Lavrov: Ermənistandan KTMT dən çıxmaqla bağlı müraciət daxil olmayıb
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Ermənistandan KTMT-dən çıxmaqla bağlı müraciət daxil olmayıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, eyni ilə İrəvandan Avrasiya İqtisadi İttifaqından çıxmaqla bağlı da müraciət daxil olmayıb.
Lavrov qeyd edib ki, Paşinyanın Aİ üzvlüyünə müraciət etdikdən sonra referendum keçirmək cəhdi xalq üçün seçim deyil; xalqı fakt qarşısında qoymaqdır.
"Paşinyan bəyan edib ki, Ermənistan KTMT-yə marağını itirib, bu təşkilat İrəvan üçün faydasızdır, onun maraqlarına cavab verib Bütün bunlar sözlərdən ibarətdir, heç bir sənədlə təsdiqlənmir. Əgər onlar istəyirlərsə ki, biz Ermənistanı KTMT-dən qovaq, bunu heç kəs etməyəcək", deyə Rusiya XİN başçısı vurğulayıb.
Baxış sayı:103
Bu xəbər 10 Noyabr 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















