Icma.az
close
up
RU
Azərbaycanın siyasi mühitində konstruktiv dialoq və tərəfdaşlıq: demokratik inkişafa mühüm töhfə

Azərbaycanın siyasi mühitində konstruktiv dialoq və tərəfdaşlıq: demokratik inkişafa mühüm töhfə

Aznews.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illər ərzində Azərbaycanda siyasi plüralizm və demokratiyanın inkişafına dair müxtəlif islahatlar həyata keçirilmişdir. Hökumət və siyasi partiyalar arasında dialoq və əməkdaşlıq, siyasi mühitin sabitliyi və inkişafı baxımından əhəmiyyət kəsb edir. Bu, cəmiyyətdə daha geniş təmsilçilik və müxtəlif baxışların nəzərə alınmasını təmin edir. Dövlətin siyasi partiyalarla əməkdaşlığı, onların təklif və ideyalarının qiymətləndirilməsi, qanunvericilik təşəbbüslərinin dəstəklənməsi kimi sahələrdə özünü göstərir. Bununla yanaşı, Azərbaycanın siyasi partiyaları müxtəlif ideoloji yönümlərə malikdir və ölkədəki siyasi pluralizmi zənginləşdirir. Dövlət və siyasi partiyalar arasında əməkdaşlıq həm də sosial-iqtisadi inkişaf, hüquqi islahatlar və digər strateji məsələlərdə daha yaxşı koordinasiya və həmrəyliyi təmin etməyə yönəlmişdir. Azərbaycanın müasir mənzərəsi, xüsusən siyasi dialoq mühiti və ölkədə yeni siyasi konfiqurasiyanın formalaşması baxımından son dövrlərdə əhəmiyyətli dəyişikliklər yaşanmaqdadır. Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan bu prosesin uğurla irəliləməsi ölkənin siyasi, iqtisadi və sosial inkişafında mühüm rol oynayır. Bu təşəbbüs siyasi sabitliyin və geniş xalq dəstəyinin təmin edilməsi məqsədini daşıyır. Siyasi dialoq mühitinin inkişafı, müxtəlif siyasi qüvvələr arasında əlaqələrin və əməkdaşlığın gücləndirilməsi, həmçinin ölkədəki hüquqi və demokratik islahatların davam etdirilməsi bu prosesin əsas hissəsini təşkil edir.

Prezident İlham Əliyevin dialoq təşəbbüsləri Azərbaycanda demokratik ənənələrin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Onun rəhbərliyi ilə həyata keçirilən müxtəlif təşəbbüslər, xüsusən siyasi dialoq və cəmiyyətin müxtəlif təbəqələri ilə əlaqələrin inkişafı, ölkədə demokratik proseslərin güclənməsinə xidmət edir.

Dövlətimizin başçısı müxtəlif siyasi qüvvələr və cəmiyyətin fərqli təbəqələri ilə açıq və konstruktiv dialoq qurulmasının vacibliyini vurğulamışdır. Bu, yalnız siyasi partiyalar arasında deyil, həm də vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları və media ilə əlaqələrin daha da möhkəmləndirilməsi məqsədini daşıyır. Dialoq təşəbbüsləri, müxtəlif baxışların və maraqların anlaşılması, həmçinin bir araya gətirilməsi üçün mühüm bir platforma yaradır.

Demokratik ənənələrin dərinləşdirilməsi yalnız siyasi mühitin formalaşmasından ibarət deyil. Eyni zamanda, müstəqil və azad medianın, vətəndaş cəmiyyətinin, hüquqi islahatların və insan hüquqlarının qorunmasının gücləndirilməsi də önəmlidir. Azərbaycan Prezidentinin təşəbbüsləri bu sahələrdə də irəliləyişlərə gətirib çıxarır və ölkənin daha demokratik bir gələcəyə doğru inkişafını təmin etməyə yönəlir. Bu cür dialoq və əməkdaşlıq mühiti, həmçinin ölkə daxilində daha geniş sosial inteqrasiyanı təmin edir və xalqın dövlətə olan etimadını artırır. Azərbaycan daha demokratik, müasir və şəffaf bir cəmiyyətə doğru irəliləyir.

Dövlət orqanları ilə siyasi partiyalar arasındakı əlaqələrin inkişaf etdirilməsi məqsədilə mütəmadi olaraq müzakirələr və toplantılar keçirilir, tərəflər arasında fikir mübadiləsi aparılır. Fevralın 25-də siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də siyasi dialoq mühitinin təşviq olunması məqsədilə Prezident Administrasiyası tərəfindən “Suverenliyin bərpası: siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması” mövzusunda keçirilən dəyirmi masa da bu istiqamətə görülən işlərin davamıdır. Dəyirmi masada Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Ədliyyə və Maliyyə nazirliklərinin, Hesablama Palatasının, 24 siyasi partiyanın nümayəndələri, həmçinin tanınmış alimlər, politoloqlar, siyasi şərhçilər, internet televiziya kanalları və onlayn media subyektlərinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ötən dövr ərzində mövcud istiqamətdə görülmüş işlər haqqında danışaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin bütün dünya azərbaycanlılarının qürur mənbəyi olduğunu xüsusi vurğulayan Administrasiya rəsmisi qeyd edib ki, qızıl hərflərlə yazılmış bu unudulmaz tarix dövlətimizə ərazi bütövlüyü və suverenlik bəxş etməklə Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub.

Yeni siyasi konfiqurasiya haqqında söhbət açan Ə.Vəliyev dövlət idarəetməsinin davamlı inkişafı naminə cəmiyyətdə mövcud potensialın səfərbər olunmasında siyasi partiyaların rolunu vurğulayaraq, sağlam əməkdaşlıq mühitinin sabitliyi və tərəqqini təmin edən əsas amillər olduğunu ifadə edib. Administrasiya rəsmisi 2022-ci ilin dekabrında qəbul edilmiş “Siyasi partiyalar haqqında” Qanunun əhəmiyyətindən danışarkən bildirib ki, yeni Qanun ölkənin partiya sisteminin keyfiyyətcə daha böyük inkişafına zəmin yaratmaqla, bütün siyasi partiyaların ilkin imkanlarını tarazlaşdırıb və partiyaların yeni siyasi konfiqurasiyanın formalaşması prosesində aparıcı instituta çevrilməsinə xidmət edib.

Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın inkişaf etdirilməsi mühüm əhəmiyət kəsb edir. Fevralın 25-də keçirilən dəyimi masa da məhz bu siyasətə xidmət edir. Ölkədə, eyni zamanda, partiyalar arasında siyasi rəqabət mühiiti yaradılır. Dövlət siyasi partiyalara öz platformalarını hayata keçirmək üçün geniş imkanlar yaradır. Bu, ölkədə demokratiyanın inkişafını təmin etmək, siyasi plüralizmi gücləndirmək və cəmiyyətin müxtəlif təbəqələrinin maraqlarını təmsil etmək məqsədini daşıyır. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bildirdiyi kimi, ötən 5 ildə siyasi partiyalarla birlikdə adi əməkdaşlıqdan etibarlı tərəfdaşlığa qədər böyük və çətin yol qət edilib: “Etibarlı tərəfdaşlıq hamımızın böyük nailiyyətidir. Bu yolda çətinliklər olub, təxribatlar da yaşanıb, ancaq biz dövlət və cəmiyyətin inkişafı, habelə yaşanan həmrəylik mühitini qorumaq naminə bütün sınaqlardan keçdik. Dövlətçilik naminə birgə əməkdaşlığımız bütün intriqalara qalib gəldi”.

Bu müddətdə Azərbaycanda siyasi partiyalarla dövlət orqanları arasında əməkdaşlıq sahəsində mühüm irəliləyişlər əldə edilib. Ötən dövr ərzində əvvəlki mərhələlərdən fərqli olaraq, adi əməkdaşlıqdan etibarlı tərəfdaşlığa qədər böyük və çətin bir yol qət edilib.

Siyasi partiyalarla dövlət arasında münasibətlərin inkişafı yalnız bir tərəfli deyil, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır. Bu, Azərbaycanın siyasi sisteminin daha şəffaf və pluralist olması istiqamətində atılan addımlardan biridir. Bu dövr ərzində həm dövlət, həm də siyasi partiyalar müxtəlif sahələrdə qarşılıqlı anlaşma və dialoqun əhəmiyyətini qəbul ediblər.

Siyasi partiyalarla əməkdaşlıq, yalnız seçkilərdə və qanunvericilik sahəsində deyil, həm də sosial, iqtisadi və mədəni məsələlərdə tərəfdaşlıq formatında inkişaf edib. Dövlət orqanları siyasi partiyaların fəaliyyətinə şərait yaratmaqla yanaşı, onların təkliflərini nəzərə alır və qərarların qəbul edilməsində bu təkliflərin dəyərləndirilməsini təmin edir.

Bu cür əməkdaşlıq, eyni zamanda, siyasi sistemin daha da təkmilləşməsinə və partiyalar arasında daha geniş təmsilçiliyin təmin edilməsinə imkan verir. Həmçinin, bu yanaşma siyasi sabitliyin qorunmasına və sosial ədalətin təmin olunmasına kömək edir.

Azərbaycanda siyasi partiyalarla əməkdaşlıq sahəsində əldə edilən bu inkişaf ölkənin siyasi mühitində etibarlı tərəfdaşlığın formalaşmasına zəmin yaradıb. Bu da ölkəmizin demokratik inkişafı yolunda mühüm addım olub.

Ölkəmizdə siyasi partiyaların fəaliyyətini tənzimləyən hüquqi çərçivə mövcuddur. Siyasi partiyalar öz platformalarını ictimaiyyətə təqdim etmək, seçkilərdə iştirak etmək, müzakirələr aparmaq və hökumət orqanları ilə əməkdaşlıq etmək imkanlarına sahibdirlər. Hökumət siyasi partiyaların fəaliyyətinə müdaxilə etmədən, onların şəffaf və qanuni qaydada fəaliyyət göstərməsini təmin edir.

Siyasi partiyalar öz proqramlarını seçicilərə təqdim etməklə, müxtəlif sosial və iqtisadi məsələlərə dair təkliflər irəli sürə bilərlər. Həmçinin, siyasi partiyalar parlamentdə və yerli icra orqanlarında təmsil olunmaqla, ölkə siyasətinə töhfə verə bilirlər. Dövlət, siyasi partiyaların daha səmərəli fəaliyyət göstərməsi üçün qanunvericilik təşəbbüslərində iştirak etmələrini və müvafiq hüquqlarını həyata keçirmələrini təmin edir. Bu prosesdə tərəflər arasında müzakirələr və əməkdaşlıq vasitəsilə ölkənin inkişafı üçün effektiv qərarların qəbul edilməsi məqsəd qoyulur. Bu, həm də Azərbaycanın siyasi sistemində şəffaflığın və tərəfdaşlığın təməlini qoyur.

Yeni siyasi konfiqurasiyanın formalaşması, həm daxili, həm də beynəlxalq arenada dövlətimizin mövqeyinin möhkəmləndirilməsi, müasir dünyanın tələblərinə uyğun inkişaf strategiyalarının həyata keçirilməsi ilə əlaqədardır. Bu yolda irəliləyişlər Azərbaycanın regionda və dünyada daha güclü və müstəqil bir mövqe tutmasına imkan yaradacaqdır.

Asif Əsgərli

YAP İdarə Heyətinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 27 Fevral 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see134

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see133

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see133

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see132

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see130

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see129

AMEA nın yubileyinə həsr olunmuş konfrans

13 Aprel 2025 04:16see125

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see124

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see121

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see121

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see118

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see118

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see117

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see117

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see115

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see114

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see112

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see112

Heydər Əliyev Mərkəzinin parkında gəzinti istirahət və incəsənət gözəlliyini seyr etmək üçün sevilən məkan FOTO

13 Aprel 2025 11:33see109

Kişilərin uğur qazanmasına mane olan 6 VƏRDİŞ

13 Aprel 2025 10:19see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri