Azərbaycanın suverenlik salnaməsində əbədi yaşayacaq
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Sentyabr ayı Azərbaycanın muasir hərb salnaməsində həm Böyük Zəfərin başladığı, həm də suverenliyimizin tam bərqərar olduğu müqəddəs bir təqvimdir. 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin 19–20 sentyabr antiterror tədbirləri xalqımızın qəhrəmanlıq irsini bir daha dünyaya nümayiş etdirdi. Bu şanlı tarixlərdə canını sipər edən igidlərimiz adlarını əbədi olaraq dövlətçilik salnaməmizə həkk etdilər.
Azərbaycanın şanlı hərb salnaməsi zəfərlərimizi qanı və fədakarlığı ilə yazan məğrur zabitlərimizin şərəfli ömür yoludur. 2023-cü ilin 19–20 sentyabr antiterror tədbirləri zamanı Qarabağda dövlət suverenliyimizin tam bərpa olunması uğrunda qəhrəmancasına şəhadətə ucalan Azərbaycan Silahlı Qüvvələrinin zabiti, baş leytenant Ruslan Abbasov da adını əbədiyyət zirvəsinə həkk edən igidlərimizdəndir.
Abbasov Ruslan Əbilfət oğlu 1995-ci il sentyabr ayının 4-də Mingəçevir şəhərində anadan olmuşdur. Ruslan orta təhsilini Heydər Əliyev adına Hərbi liseydə aldıqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə qəbul olmuş və leytenant rütbəsi olaraq məzun olmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ruslan Abbasov 44 günlük Vətən Müharibəsində iştirak etmiş və “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir.
Böyüdüyü ocağın vatanpərvər mühiti, zəhmətkeşliyi və səmimiyyəti onun xarakterində dərin izlər buraxmıdı. Uşaqlıq illərindən intizamı, mərdliyi və hərb sənətinə böyük həvəsi ilə seçilən Ruslan üçün Vətəni qorumaq müqəddəs bir ömür amacına çevrilmişdi.
Zabitlik yolunu seçərək ali hərbi təhsil alan və Azərbaycan Silahlı Qüvvələrinin sırasına daxil olan Ruslan Abbasov, nizam-intizamı və peşəkarlığı ilə zabit yoldaşlarının və şəxsi heyətin dərin hörmətini qazandı. Baş leytenant rütbəsinədək ucalaraq ön cəbhədə xidmətini şərəflə davam etdirən Ruslan, tapşırılan hər bir döyüş əmrini ləyaqətlə yerinə yetirirdi.
2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda qanunsuz erməni silahlı birləşmələrinin təxribatlarına son qoymaq və konstitusiya quruluşunu bərpa etmək məqsədilə başladılan lokal antiterror tədbirləri zamanı baş leytenant Ruslan Abbasov döyüşün ön cəbhəsində yer aldı. O, mürəkkəb reliesdə düşmən mövqələrinin zərərsizləşdirilməsi əməliyyatlarına cəsarətlə rəhbərlik edirdi.Döyüş tapşırığını yerinə yetirərkən şəxsi heyətin önündə addımlayan və düşmən mövqələrinə sarsıdıcı zərbələr endirən Ruslan Abbasov, sentyabrın 19-da şiddətli döyüş gedişində qəhrəmancasına həlak olaraq şəhadətə ucaldı. Onun və döyüş yoldaşlarının tökdüyü qan cəmi 24 saatdan az sürən əməliyyatla suverenliyimizin tam bərqərar olması ilə nəticələndi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi rəşadətə görə baş leytenant Ruslan Əbilfət oğlu Abbasov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Baş leytenant Ruslan Abbasov ön cəbhədə xidmət borcunu yerinə yetirərkən. Onun məğrur duruşu Azərbaycan zabitinin sarsılmaz iradəsinin və Vətənə sədaqətinin əbədi rəmzidir.
Baş leytenant Ruslan Abbasov kimi məğrur zabitlərimizin qanı ilə yazılan antiterror zəfəri müstəqil Azərbaycanın suverenlik salnaməsində əbədi yaşayacaqdır.
Müşfiq MİRZƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 16 Sentyabr 2026 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















