Azərbaycanın xarici dövlət borcu 316,2 milyon dollar azalaraq 4 milyard 813,5 milyon dollara düşüb
Marja.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2025-ci il üzrə dövlət borcu və dövlət zəmanətli borca dair illik Statistik Bülleten dərc olunub.
Marja.az Bülletenə istinadən xəbər verir ki, 2026-cı il 01 yanvar tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 25 milyard 987,5 milyon manat və ya 2025-ci il üzrə 129 milyard 94,0 milyon manat məbləğində - faktiki Ümumi Daxili Məhsulun (ÜDM) 20,1 faizini təşkil etmişdir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ümumi dövlət borcunun 8 milyard 183 milyon manatı (4 milyard 813,5 milyon ABŞ dolları) və ya 31,5 faizi xarici dövlət borcunun, 17 milyard 804,5 milyon manatı və ya 68,5 faizi daxili dövlət borcunun payına düşür.
2026-cı il 01 yanvar tarixinə xarici dövlət borcu 4 milyard 813,5 milyon ABŞ dolları və ya 2025-ci il üzrə 129 milyard 94 milyon manat (75 milyard 937,6 milyon ABŞ dolları) məbləğində faktiki ÜDM-in 6,3 faizini təşkil etmişdir. Xarici dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 316,2 milyon ABŞ dolları və ya 6,2 faiz azalmışdır.
2025-ci il ərzində kredit sazişləri çərçivəsində 106,8 milyon ABŞ dolları məbləğində vəsaitin istifadə edilməsi və xarici valyuta məzənnələrinin ABŞ dollarına münasibətdə möhkəmlənməsi nəticəsində xarici dövlət borcunun ABŞ dolları ifadəsində 49,8 milyon ABŞ dolları məbləğində artması müqabilində 472,8 milyon ABŞ dolları vaxtı çatmış əsas borc ödənişlərinin həyata keçirilməsi xarici dövlət borcunun azalmasını şərtləndirmişdir. 2026-cı ilin 01 yanvar tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin əvvəli ilə müqayisədə 0,6 faiz bəndi azalmışdır.
Kreditorlar üzrə bölgü 2026-cı ilin 01 yanvar tarixinə xarici dövlət borcu portfelinin 35,4%-i Asiya İnkişaf Bankının, 28,8%- i avrobondların, 13,7%-i Dünya Bankının, 22,1%-i isə digər kreditorlardan cəlb edilmiş öhdəliklərin payına düşür.
Ölkənin strateji valyuta ehtiyatlarının xarici dövlət borcuna nisbəti
2026-cı ilin 01 yanvar tarixinə ölkənin strateji valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı) 85,1 milyard ABŞ dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 17,7 dəfə üstələyir.
Ödəmə müddəti üzrə bölgü Xarici dövlət borcunun 58,2 faizi 5 ilə qədər olan müddətdə, 36,1 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 5,7 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır
Xarici dövlət borcunun Orta Ödəmə Müddəti
Mövcud kredit müqavilələri və avrobondlar üzrə geri ödəniş qrafiklərinə uyğun olaraq xarici dövlət borcunun Orta Ödəmə Müddətinin göstəricisi 5,1 il təşkil edir.
2026-cı il 01 yanvar tarixinə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olmuşdur: ABŞ dolları – 85,7 faiz, avro – 6,4 faiz, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,2 faiz, yapon yeni – 3,1 faiz, digər valyutalar – 1,6 faiz.
2026-cı il 01 yanvar tarixinə xarici dövlət borcu portfelinin 28,8 faizini və ya 1 milyard 387,3 milyon ABŞ dolları məbləğində hissəsini beynəlxalq maliyyə bazarında ticarət olunan xarici valyuta nominallı dövlət istiqrazları (avrobondlar) təşkil edir. Hesabat tarixinə beynəlxalq maliyyə bazarında ticarət olunan dövlət istiqrazları barədə məlumatlar aşağıdakı cədvəldə təqdim olunur.
İcraçı qurumlar üzrə bölgü
2026-cı ilin 01 yanvar tarixinə xarici dövlət borcu portfelinin 42,7 faizi hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən, 57,3 faizi isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklərin payına düşür.
2026-cı il 01 yanvar tarixinə xarici dövlət borcunun 60,7 faizi çoxtərəfli maliyyə institutları üzrə, 28,8 faizi avrobondlar üzrə, 10,5 faizi isə ikitərəfli maliyyə institutlarından cəlb edilmiş kreditlər üzrə öhdəliklərin payına düşür.
Daxili dövlət borcu
2026-cı il 01 yanvar tarixinə daxili dövlət borcu 17 milyard 804,5 milyon manat və ya 2025-ci il üzrə 129 milyard 94 milyon manat məbləğində faktiki ÜDM-in 13,8 faizini təşkil etmişdir. Daxili dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə 855,2 milyon manat və ya 4,6 faiz azalmışdır. 2026-cı il 01 yanvar tarixinə daxili dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin əvvəli ilə müqayisədə 1 faiz bəndi azalmışdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 04 Fevral 2026 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















