Azərbaycanın UEFA reytinqində neçəncidir?
Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.
Bu həftə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun oyunlarında qeydə alınan nəticələrdən sonra ölkələrin UEFA reytinqi yenilənib.
Qaynarinfo xəbər verir ki, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib.
"Sabah" İngiltərədə "Mançester Yunayted"ə 0:4 hesabı ilə uduzu.b
Nəticədə cari mövsümdə qazanılan əmsal 5.125-də qalıb. Bunun 3.000 əmsalı "Sabah"ın, 1.250-i "Qarabağ"ın, 0.625-i "Zirə"nin, 0.250-si isə "Neftçi"nin payına düşür.
Hazırda ölkəmizin ümumi xal ehtiyatı 23.687-yə bərabərdir. Qitə sıralamasında 25-ci yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Reytinq sıralamasındakı qonşularımız da xal ehtiyatını artıra bilməyib. Ən yaxın izləyicimiz Sloveniyanın 22.843 əmsalı var. Bir pillə öndə - 24-cü yerdə qərarlaşan İsrailin ümumi qazancı isə 23,875-ə bərabərdir.
55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (103.130) başçılıq edir.
Baxış sayı:53
Bu xəbər 11 Sentyabr 2026 09:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















