Icma.az
close
up
RU
Almaniya Azərbaycanın haqqını tapdamamalıdır AÇIQLAMA

Almaniya Azərbaycanın haqqını tapdamamalıdır AÇIQLAMA

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Azərbaycan tərəfinin mövqeyindən yanaşsaq, Almaniya ilə münasibətlər normaldır və inkişaf potensialına sahibdir. Almaniya tərəfindən isə vəziyyət biraz fərqlidir. Azərbaycan Avropa İttifaqının ən az 10 ölkəsi ilə münasibətlərini inkişaf etdirir, tərəfdaşlıqda münasibətlərimiz yüksəlir. Hamısı bir şeydən xəbər verir ki, Azərbaycan dünya birliyi qarşısında təhlükəsizliyin bərqərar olmasını sözdə və əməldə təsdiqləyir". 
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Politoloq bildirib ki, Avropada elə dövlətlər var ki, bununla bağlı qəribə mövqe tuturlar:
"Son dövrlər bunların Almaniya tərəfindən də edilməsini müşahidə edirik. Almaniyanın ərazisində yerləşən NATO bazasından bəzi silah-sursatların Ermənistana göndərilməsi NATO rəhbərliyinin və.s qərarı ola bilər. 
Ancaq son dövrlər Ermənistana silah-sursat ötürən ölkələr sırasında Almaniya da var. Mənim üçün bu anlaşılmayan məsələdir. Frank-Valter Ştaynmayer nazir olduğu zamanlarda alınmasa da, Almaniya Azərbaycanla Ermənistan arasındakı münasibətlərin düzəlməsi üçün çalışırdı. İndi Frank-Valter Ştaynmayer prezidentdir. Bayraq məsələsi də bizim üçün anlaşılmaz oldu. 
Əminəm ki, bu, Frank-Valter Ştaynmayerın dırnaqarası xidmətinin nəticəsi deyil. Böyük ehtimalla komandada səhlənkarlığa yol verilib".
Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqı ilə yeni sazişə imza atacaq: 
"Sazişin 95 faizi artıq hazırdır. Almaniya ilə etibarlı münasibətlər qura bilmişik. Angela Merkel, Şolts Bakıya səfər etmişdi. Bütün bunlar ondan xəbər verir ki, format oturub, ümumi hədəflər bəllidir, tərəflərin proseslərlə bağlı böyük istəyi var. 
Azərbaycan heç zaman bu prosesləri yarıda qoymayacaq. Almaniya tərəfi isə Azərbaycanın haqqını tapdamamalıdır. Sülh prosesində Azərbaycanın mövqeyi olduqca şəffafdır. Bu kontekstdə Berlin Ermənistana rəvac vermək istəsə, dağıdıcı siyasətə dəstək vermiş olacaq. 
Hər bir halda Azərbaycan tez-tez gözlənilməz şəkildə dünya ölkələri tərəfindən qeyri-sağlam yanaşmalara məruz qalıb. Frank-Valter Ştaynmayer Prezident İlham Əliyevlə görüşdükdən sonra bir daha əmin olacaq ki, rəsmi Bakı və Azərbaycan xalqı sülhün tərəfindədir". 
Əfsanə Kamal 
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Aprel 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri