Icma.az
close
up
RU
Azərbaycanın turizm imkanları “ATM 2025” sərgisində nümayiş etdirilir

Azərbaycanın turizm imkanları “ATM 2025” sərgisində nümayiş etdirilir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 30 aprel, AZƏRTAC

Azərbaycanın turizm imkanları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “ATM 2025” (Arabian Travel Market 2025) beynəlxalq turizm sərgisində nümayiş etdirilir.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, sərgidə ölkəmiz Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi, hotel və turizm şirkətləri daxil olmaqla 41 yerli tərəfdaş tərəfindən təmsil olunur.

Milli stenddə VR texnologiyası vasitəsilə ziyarətçilər Azərbaycanın təbiət mənzərələrini və canlı şəhər həyatını müşahidə edə bilirlər. Ziyarətçilərə Azərbaycanın təbiəti və kulinariyası, dağ-xizək kurortları, açıq hava və macəra turizmi imkanları barədə ətraflı məlumat verilir, həmçinin milli şirniyyatların dequstasiyası imkanı təqdim olunur. Stenddə Qarabağ və Şərqi Zəngəzur regionunun turizm imkanları nümayiş etdirilir, eləcə də "Konstitusiya və Suverenlik İli" çərçivəsində məlumatlandırma kampaniyası həyata keçirilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dubay şəhərindəki baş konsulu Cavidan Hüseynov milli stendimizi ziyarət edib.

Sadələşdirilmiş viza prosedurları və birbaşa uçuşların sayının artması Körfəz ölkələrindən olan səyahətçilərin Azərbaycana səfərlərini təşviq edir. Birləşmiş Ərəb Əmirlikləri və Qətər vətəndaşları vizasız formada, Küveyt, Səudiyyə Ərəbistanı, Oman və Bəhreyn vətəndaşları isə yalnız evisa.gov.az portalı vasitəsilə üç iş gününə və ya təcili prosedurla üç saata qədər elektron viza əldə edə edərək Azərbaycana səfər edirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see491

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see382

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see359

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see270

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see256

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see255

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see250

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see246

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see238

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see229

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see228

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see225

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see219

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see218

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see206

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see201

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see198

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see184

Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini aldı

01 Noyabr 2026 02:47see183

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri