Icma.az
close
up
RU
Azərbaycanın şəhərsalma strategiyası Avropada maraq doğurur

Azərbaycanın şəhərsalma strategiyası Avropada maraq doğurur

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan 22-25 yanvar tarixlərində Rumıniyanın Moisey (Maramureş bölgəsi) şəhərində keçirilən Rumıniya, Moldova, Ukrayna və Albaniya hüquq parlament komissiyalarının İllik Üçüncü Forumunda xüsusi qonaq qismində iştirak edib.

"Avropa inteqrasiyasının və fundamental hüquqların müdafiəsinin əsası kimi hüququn aliliyi" mövzusuna həsr olunmuş tədbir çərçivəsində 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan olunması ilə əlaqədar ölkəmizin memarlığına həsr edilmiş foto­sərgi təşkil olunub.

Tədbirdə adıçəkilən ölkələrin parlamentlərinin deputatları və senatorları, Rumıniyanın Prokurorluq və Ali Məhkəməsinin rəhbərliyi, bu ölkədə akkreditə olan diplomatik korpusun nümayəndələri, hüquqşünaslar və ictimai-siyasi xadimlər iştirak edib.

Sərgilənən şəkillərdə Azərbaycanın, xüsusən Qarabağ bölgəsinin şəhər mühitinin və memarlıq mənzərəsinin dinamik inkişafı, müasir urbanistik transformasiyaların nümunələri əks olunub. Eyni zamanda, sərgilənən fotolarda Azərbaycanda mövcud olan mina probleminə diqqət yetirilib.

Sərginin açılışında çıxış edən səfir Qüdsi Osmanov Azərbaycan ilə Rumıniya arasında münasibətlərdən söz açıb, iki ölkə arasında həyata keçirilən layihələr, nəzərdə tutulan qarşılıqlı səfərlər və tədbirlər barədə danışıb. Səfir bu ilin may ayında BMT-in Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçiriləcəyini söyləyərək ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin regionda əməkdaşlığın möhkəmləndirilməsində və ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb. Azərbaycanda, xüsusilə Qarabağ bölgəsində müasir şəhərsalma prinsipləri əsasında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma tədbirlərinə diqqət çəkərək 44 günlük Vətən müharibəsində əldə edilən tarixi zəfər nəticəsində regionda formalaşmış sülh və sabitliyin beynəlxalq əhəmiyyətli logistika və nəqliyyat layihələrinin reallaşdırılması üçün əlverişli və etibarlı şərait yaratdığını qeyd edib.

Sərginin açılışında Rumıniyalı senator, iqtidar Milli Liberal Partiyasının (PNL) parlament fraksiyasının sədrinin müavini, Rumıniyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin fəal üzvü, eləcə də Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Avqustin Nikulesku-Tsıqırlaş çıxış edib. O, Rumıniya ilə Azərbaycan arasında qarşılıqlı fayda və strateji tərəfdaşlıq əsasında qurulan münasibətlərə toxunaraq, ötən ilin avqust ayında Azərbaycana, xüsusilə Qarabağ bölgəsində Xankəndi və Şuşa şəhərlərinə həyata keçirdiyi səfəri xatırlayıb. Senator Qarabağda şahidi olduğu genişmiqyaslı tikinti-quruculuq işlərindən, bölgədə aparılan hərtərəfli inkişaf prosesindən bəhs edib, Azərbaycanın regionda beynəlxalq logistika və nəqliyyat layihələri çərçivəsində aparıcı rolunu xüsusi vurğulayıb.

Təqdim olunan sərgi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:333
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Yanvar 2026 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri