Azərbaycanın şəhərsalma strategiyası: insan, ekologiya və dayanıqlılıq
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 24 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan siyasi, iqtisadi, sosial sahələrdə olduğu kimi, şəhərsalma və memarlıq sahəsində də sürətli inkişafa nail olub. Bu, özünü Azərbaycanın paytaxtı Bakıda, eləcə də respublikanın digər şəhərlərində gedən memarlıq-tikinti, şəhərsalma layihələrinin həyata keçirilməsində büruzə verir. Günü-gündən böyüyən, abadlaşan şəhər mühiti, tarixi-memarlıq dəyərlərimizin qorunması və bərpası həm iqtisadi, həm də turizm potensialının artmasına səbəb olur. Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan etməsi bu uğurların davam etdirilməsi üçün daha bir zəmin yaratmış olur.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpa problemləri şöbəsinin müdüri memarlıq doktoru, dosent Rahibə Əliyeva söyləyib. O bildirib ki, zəngin mədəni irsə malik ölkəmizdə çoxəsrlik memarlıq irsinin yaradılmasında böyük zəhməti olmuş Əcəmi Əbubəkr oğlu Naxçıvani XI-XII əsrlərdə Azərbaycana ilk intibah dövrünü öz yaratdığı şedevrləri ilə yaşadıb: “Azərbaycan Memarlar İttifaqının və Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə arisdə, UNESCO-nun mənzil-qərargahında Türk dünyasının görkəmli memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyi qeyd edilib. Ustadın yaratdığı əsərlərin fotosərgisi təşkil olunub və müəllifi olduğum “Əcəmi Əbubəkir oğlu Naxçıvani-900-Azərbaycan memarıığının dühası” kitabının təqdimatı keçirilib.
Azərbaycanın UNESCO-nun ilkin siyahısında daha onlarla abidəsi mövcuddur, bu da qorunma altına alınacaq potensial obyektləri göstərir. Orta əsrlərin monumental tikililərindən olan İçərişəhərin Qız qalası (V-VII əsrlər), Abşeron qalaları (XII-XIV əsrlər), Şirvanşahlar sarayı (XIII-XV əsrlər), Şəki, Naxçıvan, Lənkəranın xan sarayları (XVIII əsrlər), dini (məscid, xanəgah, mədrəsə və s.), mülki (karvansara, körpü, hamam, xatirə (türbələr) tikililəri Azərbaycanın orta əsr memarlıq irsinin bu gün də qorunan nümunələrindəndir. Orta əsrlərdən yaranaraq inkişaf edən şəhərsalma ənənələri Bakı, Gəncə, Şəki, Şuşa, Lənkəran, Quba, Naxçıvan kimi şəhərlərin inkişafında öz izini qoymaqdadır”, - deyə o əlavə edib.
Şöbə müdiri qeyd edib ki, XIX əsrdə Avropa memarlıq üslubunun, yerli landşafta uyğun formalaşmış milli memarlıq ənənələri ilə vəhdətdə Bakının memarlıq simasına böyük təsiri, XX əsrin 30-40-cı illərində Azərbaycanın görkəmli memarları Mikayıl Useynov və Sadıq Dadaşovun Avropanın klassik memarlığı ilə yerli memarlığın sintezindən yaratdığı memarlıq əsərləri Azərbaycan milli memarlığını yaratmış oldu. 1990-cı illərdən başlayaraq Bakı şəhərində,eləcə də bölgələrdə “modern” üslublu tikililər şəhərlərə yeni memarlıq siması bəxş etdi. Dünyaşöhrətli Zaha Hadidin layihələndirdiyi Heydər Əliyev Mərkəzi, bir sıra inzibati və yaşayış tikililəri, “Üç alov qüllələri” Bakıda yeni mərkəzlərin formalaşması ilə nəticələndi.
“Bu gün Qarabağ torpaqlarında dağılmış şəhər və kəndlərin bərpası, memarlıq abidələrinə yenidən həyat verilməsi görülən işlərin uğurlarından xəbər verir. Şəhərlər sürətlə böyüyür, lakin bu prosesin planlı və dayanıqlı olması gələcək nəsillərin rifahı üçün həyati əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən şəhərsalma proqramları, müasir infrastruktur layihələri və işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri bu sahədə Azərbaycanı regionun qabaqcıl ölkələrindən birinə çevirib. 2026-cı il mayın 17–22-də Bakı yenidən dünyanın diqqətini özünə cəlb edəcək. Azərbaycan paytaxtında Birləşmiş Millətlər Təşkilatının (BMT) ən nüfuzlu tədbirlərindən biri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) keçiriləcək. Məzmununa və əhatə dairəsinə görə bu Forum BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransından (COP) sonra ikinci ən böyük və strateji əhəmiyyətli qlobal platforma hesab olunur. Bu mühüm tədbirin Bakıda təşkili yalnız regional deyil, həm də qlobal miqyasda şəhərsalma, dayanıqlılıq və ətraf mühit sahələrində Azərbaycanın artan liderliyini nümayiş etdirir. Prezidentin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi biz memarlar qarşısında da yeni vəzifələr qoymuş olur. Memarlıq abidələrinin qorunması və bərpa problemləri şöbəsi olaraq biz tədqiqatlarımızı Azərbaycanın bütün bölgələri olmaqla yanaşı, xüsusilə Qarabağda mədəni irsin tədqiqi, qorunması və bərpası ilə bağlı davam etdirməyi və bu sahəyə öz töhfələrimizi verməyə səy göstərəcəyik”, - deyə alim bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 24 Dekabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















