Azərbaycanın velosiped milliləri Gədəbəydə təlim məşq toplanışına başlayıblar
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın Elit/U-23 və gənclərdən ibarət velosiped milliləri Gədəbəydə təlim-məşq toplanışına start veriblər.
"Cebheinfo.az" Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Vladimir Buşanski və məşqçi Elçin Qasımovun rəhbərliyi altında keçirilən hazırlıq prosesi 12 gün davam edəcək.
Toplanışın əsas məqsədi velosipedçilərin fiziki və funksional hazırlığının artırılması və qarşıdakı beynəlxalq yarışlara hazırlıqdır.
Elit/U-23 milli komandaları avqustun 27-30-da Türkiyənin Samsun şəhərində keçiriləcək "Tour of Samsun" (2.2) və sentyabrın 3-6-da baş tutacaq "Tour of Istanbul" (2.1) yarışlarında iştirak edəcəklər.
Qeyd edək ki, Gədəbəydəki hazırlıq prosesi oktyabrda Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək şose velosipedi üzrə Avropa çempionatına hazırlıq baxımından da mühüm əhəmiyyət daşıyır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 13 Avqust 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















