Icma.az
close
up
RU
Azərbaycanın və Tailandın parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın və Tailandın parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Tailand Krallığının Nümayəndələr Palatasının sədr müavini Paradorn Prissananantakul ilə görüşüb. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, görüşdə APA-nın plenar sessiyasının yüksək səviyyədə təşkil olunduğu, bu təşkilatın bir çox mühüm məsələlərin müzakirəsi baxımından əhəmiyyətli beynəlxalq platforma olduğu diqqətə çatdırılıb. Həmçinin bu cür tədbirlərin təşkilata üzv ölkələr arasında dialoqun gücləndirilməsi və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da vacib rolu qeyd edilib.

Söhbət zamanı Azərbaycanla Tailand Krallığı arasında yaxşı əlaqələr olduğu, əməkdaşlığın inkişafı üçün müxtəlif imkanların mövcudluğu da vurğulanıb. Bu mənada parlamentlərimizin qarşılıqlı fəaliyyətinin dövlətlərimiz arasında əlaqələrin daha da inkişafına mühüm və müsbət təsir göstərə biləcəyi ifadə edilib.

Nümayəndələr Palatasının sədr müavini ölkəmizə səfəri ilə bağlı müsbət təəssüratlarını bölüşüb. O, Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasının uğurla təşkil olunması ilə bağlı təbriklərini çatdırıb.

Görüşdə beynəlxalq parlament təşkilatlarında da əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Sahibə Qafarova qonağa Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti və həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycanın sədrliyi ilə Parlament Şəbəkəsinin yaradılması, onun mühüm beynəlxalq əməkdaşlıq platforması kimi institusional əsaslarının gücləndirilməsi istiqamətində vacib işlər görülüb. Eyni zamanda, Parlament Şəbəkəsinin digər beynəlxalq parlament təşkilatları ilə əməkdaşlığının genişləndirilməsi ilə bağlı da addımlar atılır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Fevral 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri