Icma.az
close
up
RU
Azərbaycanın şəhərsalma təcrübəsinə beynəlxalq maraq artır

Azərbaycanın şəhərsalma təcrübəsinə beynəlxalq maraq artır

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Uğurlu inkişaf modelinə malik olan Azərbaycanın ayrı-ayrı istiqamətlərdə qazandığı nailiyyətlər və təcrübə beynəlxalq səviyyədə diqqətlə izlənilir və bir sıra hallarda model kimi qəbul olunur. Elə bugünlərdə respublikamızın şəhərsalma və dayanıqlı inkişaf sahəsindəki təcrübəsi BMT-nin Yüksəksəviyyəli Siyasi Forumunda təqdim edilib. Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) tərəfindən Nyu-York şəhərində təşkil olunan Yüksəksəviyyəli Siyasi Forum çərçivəsində keçirilən nazirlər görüşündə çıxış edib.  Dövlət Komitəsindən bildirilib ki, sədr Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf sahəsində həyata keçirdiyi islahatlar, əldə olunan nailiyyətlər və qarşıya qoyulmuş strateji prioritetlər barədə məlumat verib.

Qeyd edək ki, 2013-cü ildən etibarən hər il təşkil olunan Yüksəksəviyyəli Siyasi Forum Dayanıqlı İnkişaf Məqsədlərinin qlobal səviyyədə nəzərdən keçirilməsi və onların icrasının sürətləndirilməsi üçün əsas platforma hesab olunur. Bu il forum 14-23 iyul tarixlərində BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında “Heç kimin geridə qalmaması naminə 2030 Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üçün davamlı, inklüziv, elmi və sübuta əsaslanan həllərin irəli aparılması” mövzusunda keçirilib.

Ölkəmizdə reallaşdırılan şəhərsalma islahatları

Dövlət Komitəsinin rəsmisi beynəlxalq platformada  Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf sahəsində həyata keçirdiyi islahatlar, əldə olunan nailiyyətlər və qarşıya qoyulmuş strateji prioritetlər barədə məlumat verib. Komitə sədri şəhərsalma sahəsində qəbul edilmiş kompleks və inteqrasiya olunmuş yanaşmaların sosial rifaha, iqlim dəyişikliklərinə uyğunlaşmaya və iqtisadi dayanıqlılığa töhfə verdiyini diqqətə çatdırıb.

Ötən ilin əvvəlində təqdim olunan Bakı şəhərinin Baş Planı ölkəmizin müasir şəhərsalma çağırışlarına yanaşmasını aydın şəkildə nümayiş etdirir. Son illərdə paytaxt Bakının meqapolis kimi inkişafı şəhərin perspektiv inkişafını özündə ehtiva edən və konseptual olaraq əsaslandırılmış Baş Planının işlənib hazırlanmasını zərurətə çevirmişdi. Artıq Bakı şəhərinin 2040-cı ilə qədərki dövrdə inkişafına dair Baş Planı təsdiqlənib və burada bir sıra mühüm prinsiplər əsas götürülüb. İctimaiyyətə təqdim olunan Baş Plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə beynəlxalq tenderin qalib “AS+P Albert Speer + Partner Gmbh” şirkəti (Almaniya) tərəfindən hazırlanıb.

Baş Plan yaxın illər ərzində Bakı şəhərinin strateji inkişaf istiqamətlərini müəyyən edən əsas ərazi-planlaşdırma sənədidir. Təqdimatda bildirildiyi kimi, Baş Plana uyğun olaraq vahid mərkəzli aqlomerasiya olan Bakı növbəti inkişaf mərhələsində rahat, ekoloji cəhətdən təmiz, mobil, insanyönümlü və inklüziv çoxmərkəzli şəhərə çevriləcək. Baş Plan həmçinin ərazi zonalaşdırılması, əsaslı tikinti, nəqliyyat və sosial infrastruktur, kommunal sistemlər, eyni zamanda ərazilərin abadlaşdırılması tədbirləri, habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir. Sənədlə bunlarla yanaşı, icra müddətinin ilk illərində həyata keçirilməli prioritet fəaliyyətlər müəyyən edilib. Bütövlükdə 4 vacib hədəfə əsaslanan Baş Plan paytaxtın 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə etməklə 2040-cı ilədək olan müddət ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir.

Ekoloji amillərin nəzərə alınması

Anar Quliyev iqlim dəyişikliyi, iqtisadi qeyri-müəyyənlik və sosial bərabərsizlik kimi problemlərin bir-biri ilə sıx bağlı olduğunu və bu çağırışların daha qabarıq şəkildə məhz şəhər mühitlərində özünü göstərdiyini bildirib. Komitə sədri vurğulayıb ki, proqnozlara əsasən 2050-ci ilədək dünya əhalisinin 70 faizədək hissəsi şəhərlərdə yaşayacaq və bu səbəbdən də şəhərlərin davamlı inkişafı qlobal gündəliyin prioritet istiqamətlərindən biri olmalıdır.

Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalmanın prioritet istiqamət olduğunu qeyd edən komitə sədri ölkəmizin iqlim dəyişiklikləri və urbanizasiya sahəsində beynəlxalq səylərə fəal töhfə verdiyini diqqətə çatdırıb. Bu xüsusda, COP29 çərçivəsində Azərbaycanın təqdim etdiyi “Dayanıqlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları” təşəbbüsünün şəhərsalma ilə səhiyyə və iqlim siyasətləri arasında inteqrasiyanı təmin etdiyini bildirib.

Göründüyü kimi, BMT-nin Yüksəksəviyyəli Siyasi Forumunda müasir şəhərsalma çağırışlarından biri kimi ekoloji məsələlərə xüsusi vurğu edilib. Bakının Baş Planında da bu cəhət nəzərə alınıb. Məsələn, sənəddə göstərilən şəhər və ətraf mühitin bərpası prioritetinə nəzərə salaq. Bakıda ətraf mühitin əhəmiyyətli dərəcədə çirklənməsi keçmiş sənaye dövrünün mirasıdır. Dərin təhlil əsasında Bakının Baş Planında göllər və torpaqların rekultivasiyası ilə bağlı növbəti 20 ildə ekoloji reabilitasiya üçün prioritet istiqamətlər müəyyən edilib.

“Hibrid Yaşıl Dəhlizlər” Baş Planın əsas konseptual sütunlarıdır və müxtəlif funksiyaları özündə birləşdirir: şəhərdə havanın keyfiyyətinin və mikroiqliminin yaxşılaşdırılması; piyadalar üçün küçə mühitini yaxşılaşdırmaqla şəhərin müxtəlif hissələrini birləşdirərək piyada gəzintini və velosiped istifadəsini təşviq etmək; yaşıllıqların genişləndirilməsi və əlavə “yaşıl” istirahət zonalarının yaradılması və s.

Vurğulamaq yerinə düşər ki, ekoloji məsələlər, yaşıl transformasiyalar Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı bərpa və yenidənqurma işlərində də mütləq qaydada nəzərə alınır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq burada “Ağıllı şəhər” və “Ağıllı kənd” konseptlərinə uyğun yaşayış məntəqələri yaradılır. Eyni zamanda, bəhs olunan ərazilərin zəngin “yaşıl enerji” potensialından səmərəli şəkildə istifadə olunması hədəflənib.

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 İyul 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri