Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Azərbaycanın sülhə və dialoqa verdiyi önəm ŞƏRH

Azərbaycanın sülhə və dialoqa verdiyi önəm ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Dövlətimizin başçısı, Qalib Sərkərdə və Müzəffər Ali Baş Komandan, xalqımızın və dövlətimizin qarşısında duran ən mühüm məsələlərin uğurlu həllinə nail olmuş, bu gün də dövlətimizi qətiyyətlə gələcəyə doğru aparan, ən yüksək zirvələri fəth etmiş böyük Liderdir. Son 22 ildə Azərbaycan cəmiyyəti böyük məmnuniyyətlə Prezident İlham Əliyevin liderliyini qəbul edir. Bu gün Azərbaycan ona görə güclü dövlətdir ki, onun cənab İlham Əliyev kimi Lideri var. Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi təkcə Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesinin irəliləməsinə, sülh sazişinin paraflanmasına görə deyil, həm də dövlətimizin başçısının şəxsən sülhə, əməkdaşlığa və qlobal sabitliyə verdiyi misilsiz töhfələrə beynəlxalq ictimaiyyət tərəfindən verilən ən yüksək qiymət və ehtiramın bariz nümunəsidir. Dövlətimizin başçısının həmin mərasimdəki çıxışı müasir dövrdə sülh, əməkdaşlıq və qarşılıqlı anlaşma ideyalarının hansı istiqamətdə inkişaf etməli olduğuna dair mütərəqqi siyasi baxış ortaya qoyub. Şeyx Zayedin adını daşıyan mükafatın təqdim olunması xüsusi əhəmiyyət daşıyır. Çünki bu mükafat sülhə xidmət edən liderlərin fəaliyyətini dəyərləndirir. Prezident İlham Əliyevin həmin siyahıda yer alması göstərir ki, Azərbaycan artıq təkcə regional aktor kimi deyil, həm də qlobal humanitar gündəliyə töhfə verən məsuliyyətli tərəfdaş kimi qəbul olunur.Dövlətimizin başçısının çıxışında səsləndirilən fikirlər bir daha təsdiqləyir ki, aparılan siyasətin mərkəzində insan amili dayanır. Multikulturalizm, dinlərarası dialoq, tolerantlıq mühiti artıq uzun illər dövlət strategiyasının ayrılmaz hissəsinə çevrilib. Müxtəlif mədəniyyətlərin və konfessiyaların sülh şəraitində birgə yaşaması modeli artıq beynəlxalq səviyyədə nümunə kimi göstərilir. Məhz bu yanaşma “insan qardaşlığı” ideyasının praktik ifadəsidir. Əbu-Dabidə keçirilən mərasim həmin dəyərlərin yalnız nəzəri konsepsiya deyil, real siyasi xətt olduğunu bir daha nümayiş etdirir. İki dost ölkə müxtəlif sahələrdə qarşılıqlı maraqlar əsasında sıx əməkdaşlıq əlaqələri qurublar. BƏƏ özünün iqtisadi imkanları, resursları, əhali sayı etibarı ilə regionun nüfuzlu dövlətlərindən biridir. Öz növbəsində Azərbaycan İslam dünyasının bir parçası olması ilə qürur duyur və dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə davamlı töhfələr verir. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın fəlsəfəsində dayanan ən mühüm məqamlardan biri sülh və birgəyaşayıla bağlıdır. Ayrı-ayrı regionlarda qanlı müharibələrin davam etdiyi indiki dövrdə dünyanın heç vaxt olmadığı qədər sülhə böyük ehtiyacı var. Qalib Azərbaycan da beynəlxalq birlik üçün nümunə sayıla biləcək sülh gündəliyinə malikdir. Mükafat Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin, diplomatik məharətinin və sülhə nail olmaq üçün göstərdiyi qətiyyətin dünya miqyasında tanınması və yüksək dəyərləndirilməsi deməkdir. Son aylar ərzində atılan addımlar göstərir ki, yeni mərhələ yalnız siyasi dialoqla məhdudlaşmır. Yük daşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması, enerji məhsullarının ixracına başlanılması, ticari münasibətlərin genişləndirilməsi qarşılıqlı asılılığı artırmaqla dayanıqlı sabitlik üçün zəmin yaradır. Bu yanaşma müasir beynəlxalq münasibətlərdə sınaqdan çıxmış modeldir. İqtisadi inteqrasiya münaqişə risklərini minimuma endirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət də məhz bu praqmatik prinsiplərə əsaslanır. Dövlətimizin başçısının mərasimdəki çıxışında vurğuladığı kimi, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir.

Prezident İlham Əliyev nitqində Azərbaycanın sülhə verdiyi önəmi və regiondakı nüfuzunu vurğulayaraq BƏƏ-nin qurucusu Şeyx Zayedin siyasətinə və Şeyx Məhəmmədin inkişaf və tərəqqi xəttinə toxunaraq dinlərarası dialoq və sivilizasiyalararası yaxınlaşmanın vacibliyini önə çəkdi. Bu təşəbbüslərin regionda sabitlik, əməkdaşlıq və davamlı tərəqqi üçün nümunə olduğunu söylədi. Dövlətimizin başçısı Azərbaycan və Ermənistan arasında əldə olunan sülh və ticarət əlaqələrinin genişləndirilməsindən danışaraq prosesin region üçün rəmzi və praktik əhəmiyyətini diqqətə çatdırdı. Uzunmüddətli münaqişələrə baxmayaraq siyasi iradə və beynəlxalq dəstək sayəsində sülhün mümkün olduğunu bəyan edən Prezident bunun regionda sabitliyin möhkəmlənməsinə, inkişafın sürətlənməsinə mühüm töhfə verdiyini açıqladı.Bu mükafat Azərbaycanın sülhə və dialoqa verdiyi önəmin beynəlxalq səviyyədə tanınmasının göstəricisi kimi tarixə düşdü. Eyni zamanda Azərbaycanın regionda sabitliyi və əməkdaşlığı təşviq edən lider mövqeyini ortaya qoydu. Çünki Azərbaycan bütövlükdə sülh ölkəsidir, münaqişələrin əleyhinədir.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Fevral 2026 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see357

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see331

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see299

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see273

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see261

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see251

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see246

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see242

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see229

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see224

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see223

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see215

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see212

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see200

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see194

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see183

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see178

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see177

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see169

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri