi gücünün və diplomatik iradəsinin təntənəsi idi. Müharibədə qazanılmış Zəfər şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və əsgərlərimizin misilsiz rəşadəti sayəsində mümkün oldu. Bu qələbələr nəticəsində erməni silahlı birləşmələri diz çökdü və Azərbaycanın suverenliyi tam bərpa olundu, konstitusiya quruluşu bütün ərazilərdə təmin edildi. Prezident İlham Əliyevin həmin tarixi Zəfərə dair söylədiyi fikirlər bu hadisənin əhəmiyyətini açıq şəkildə ifadə edir: “Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar”.

Z.Şükürov bildirib ki, Azərbaycan bu gün təkcə iqtisadi deyil, hərbi baxımdan da regionun aparıcı dövlətlərindən biridir. Prezident İlham Əliyevin qətiyyətli siyasəti, xalqın orduya inamı və əsgərlərimizin rəşadəti sayəsində Azərbaycan “güclü dövlət-güclü ordu” nümunəsini dünyaya nümayiş etdirdi.

“Bu gün gənc nəsil Silahlı Qüvvələrə böyük rəğbətlə yanaşır. Ordu sıralarında xidmət etmək Azərbaycan gəncliyi üçün şərəfli vəzifə sayılır. Dövlətin apardığı vətənpərvərlik siyasəti, gənclərin hərbi təhsilə cəlbi və orduya marağın artması gələcəyin də etibarlı əllərdə olduğunu göstərir. Gənclərimiz Vətən uğrunda canından keçən şəhidlərin qəhrəmanlığından örnək götürür, dövlətçiliyin qorunmasında öz məsuliyyətini dərk edir.

Ölkəmizin yerləşdiyi mürəkkəb geosiyasi mühit, coğrafiya və regional təhlükəsizlik çağırışları səmərəli beynəlxalq hərbi əməkdaşlığın zəruriliyini önə çəkir. Bu baxımdan, Azərbaycan ilə qardaş Türkiyə arasındakı hərbi əməkdaşlıq xüsusi yer tutur və hazırda hərbi təlimlər, təcrübə mübadiləsi, birgə əməliyyatların planlaşdırılması, personal hazırlığı sahəsində geniş əməkdaşlıq formatı mövcuddur. 2021-ci ildə iki qardaş ölkə arasında “Şuşa Bəyannaməsi”nin imzalanması ilə strateji müttəfiqlik səviyyəsinə yüksələn bu münasibətlər yeni mərhələyə qədəm qoyaraq hüquqi baxımdan daha da möhkəmlənmişdir.

Yeni dünya düzəninin formalaşdığı bir dönəmdə, silahlı münaqişələr, qlobal və regional geosiyasi qarşıdurmalar və çağırışlar fonunda, xüsusilə Yaxın Şərq və Şərqi Avropa davam edən müharibələr fonunda Azərbaycanın müstəqilliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq, eyni zamanda, regionda sülhü və sabitliyi təmin etmək istiqamətində atdığı addımlar, həqiqətən, qürur doğurur. Bu baxımdan Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, ardıcıl və balanslaşdırılmış xarici siyasət ölkəmizin beynəlxalq aləmdə mövqelərini gücləndirmiş, həm regional, həm də qlobal təhlükəsizlik arxitekturasında rolunu artırmışdır. Prezidentin rəhbərliyi ilə yürüdülən uğurlu diplomatik və hərbi-siyasi fəaliyyət nəticəsində Azərbaycan nəinki öz hərbi gücü ilə torpaqlarını azad etmiş, həm də ədalətli və uzunmüddətli sülhə nail olmaq üçün təşəbbüskar ölkə kimi çıxış etmişdir”,- deyə o əlavə edib.

Zaur Şükürov qeyd edib ki, Azərbaycanın sülh təşəbbüsləri, xüsusilə postmüharibə dövründə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar və beynəlxalq hüquqa əsaslanan 5 baza prinsipi əsasında irəli sürülən sülh təşəbbüsü regionun gələcəyi üçün strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan qalib ölkə olaraq regionda davamlı sülhün tərəfdarıdır və revanşizmin qarşısını almaq üçün qətiyyətli siyasət yürüdür.

“Bütün bu uğurların təməlində güclü ordu ilə yanaşı, güclü dövlət idarəçiliyi, siyasi iradə və xalq-iqtidar birliyi dayanır. Azərbaycanın Silahlı Qüvvələri bu gün yalnız ölkə daxilində deyil, eyni zamanda, beynəlxalq sülhməramlı missiyalarda da uğurla iştirak etmişdir. Bu fakt Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfənin göstəricisidir.

Bu gün Azərbaycan Silahlı Qüvvələri təkcə hərbi güc simvolu deyil, eyni zamanda, müstəqil dövlətçiliyin, suverenliyin və milli birliyin təcəssümüdür. Ordunun inkişafı və qüdrətlənməsi prosesində aparılan hərtərəfli islahatlar, hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, şəhid və qazilərimizin ailələrinə göstərilən yüksək diqqət də Azərbaycan dövlətinin sosial ədalətə və insani dəyərlərə verdiyi önəmin göstəricisidir”, - deyə deputat vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 İyun 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see604

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see535

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see406

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see316

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see278

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see274

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see272

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see264

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see263

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see239

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see224

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see215

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see212

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see210

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see205

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see197

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see195

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see189

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see177

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri