Azərbaycanın U19 millisi yenə məğlub oldu
Icma.az bildirir, Adelet.az portalına istinadən.
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.
Adalet.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığma meydan sahibi Kipr seçməsi ilə üz-üzə gəlib. Pafos şəhərində yerləşən “Peyia Municipal” stadionunda təşkil olunan qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra Həbib Ağayevin baş məşqçisi olduğu kollektiv seçmə mərhələni dördüncü – sonuncu pillədə başa vurub.
Qeyd edək ki, millimiz qrupdakı ilk matçında İsveçrəyə 0:8, Estoniyaya isə 0:3 hesabı ilə məğlub olub.
Baxış sayı:103
Bu xəbər 02 Dekabr 2024 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















