Icma.az
close
up
RU
Roma katakombalarından beynəlxalq dialoqa Azərbaycanın mədəni missiyası ŞƏRH

Roma katakombalarından beynəlxalq dialoqa Azərbaycanın mədəni missiyası ŞƏRH

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 20 oktyabr, AZƏRTAC

XXI əsrdə qlobal siyasətin qarşısında duran əsas çağırışlardan biri dini, mədəni və etnik ziddiyyətlərin qarşısının alınması, bəşəri dəyərlərin qorunmasıdır. Bu kontekstdə Azərbaycan özünün çoxəsrlik tolerantlıq ənənələrini müasir beynəlxalq münasibətlər müstəvisinə daşıyaraq multikulturalizmi dövlət siyasətinin ayrılmaz hissəsinə çevirib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikana rəsmi səfəri bu siyasətin ən parlaq və məzmunlu təzahürlərindən biri oldu. Bu səfəri yalnız diplomatik hadisə kimi deyil, həm də Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində qlobal mövqeyinin təsdiqi kimi dəyərləndirmək lazımdır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Media Təhlil Mərkəzinin Analitik qrupunun “Roma katakombalarından beynəlxalq dialoqa - Azərbaycanın mədəni missiyası” sərlövhəli məqaləsində yer alıb.

Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban Əliyeva 2025-ci ilin oktyabrında Vatikanda bir sıra yüksək səviyyəli görüşlər keçirdi. O, Vatikanın Dövlət katibi Kardinal Pietro Parolin, Kardinal Ceyms Harvi, Vatikan Şəhər Dövlətinin Qubernatoru Rahfaella Petrini və digər rəsmi şəxslərlə görüşlər zamanı Azərbaycanın dinlərarası harmoniya modelinin əsas prinsiplərini bölüşdü. Səfər çərçivəsində Vatikan Apostol Kitabxanasında saxlanılan qədim əlyazmaların bərpası və rəqəmsallaşdırılması sahəsində əməkdaşlıq genişləndirildi, “Müqəddəs Pavel” bazilikasında bərpa layihələrinə baxış keçirildi, Azərbaycanın dəstəyi ilə bərpa olunan Müqəddəs Kommodilla katakombalarının açılışı oldu. Bu, xristian dini irsinin qorunması sahəsində mühüm beynəlxalq hadisə idi. Bundan əlavə, Vatikanla mədəni-humanitar əməkdaşlığı daha da gücləndirmək məqsədilə Azərbaycan səfirliyinin inzibati binasının açılışı da reallaşdı. Ona görə də Mehriban Əliyevanın Vatikana səfəri Azərbaycanın “yumşaq güc” siyasətinin tərkib hissəsidir. Heydər Əliyev Fondu illərdir ki, Vatikanda və digər ölkələrdə bəşəri irsin bərpası istiqamətində mühüm layihələr həyata keçirir. Bu layihələr arasında Roma katakombalarının, qədim kilsələrin və muzey eksponatlarının bərpası xüsusi yer tutur. Bu fəaliyyət Azərbaycanın dini tolerantlıq nümunəsini praktik səviyyədə nümayiş etdirir.

Vatikanda keçirilən görüşlərdə Birinci vitse-prezident Mehriban Əliyeva açıq şəkildə vurğuladı ki, “Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayış modelini qorumaqla, sülhün və qarşılıqlı hörmətin bərqərar olmasına töhfə verir”. Bu fikir yalnız diplomatik jest deyil, həm də ölkəmizin ideoloji mövqeyinin ifadəsi idi. Çünki Azərbaycanın multikultural dəyərlərə verdiyi töhfələr təkcə siyasi əlaqələrin deyil, həm də diplomatik münasibətlərin göstəricisi kimi çıxış edir. Bakıda katolik, pravoslav, yəhudi və protestant icmalarının sərbəst fəaliyyət göstərməsi, dini bayramların dövlət səviyyəsində qeyd olunması, müxtəlif din xadimlərinin ortaq tədbirlərdə iştirakı Azərbaycanın sosial və mənəvi sabitliyinin mühüm sütunlarından biridir. Bu siyasətin beynəlxalq miqyasda tanınması da məhz Mehriban Əliyevanın kulturoloji diplomatiya fəaliyyəti ilə əlaqədardır. Onun Vatikandakı görüşlərində Azərbaycanın mədəni irsi ilə humanist dəyərləri arasında körpü qurulması bu siyasətin mahiyyətini daha da dərinləşdirir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikana səfəri beynəlxalq mətbuatda geniş işıqlandırılıb və bu səfər “dinlərarası dialoqun nümunəsi” kimi təqdim edilib. Vatikan rəsmiləri Azərbaycanın dini müxtəlifliyə hörmətini, həmçinin Heydər Əliyev Fondunun dəstəklədiyi layihələrin mədəni irsin qorunmasında oynadığı rolu yüksək qiymətləndiriblər. Bu rezonans göstərir ki, Azərbaycan artıq təkcə enerji və təhlükəsizlik gündəliyi ilə deyil, həm də humanitar və mənəvi dəyərlər diplomatiyası ilə beynəlxalq sistemdə söz sahibidir. Ona görə də Mehriban Əliyevanın Vatikana səfəri Azərbaycanın multikulturalizm fəlsəfəsinin praktik və mənəvi təcəssümü oldu. Bu səfər bir daha sübut etdi ki, Azərbaycan qlobal miqyasda da mədəniyyətlərarası dialoqun, dinlərarası əməkdaşlığın və bəşəri həmrəyliyin daşıyıcısıdır. Dünyanın müxtəlif nöqtələrində ekstremizm, dini ayrı-seçkilik və mədəni qarşıdurmaların dərinləşdiyi bir zamanda, Azərbaycan sülh, tolerantlıq və humanizm ideyalarının real daşıyıcısı kimi çıxış edir. Bu isə ölkəmizin beynəlxalq nüfuzunun əsas mənəvi dayağıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Oktyabr 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri