Icma.az
close
up
RU
Azərbaycanın kosmik məkanda da mövqeyi və nüfuzu yüksəlir

Azərbaycanın kosmik məkanda da mövqeyi və nüfuzu yüksəlir

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müasir dövrdə kosmik sənaye artıq yalnız böyük dövlətlərin fəaliyyəti ilə məhdudlaşmır. Peyk texnologiyalarının inkişafı daha çox ölkəyə kosmik xidmətlərdən istifadə etmək və öz peyk proqramlarını yaratmaq imkanı verir. Azərbaycan da bu prosesin iştirakçılarından biridir. Ölkənin peyk rabitəsi, Yer müşahidəsi və kosmik xidmətlər sahəsində həyata keçirdiyi layihələr onun müasir texnologiyalara əsaslanan iqtisadiyyat qurmaq istiqamətində atdığı addımlardan biridir.

Kosmik sənaye ölkənin elmi-texniki və iqtisadi inkişafının mühüm istiqamətlərindən birinə çevrilməkdədir. Azərkosmos, Azerspace peykləri və Yer müşahidəsi texnologiyaları Azərbaycanın kosmik imkanlarının əsas nümunələridir. Bu sahədə yeni texnologiyaların tətbiqi, kadr potensialının artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi kosmik sənayenin daha da inkişafına imkan verməkdədir.

Azərbaycanın kosmik tarixində mühüm hadisələrdən biri kimi 26 sentyabr 2018-ci ildə ikinci telekommunikasiya peyki - Azerspace-2 Fransız Qvianasında yerləşən Kuru Kosmik Mərkəzindən uğurla orbitə çıxarıldı. Peyk “Arianespace” şirkətinin “Ariane 5 ECA” raketdaşıyıcısı vasitəsilə kosmosa göndərildi. Azerspace-2 peykinin orbitə buraxılması Azərbaycanın kosmik sənayesinin inkişafında mühüm mərhələlərdən biri oldu. Azerspace-2 peykinin orbitə çıxarılması Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünə təsadüf edirdi. Bu münasibətlə Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edərək həmin tarixi hadisəni ölkənin həyatında əlamətdar gün kimi qiymətləndirmişdi.

Bu hadisə Azərbaycanın müasir texnologiyalara, innovasiyalara və beynəlxalq kosmik əməkdaşlığa verdiyi əhəmiyyətin göstəricilərindən biri kimi tarixə düşdü. Eyni zamanda, Azərbaycanın yalnız kosmosa peyk göndərən ölkə deyil, həm də kosmik texnologiyalardan iqtisadi, kommunikasiya və digər məqsədlər üçün istifadə edən dövlət kimi mövqeyinin möhkəmlənməsinə töhfə verdi.

Telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması Azərbaycanın regionda peyk rabitəsi və informasiya ötürülməsi sahəsində mövqeyinin güclənməsinə imkan yaradıb. Ölkədə kosmik sənayenin inkişafına 2008-ci ildə Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla başlanılıb. 2010-cu ildə isə dövlət başçısının Sərəncamı ilə Azərkosmos Açıq Səhmdar Cəmiyyəti təsis edilib və Yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması istiqamətində işlərə başlanılıb. Beləliklə, Azərkosmos Azərbaycanda və Qafqaz regionunda ilk peyk operatoru kimi fəaliyyətə başlayıb və ötən illər ərzində beynəlxalq bazarlarda peyk və kosmik xidmətlər göstərən qurumlardan birinə çevrilib.

Azərkosmosdan XQ-yə bildirilib ki, Azərbaycanın müasir inkişaf tarixində kosmik sənayenin yaradılması və milli peyk proqramının həyata keçirilməsi ölkənin yüksək texnologiyalar sahəsində atdığı mühüm strateji addımlardan biridir. Azərkosmosun 15 illik fəaliyyəti ərzində 2013-cü ildə Azerspace-1, 2014-cü ildə Azersky, 2018-ci ildə Azerspace-2, 2025-ci ildə isə məktəblilər tərəfindən hazırlanan “Azərbaycanın Zəfəri” peykinin orbitə çıxarılması mühüm mərhələlər olub. Azerspace-1 və Azerspace-2 telekommunikasiya peyklərinin kommersiya fəaliyyəti nəticəsində Azərbaycanın peyk xidmətlərinin beynəlxalq bazarlardakı əhatə coğrafiyası əhəmiyyətli dərəcədə genişlənib.

Son illərdə Azərkosmos peyk xidmətləri ilə yanaşı, kosmik mühəndislik, tədqiqat və yerli texnoloji imkanların inkişafına da xüsusi diqqət yetirir. Bu istiqamətdə mühüm addımlardan biri Azərkosmosun tədqiqat və inkişaf mühəndisləri tərəfindən səkkiz ay ərzində hazırlanmış “AITvac” 03 termovakuum kamerasıdır.

“AITvac 03” kiçik peyklərin, peyk alt sistemlərinin və kosmik aparat komponentlərinin orbitə buraxılmazdan əvvəl kosmik mühitə yaxın şəraitdə sınaqdan keçirilməsinə imkan verir. Bu cür sınaq imkanının Azərbaycanda yaradılması ölkənin kosmik mühəndislik potensialının gücləndirilməsi, gələcək kosmik layihələrin dəstəklənməsi və xarici sınaq infrastrukturundan asılılığın azaldılması baxımından mühüm addımdır.

Müasir dövrdə süni intellekt, peyk məlumatlarının emalı, məsafədən müşahidə, coğrafi informasiya sistemləri, peyk interneti, Əşyaların İnterneti (IoT) və digər yeni texnologiyalar kosmik sənayenin gələcək inkişafı üçün yeni imkanlar açır. Azərkosmosun bu istiqamətlər üzrə fəaliyyətinin genişləndirilməsi də Azərbaycanın kosmik ekosisteminin və yüksək texnologiyalar sahəsində potensialının daha da gücləndirilməsinə xidmət edir.

Kosmik sənayenin davamlı inkişafında insan kapitalının formalaşdırılması da əsas istiqamətlərdən biridir. Bu məqsədlə gənclərin kosmik elm və texnologiyalara marağının artırılması, onların nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlara yiyələnməsi istiqamətində müxtəlif təhsil və maarifləndirmə proqramları həyata keçirilir. 2023-cü ildə yaradılan Azərkosmosun Kosmik Akademiyası bu istiqamətdə mühüm rol oynayır. Akademiya gənc nəslin kosmik elm, mühəndislik və texnologiyalar üzrə bilik və bacarıqlarının inkişafına töhfə verir.

2026-cı ildə Kosmik Akademiyanın Beynəlxalq Kosmik Təhsil Şurasına (ISEB) üzv qəbul edilməsi isə bu fəaliyyətin beynəlxalq səviyyədə genişlənməsində mühüm addım olub. Bununla da Akademiya dünyanın aparıcı kosmik qurumlarını bir araya gətirən beynəlxalq kosmik təhsil platformasına qoşulub.

Ümumilikdə, Azərbaycanın kosmik sənayesinin inkişafı peyk rabitəsi ilə məhdudlaşmayan, mühəndislik, tədqiqat, Yer müşahidəsi, innovasiya və kosmik təhsil kimi müxtəlif istiqamətləri əhatə edən geniş bir ekosistemin formalaşmasına doğru irəliləyir. Peyk xidmətlərinin genişləndirilməsi, yeni texnologiyaların tətbiqi, yerli texniki imkanların yaradılması və insan kapitalına investisiyaların artırılması bu sahənin gələcək inkişafının əsas istiqamətlərini təşkil edir. Bu proses Azərbaycanın yüksək texnologiyalar sahəsində imkanlarının genişləndirilməsi və kosmik texnologiyaların müxtəlif iqtisadi və sosial sahələrdə tətbiqinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Mustafa KAMAL
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Sentyabr 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri