Icma.az
close
up
RU
Azərbaycanın TDT də birləşdirici mövqeyi yüksəlir

Azərbaycanın TDT də birləşdirici mövqeyi yüksəlir

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Odlar yurdu” və Anadolu coğrafiyası vahid təhlükəsizlik məkanına çevrilib

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, həm də təhlükəsizlik sahəsində yüksək səviyyəli tədbirlərin eyni məkanda keçirilməsi Azərbaycanın TDT çərçivəsində etibarlı və mərkəzi platforma kimi qəbul olunduğunun, beynəlxalq əhəmiyyətli məsələlərin müzakirəsi üçün əlverişli və etibarlı məkan kimi tanındığının əyani göstəricisidir.

Beynəlxalq təşkilatlar arasında güc balansının dəyişdiyi, yeni regional birliklərin dünya siyasətinə təsir imkanlarının artdığı yeni siyasi mənzərədə TDT özünün tarixi, mədəni və geosiyasi potensialına söykənərək çağdaş dünyanın çoxqütblü modelində önəmli regional aktor kimi formalaşmaqdadır. Ümumiyyətlə, TDT-nin son illərdə qazandığı dinamik inkişaf onu yalnız türkdilli xalqların əməkdaşlıq platforması deyil, eyni zamanda, qlobal münasibətlər sisteminin yeni mərkəzlərindən biri olduğunu nümayiş etdirir. Reallıq həm də ondan ibarətdir ki, TDT üzv dövlətlər arasında siyasi, iqtisadi, enerji və humanitar sahələrdə qarşılıqlı inteqrasiyanı daha da möhkəmləndirməklə yanaşı, Avrasiya arealında sabitlik, təhlükəsizlik və dayanıqlı inkişafın təminatçısı rolunu da öz üzərinə götürüb.

Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən dediyi bu sözlər mövcud reallığı, eləcə də perspektivi əks etdirir: “Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq. Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, – problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, – arxada qoymuşuq”.

Dövlət başçımız çıxışında bəzi beynəlxalq mərkəzlərdən TDT üzvü olan ölkələrin milli maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsiplərinin dəyişməz olaraq qaldığını vurğulamaqla bədxahlarımızın ünvanına ciddi xəbərdarlıq mesaji da göndərmiş oldu. “Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir, xüsusilə indiki çətin bir geosiyasi vəziyyətdə” – mesajını verən dövlət başçımız bu zaman həmin qüvvələrin yalan və saxta informasiya üzərindən apardıqları zərərli fəaliyyətlərini daha çox gənclərin üzərinə yönəltmələrinə xüsusi diqqət verilməsinin vacibliyini önə çəkdi. İlham Əliyev onların əsas səylərini hələ formalaşmamış, formalaşma mərhələsində olan və manipulyasiya etməyin daha asan olduğu gənc nəslə yönəltdiklərini vurğuladı: “Məhz buna görə deyirəm, bilirəm ki, ölkələrimizin hər birində fəal gənclər siyasəti həyata keçirilir. Lakin hesab edirəm ki, TDT çərçivəsində məhz gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik”.

* * *

Onu da qeyd etməliyik ki, TDT formatında həm NATO, həm də KTMT üzvü olan dövlətlər, Azərbaycanın timsalında Qoşulmama Hərəkatına uğurla liderlik etmiş ölkə təmsil olunur. Amma, bu, birgə əməkdaşlığa və təşkilatın inkişafına mane olacaq amil sayılmamalıdır. Xatırlatmaq yerinə düşər ki, təşkilatın mülki müdafiə sahəsində əməkdaşlıq perspektivləri ilə bağlı aktiv müzakirələr davamlı şəkildə aparılır. Bu müzakirələr qarşıdakı dövr üçün yeni inteqrasiya sahələrini aktuallaşdırmaq imkanı deməkdir. Həm də ortada bir nümunə mövcuddur: Azərbaycan ilə Türkiyə arasında imzalanan “Şuşa Bəyannaməsi”. Bu sənəd yeni dövr üçün TDT-nin hərbi əməkdaşlıq doktrinası rolunda çıxış edə bilər. Şuşa Bəyannaməsinin təşkilat daxilində ortaq Türk hərbi əməkdaşlığının əsas istinad nöqtəsi seçilməsi əsaslı və arqumentlidir. Bu müqavilə iki dövlət arasında imzalansa da, əslində, orada əksini tapan məsələlər önəminə və yeni çağırışlar nöqteyi-nəzərdən kollektiv müdafiə mexanizminin yaradılmasında da istifadə oluna bilər.

Prezidentin çıxışında bu konteksti xüsusi olaraq önə çəkməsi heç də təsadüfi deyildi: “TDT-nin uğurlu inkişafının digər mühüm amili isə ondan ibarətdir ki, bu gün, necə deyərlər, xaotik dünyada ölkələrimizin ərazilərində sabitlik, sülh və təhlükəsizlik hökm sürür. Bugünkü siyasi və xarici siyasi reallıqlarda bu, inkişafın mühüm amilidir. Çünki məlumdur ki, sabitlik və təhlükəsizlik olmadan heç bir ölkənin inkişafı mümkün deyil. Bu və ya digər ölkədə sabit vəziyyət, siyasi və iqtisadi sabitlik yoxdursa, heç bir ölkəyə nə investisiyalar, nə texnologiyalar, nə də innovasiyalar gələcək. Yəni bu da bu gün ölkələrimizi yerləşdiyimiz regionlardakı digər ölkələrdən fərqləndirən mühüm amildir”.

Çıxışında Azərbaycanda xain, antimilli, satqın strukturların, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıdığını da qeyd edən İlham Əliyev onların xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunduğunu deyərkən bunun səbəbini Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzinə sadiqliyin əsas istiqamət, başlıca tendensiya kimi qalmasını göstərdi. Bu zaman dövlətimizin başçısı onu da vurğuladı ki, bu tendensiyaya zərər vurmağa çalışan hər şey cəmiyyətimiz tərəfindən son dərəcə mənfi qarşılanır.

Prezident İlham Əliyevin təkcə TDT məkanına deyil, beynəlxalq ictimaiyyətə ünvanladığı “Bu gün dünya üçün mühüm əhəmiyyət daşıyan bütün məsələlər bizim coğrafiyamızda baş verir” siyasi ismarışı xüsusi önəm kəsb edir. Dövlətimizin başçısı vurğulayıb ki, buna görə də təşkilatın nüfuzunu, onun beynəlxalq proseslərə təsir etmək imkanlarını artırmaq üçün bu potensialdan maksimum istifadə etmək, o cümlədən haqqında danışdığımız kimi beynəlxalq hüquq müstəvisindən təsir göstərmək, beynəlxalq hüququn üstünlüyünü qorumaq və beynəlxalq hüququn uzun illər ərzində pozulmasına imkan verməmək lazımdır.

* * *

Həqiqətən də, bu gün TDT artıq, sadəcə, etnik və tarixi bağlılıqların simvolu deyil, yeni beynəlxalq düzənin vacib sütunlarından biri, xalqlar arasında əməkdaşlığı, təhlükəsizliyi və sülhün möhkəmləndirilməsi istiqamətlərini real mexanizmlərə çevirən beynəlxalq gücdür. Onun fəaliyyəti qlobal sistemin yenidən formalaşdığı indiki məqamda türk dövlətlərinin vahid siyasi iradə ilə çıxış edə bilməsinin mümkünlüyünü nümayiş etdirir. Bəli, TDT müasir siyasi proseslərin önünə çıxmağı bacardığını artıq sübuta yetirib.

Hələ 2023-cü ildə Astanada baş tutmuş TDT-nin Zirvə görüşündə Prezident İlham Əliyev çıxışında təhlükəsizlik, müdafiə kimi strateji sahələrdə əməkdaşlığın daha da artırılmasına ehtiyacın olduğunu qeyd etmişdi. Əməkdaşlığın məhz bu istiqaməti son 3 ildə TDT üçün vacib yol xəritəsinə çevrildi.

Azərbaycan Prezidenti TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərlə görüşdə məhz bu xəritənin yeni marşrutunu müəyyənləşdirmiş oldu: “Qarşıda isə birgə iş, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, ölkələrimiz və xalqlarımız arasında daha sıx əlaqələrin qurulması, Türk Dövlətləri Təşkilatının beynəlxalq arenadakı rolunun gücləndirilməsi dayanır. Biz birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq institutlardan, aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq”.

İ.HƏSƏNQALA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2026 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri