Icma.az
close
up
RU
“Azərbaycanda 11 min 260 nəfərin İİV lə yaşaması yüksək göstəricidir” TANINMIŞ HƏKİMLƏ MÜSAHİBƏ

“Azərbaycanda 11 min 260 nəfərin İİV lə yaşaması yüksək göstəricidir” TANINMIŞ HƏKİMLƏ MÜSAHİBƏ

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Adil Qeydbulla: “Düşünürəm ki, həm hüquqi, həm də maarifləndirici tədbirlər bu xəstəliklə mübarizədə ciddi rol oynamalıdır”

“Yüngül həyat tərzi keçirən qadınlar müəyyən edilərək nəzarətə götürülməli, qan analizləri aparılmalı və əgər xəstəlik aşkarlanarsa, onlara hüquqi məsuliyyət daşıdıqları barədə rəsmi xəbərdarlıq edilməlidir”

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) insan orqanizminin immun sistemini zəiflədən və müalicə olunmadıqda QİÇS (Qazanılmış İmmunçatışmazlığı Sindromu) mərhələsinə keçə bilən yoluxucu virusdur. Bu virus ilk dəfə XX əsrin sonlarında aşkar edilsə də, bu gün də bir çox cəmiyyətdə aktual tibbi və sosial problem olaraq qalır.

İİV virusunun yaratdığı QİÇS-ə yoluxma insanın immun sisteminin infeksiya və xərçəng xəstəliklərinə qarşı həssas olduğu və həyati təhlükəsi olan mərhələdir. Bu xəstəliklər əsasən qorunmasız cinsi əlaqə, yoluxmuş qan və ya iynə ilə təmas, eləcə də anadan körpəyə keçmə yolu ilə ötürülür. Virus insanın immun sisteminin mühüm hüceyrələrini zədələyərək, onu digər infeksiyalara və xəstəliklərə qarşı zəif hala salır. Erkən diaqnostika və davamlı müalicə ilə İİV-lə yaşayan insanlar uzun və keyfiyyətli həyat sürə bilirlər.

Azərbaycanda İİV-lə bağlı dövlət tərəfindən bir sıra tədbirlər görülür. Respublika QİÇS-lə Mübarizə Mərkəzi bu sahədə əsas koordinasiya orqanıdır. Ölkədə İİV testləri pulsuz və anonim şəkildə aparılır. Eyni zamanda, İİV-lə yaşayan insanlar üçün antiretrovirus müalicə də dövlət tərəfindən təmin edilir.

Lakin virusun yayılması yalnız tibbi məsələ deyil, həm də sosial məsələdir. İİV-lə yaşayan insanlar çox zaman ayrı-seçkiliyə və cəmiyyətin mənfi yanaşmasına məruz qalırlar. Bu isə onların sosial inteqrasiyasını və psixoloji durumunu çətinləşdirir. Halbuki, İİV hava-damcı yolu ilə yayılmır və gündəlik sosial təmasla keçmir. Bu səbəbdən də maarifləndirmə işləri olduqca vacibdir.

Son illərdə xüsusilə gənclər arasında məlumat azlığı və qoruyucu vasitələrdən istifadə edilməməsi İİV-in yayılmasına və sonrakı mərhələyə (QİÇS) keçməsinə zəmin yaradır. Bu baxımdan, təhsil müəssisələrində, ictimai tədbirlərdə və media vasitəsilə düzgün məlumatlandırma işlərinin aparılması mütləqdir.

Bir sözlə, İİV-lə mübarizə yalnız dövlətin deyil, cəmiyyətin hər bir fərdinin də vəzifəsidir. Heç kəs bu məsələyə biganə qalmamalı, həm özünü qorumalı, həm də bu xəstəliklə yaşayan insanlara qarşı empatiya və dəstək göstərməlidir.

Rəsmi açıqlama bəzən qorxuducu olur...

Yeri gəlmişkən, bu günlərdə Səhiyyə Nazirliyinin QİCS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədovun yerli mətbuat orqanlarına verdiyi müsahibə istər mətbuatda, istər də sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb oldu. Onun xüsusilə də 2025-ci ilin 3-cü rübünün sonunadək Azərbaycanda 11 min 260 nəfərin İİV-lə yaşadığını açıqlaması cəmiyyətdə xeyli narahatçılıq doğurub. Əlbəttə, 10 milyon əhalisi olan bir ölkə üçün 11 min 260 nəfər elə də yüksək bir rəqəm hesab olunmur. Lakin bu virusun yoluxucu və istər qanla, istər də cinsi yolla keçiriciliyinin yüksək olması hər kəsi narahat edən faktordur.

Ən azı ona görə ki, çoxlarına görə, bu virusa yoluxan insanların hər biri nəzarət altında saxlanılmalı, digər vətəndaşları da bu cür dəhşətli xəstəliklərə yoluxdurmalarının qarşısı alınmalıdır. Bəs, bunun üçün ölkəmizdə hansısa tədbirlər görülürmü? Ümumiyyətlə, problemdən çıxış yolu nədir? Bu və digər suallara tanınmış həkim Adil Qeydbulla ilə müsahibəmizdə cavab tapmağa çalışdıq.

- Adil müəllim, Respublika QİCS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov Azərbaycanda 11 min 260 nəfərin İİV-lə yaşadığını açıqladı. İlk öncə onu bilmək istərdik ki, Azərbaycan üçün bu rəqəm nə dərəcədə yüksək hesab olunur?

- Qeyd edim ki, QİÇS xəstəliyini (sindromunu) törədən HIV (İİV) virusu — insan immunçatışmazlığı virusu keçən əsrin 80-ci illərində yaşlı meymunlardan insana keçmişdir. Yəni bu, zoonotik — heyvan mənşəli bir virusdur. Amma artıq bu gün onun bir neçə ştamı insanlarda yayılıb.

Əlbəttə, Azərbaycan üçün bu rəqəm yüksək göstəricidir. Nəzərə alsaq ki, bunun profilaktik tədbirlər mövcuddur, bunu azaltmaq mümkündür. Bu virus insanın bioloji mayeləri ilə - sperma, qan, onurğa beyni mayesi və s. vasitəsilə keçir. Ən çox yayılan yol isə cinsi yoldur. Bundan başqa, şaquli yolla anadan uşağa doğuş zamanı da keçə bilər.

- Necə düşünürsünüz, belə bir vəziyyətdə həmin xəstələr ciddi nəzarət altında saxlanılmalıdırmı?

- Bu xəstəliyin insandan insana yoluxmasının qarşısını almaq üçün müasir təbabətdə kifayət qədər üsullar mövcuddur: alətlərin sterilizasiyası, antiviral preparatların tətbiqi, birdəfəlik şprislərdən istifadə və s. Amma bir məqam var ki, qan köçürməsi zamanı tam təminat yoxdur. Düzdür, qan yoxlanılır, amma xəstə yoluxduqda ilk ay ərzində yoluxdurucu olur, qanda virusun aşkar edilməsi isə təxminən 3 aydan sonra mümkün olur. Ona görə də qanköçürmə zamanı virus xəstəliklərinin insana transferi mümkün sayılır. Məhz bu səbəbdən də dünyanın bir çox ölkələrində qan verənlərdən yazılı razılıq (imza) alınır.

- Belə iddialara var ki, bucür yoluxucu xəstəliklərin əksər daşıyıcıları psixoloji olaraq öz xəstəliyini başqalarınada yaymaqda maraqlı olurlar. O cümlədən nəzərə alsaq ki, bu xəstəliyin daşıyıcılarının az qala yarısı qadındır və onların arasında qeyri-sağlam həyat tərzi sürənlərində olduğu şübhəsizdir. Sizcə, bucür insanlarla davranışda hansı qadağalara əl atılmalıdır?

- Qadın xəstələrin ümumi sayda 50%-ə yaxın olması ciddi narahatçılıq yaradır. Bu isə göstərir ki, qeyri-sağlam və yüngül həyat tərzi keçirən qadınların rolu ciddi şəkildə nəzərə alınmalıdır. Belə qadınlar xəstəliyin yayılmasında iştirak edir. Açıq etiraf etsək, bu gün xəstəliyin ən çox yayılma səbəbi cinsi yoldur. Yoluxan insanlarda xəstəlik bir neçə ay sonra, hətta bir neçə il sonra baş qaldıra bilər. Həmin xəstələr təsadüfi müayinə olunmasalar və yaxud da əməliyyat olunmasalar özləri də xəstəliyindən məlumatsız olur. Ən pis cəhəti odur ki, xəstəlik gizlin şəkildə yayılır.

- Əlbəttə, bütün xəstəliklərdən qorunmağın yolu maarifçilikdən keçir. QİCS-lə mübarizə sahəsində aparılan maarifçilik fəaliyyəti sizi qane edirmi?

- Ümumiyyətlə, maarifləndirmə zəifdir. Profilaktika, maarifləndirici tədbirlər və hüquqi məsuliyyət məsələsi daha qabarıq şəkildə gündəmə gətirilməlidir. Məsələn, yüngül həyat tərzi keçirən qadınlar müəyyən edilərək nəzarətə götürülməli, qan analizləri aparılmalı və əgər xəstəlik aşkarlanarsa, onlara hüquqi məsuliyyət daşıdıqları barədə rəsmi xəbərdarlıq edilməlidir. Yəni, əgər bilərəkdən kiməsə bu virusu yoluxdururlarsa, bu, cinayət məsuliyyəti ilə nəticələnməlidir. Fikrimcə, birmənalı şəkildə o xəstələrə bu bildirilməlidir. Düşünürəm ki, həm hüquqi tədbirlər, həm maarifləndirici tədbirlər bu xəstəliklə mübarizədə ciddi rol oynamalıdır. Nəzərə alsaq ki, müasir dövrdə bu virusun səviyyəsini sıfıra endirən dərmanlar mövcuddur, amma virusu tamamilə orqanizmdən çıxarmaq, yəni kökündən müalicə etmək hələ mümkün deyil.

- Bəzi hallarda bu xəstəliyin zamanında aşkara çıxarılması qeyri-mümkün olur. Ümumiyyətlə, bu xəstəliyin ilkin əlamətləri nələr hesab olunur?

- Xəstəliyin ilkin əlamətləri immun sisteminin zəifləməsindən başlayır. İnsanlar tez-tez xəstələnir, soyuqdəymə və s. hallar olur. Bilirsiniz, Kapoşi sarkoması, digər bədxassəli şişlərin olması və s. müşahidə olunur. Sonra immun sisteminin zəifləməsinin digər əlamətləri - ayrı-ayrı xəstəliklərin atipik keçməsi, daha gərgin keçməsi və s. Yəni orqanizmin immun sisteminin zəifləməsinin istənilən əlamətində onun QİÇS-dən yoxlanması təmin edilməlidir.

Mən hesab edirəm ki, laborator analizlərə, təhlillərə gələn müasir xəstələrin hər birində bu analiz paketi olmalıdır. Bu, həm erkən aşkar etmədə ciddi rol oynaya bilər, həm virus hepatitlərini, həm də HIV virusunu aşkar etmək baxımından lazımdır. Yaxşı olar ki, bu ilkin analiz paketi olsun. Və əlçatan qiymətdə olsun ki, insanlar da bundan faydalana bilsin.

Söhbətləşdi: Jalə FAMİLQIZI

Share

Tweet

Email

Share

Share

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 Dekabr 2025 21:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri