Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Azərbaycanın quruculuq salnaməsində əbədi imza Ümummilli lider Heydər Əliyev

Azərbaycanın quruculuq salnaməsində əbədi imza Ümummilli lider Heydər Əliyev

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Dövlətləri zaman içində sınayan çoxlu sınaqlar olur – siyasi təlatümlər, iqtisadi çöküşlər, xarici təzyiqlər və daxili qeyri-sabitliklər… Azərbaycan 1990-cı illərin əvvəllərində məhz belə bir tarixi labirintin içində idi. Bu ağır durumdan çıxış yolu qurtuluşçu lider Heydər Əliyevin şəxsiyyətində, müdrikliyində, təcrübəsində və iradəsində tapıldı. Bu gün hər bir azərbaycanlının həyatına toxunan sahələrdə – iqtisadi yüksəliş, hərbi qüdrət, sosial rifah və beynəlxalq nüfuz – onun əməllərinin izləri var. Bu izlər təkcə tarix kitablarında deyil, gündəlik həyatımızda da yaşayır.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı dövrdə Azərbaycan iqtisadiyyatı praktiki olaraq iflic vəziyyətində idi: hiperinflyasiya, ticarət əlaqələrinin pozulması, sənaye istehsalının çöküşü, enerji çatışmazlığı və bölgələrdə humanitar böhran hökm sürürdü. Belə ağır şəraitdə iqtisadi inkişafdan danışmaq qeyri-mümkün görünürdü. Lakin o, bu görünməyən sabitliyi görünən inkişafın əsasına çevirdi. 1994-cü ildə imzalanan və sonrakı illərdə həyata keçirilən "Əsrin müqaviləsi" Azərbaycanın neft və qaz ehtiyatlarını dünya bazarına çıxarmaqla yanaşı, həm də ölkəyə etibarlı tərəfdaş imici qazandırdı. Xarici sərmayə axını başladı, infrastruktur layihələri gerçəkləşdi, enerji sektorunda müasir idarəetmə modelləri quruldu.
Eyni zamanda, kənd təsərrüfatı, nəqliyyat, bank-maliyyə sektoru, sahibkarlıq mühiti və dövlət özəlləşdirmə proqramları ilə bazar iqtisadiyyatına keçidin hüquqi və institusional bazası yaradıldı.
1990-cı illərin əvvəllərində ölkədə vahid ordu anlayışı yox idi. Silahlı dəstələr, özbaşına fəaliyyət göstərən qruplar milli təhlükəsizlik üçün təhlükəyə çevrilmişdi. Heydər Əliyev bu xaosun qarşısını almaq üçün qətiyyətli addımlar atdı: Silahlı Qüvvələr vahid komandanlıq altına keçdi, nizami ordu strukturu formalaşdı, hərbi məktəblər, milli kadrların hazırlanması prosesi sürətləndi.
Orduya ideoloji və texniki dayaq verildi. Dövlət başçısı kimi o, “Güclü dövlətin əsası güclü ordudur" prinsipini əsas götürdü. Bu siyasətin bəhrəsi on illər sonra – 2020-ci ildə Azərbaycan Ordusunun Qarabağ zəfəri ilə öz kulminasiyasına çatdı. O zəfərin təməlində məhz Heydər Əliyevin müəyyən etdiyi strateji istiqamətlər durur.
Ümumilli lider Heydər Əliyev üçün inkişaf təkcə iqtisadi göstəricilər və ya beynəlxalq reytinqlərlə ölçülmürdü. Onun üçün vətəndaşın rifahı, əhalinin sosial müdafiəsi, təhsilin və səhiyyənin əlçatanlığı əsas prioritetlərdən idi. Təhsil sahəsində yeni məktəblərin inşası, ali təhsil müəssisələrində struktur islahatları, gənclərin dövlət hesabına xaricdə təhsil imkanlarının yaradılması müasir Azərbaycan gəncliyinin intellektual gücünü formalaşdırdı.
Sosial təminat sistemində pensiya və müavinətlərin artırılması, şəhid ailələri və müharibə veteranlarına yönəlik dəstək proqramları dövlətin vətəndaşa sahib çıxmasının nümunəsi oldu. Səhiyyə sistemində struktur islahatları və dövlət proqramları regionlarda tibbi xidmətin əlçatanlığını artırdı.
Bu gün bu sosial siyasət Prezident İlham Əliyev tərəfindən daha da genişləndirilir. Regionların sosial-iqtisadi inkişaf proqramları, kəndlərdə infrastruktur layihələri, əhalinin rifahının artırılması istiqamətində atılan addımlar Heydər Əliyevin qoyduğu bünövrənin üzərində yüksəlməkdədir.
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Qərblə Şərq arasında balanslı xarici siyasət yürütməyə başladı. Ölkəmiz BMT, ATƏT, İƏT, GUAM, Qoşulmama Hərəkatı kimi qurumlarda fəal mövqeyə sahib oldu. Onun “neft siyasəti” təkcə iqtisadi deyil, həm də diplomatik hadisəyə çevrildi – ölkə nüfuz qazandı, strateji tərəfdaşlıqlar quruldu.
Bugünkü geosiyasi aktivlik, enerji diplomatiyası, nəqliyyat dəhlizlərində iştirakımız, beynəlxalq platformalarda söz sahibinə çevrilməyimiz – bunların hamısı o illərdə başlanan siyasi uzaqgörənliyin davamıdır. Azərbaycan müstəqil, güclü, sabit və müasir bir dövlətdirsə, bunun əsasını 15 iyun 1993-cü ildə qoyulmuş Milli Qurtuluş fəlsəfəsi və həmin tarixin arxasında duran liderin tarixi imzası təşkil edir.
Heydər Əliyevin imzası sadəcə qanunların, fərmanların üzərində deyil – xalqın yaddaşında, ordunun ruhunda, iqtisadi sabitliyin bünövrəsində, azərbaycanlıların gələcəyinə olan inamında yaşayır. Onun rəhbərliyi ilə atılan addımlar bu gün də Azərbaycanı sabit və güclü edən dəyərlərin əsasını təşkil edir. Və biz bu imzanı ümumxalq sevgisi ilə qoruyaraq, inkişaf etdirərək yaşadırıq.

Xumar Məmmədova,   
Naxçıvan MR Ali Məclisinin deputatı,  
Naxçıvan Dövlət Universitetinin dosenti

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyun 2025 23:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see333

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see270

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see262

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see260

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see241

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see239

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see237

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see234

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see227

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see224

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see222

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see216

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see215

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see201

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see200

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see194

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see187

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see182

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see171

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri