Icma.az
close
up
RU
Azərbaycanın vasitəçi kimi çıxış etməsi üçün kifayət qədər potensialı var Ekspert

Azərbaycanın vasitəçi kimi çıxış etməsi üçün kifayət qədər potensialı var Ekspert

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Yaxın Şərqdə və dünyada sülhün, əmin-amanlığın olmasında, müharibələrin, münaqişələrin qarşısının alınmasında maraqlıdır və bütün vasitələrlə çalışır ki, dünyada, öz regionumuzda, yaxın bölgələrdə sülh prosesinə töhfəsini versin.

Bu barədə 525.az-a Beynəlxalq Münasibətlərin Təhlilii Mərkəzinin (BMTM) eksperti Mətin Məmmədli Bakıda İsraillə Suriya arasında danışıqların keçiriləcəyi barədə ərəb mətbuatının yaydığı məlumatı şərh edərkən bildirib.

Ekspert xatırladıb ki, bundan əvvəl Azərbaycan İsrail və Türkiyə rəsmilərinin görüşünə ev sahibliyi edib, İndi də İsrail və Suriya nümayəndələrinin görüşünün keçirlməsi gözlənilir. Bu da Azəbaycanın vasitəçiliyi ilə baş tutacaq.

“Artıq danılmaz faktdır ki, Azərbaycan qarşıdurmanın mövcud olduğu dövlətlər, tərəflər arasında danışıqların həyata keçirilməsi üçün uyğun  bir platforma təmin edir. Ölkəmiz artıq orta güc kimi yerləşdiyi regionda, daha geniş coğrafiyada böyük nüfuza sahibdir. Özünün xarici siyasət fəlsəfəsinə uyğun olaraq müxtəlif dövlətlərlə yüksək səviyyəli münasibətlər qura bilib. Yəni, orta güc kimi qarşıdurma, müharibə vəziyyətində olan ölkələr arasında vasitəçi kimi çıxış etmək üçün kifayət qədər siyasi-diplomatik potensialı var. Qeyd etdiyim kimi bu ilk növbədə ölkəmizin nüfuzundan və malik olduğu siyasi-diplomatik potensialdan irəli gəlir ki, Azərbaycan müharibə, münaqişə vəziyyətində olan   ölkələr üçün bir növ danışıqlar platforması təqdim edir. Bunu da ölkəmizin çevik və bacarıqlı diplomatiyasının nəticəsi kimi dəyərləndirmək olar”, - Mətin Məmmədli söyləyib.

Azərbaycanın Yaxın Şərq siyasətinin mahiyyətinə diqqət çəkən ekspert deyib ki, ölkəmiz İkinci Qarabağ müharibəsindən sonra olduqca fəal xarici siyasət həyata keçirir: “Əgər münaqişə illərində siyasi-diplomatik gündəliyimizə daha çox münaqişənin həlli hakim idisə, resurslarımızı daha çox bu istiqamətə yönəldirdiksə, artıq münaqişə həllini tapıb və Cənubi Qafqazda tamamilə yeni bir geosiyasi reallıqlar formalaşıb. Yeni geosiyasi reallqılardan da biri Azərbaycanın mövqelərinin güclənməsidir.  Azərbaycan artıq orta güc kimi beynəlxalq münasibətlər sistemində tanınır və qeyd etdiyim kimi bu da o deməkdir ki, ölkəmiz daha fəal xarici siyasət və diplomatiya həyata keçirir. Azərbaycanın maraq göstərdiyi  regionlardan biri də Yaxın Şərqdir. Birincisi, Yaxın Şərq regionu coğrafi olaraq ölkəmizə yaxındır, orda baş verən proseslər Azərbaycanı da maraqlandırır, cəmiyyətin diqqətini cəlb edir. Eyni zamanda, məlum olduğu kimi Yaxın Şərq dövlətləri ilə Azərbaycanın tarixi, dini siyasi baxımdan da yaxın münasibətləri var. Bu səbəbdən də düşünürəm ki, ölkəmizin məhz Yaxın Şərqdə cərəyan edən proseslərlə maraqlanmasında, Yaxın Şərq siyasətinin əsasında biz bu iki məqamı xüsusilə nəzərə almalıyıq”.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://525.az
archiveBu xəbər 25 İyul 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see137

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see136

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri