Icma.az
close
up
RU
Azərbaycanın xarici siyasət strategiyası balanslı və çoxşaxəlidir

Azərbaycanın xarici siyasət strategiyası balanslı və çoxşaxəlidir

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz regionda və beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi tanınır. İstər enerji sahəsində, istərsə də nəqliyyat və təhlükəsizlik məsələlərində Azərbaycanın iştirakı olmadan Cənubi Qafqazda və daha geniş regionda mühüm qərarların qəbul edilməsi çətinləşir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova ilə görüşü iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etmək baxımından mühüm hadisədir. Görüş zamanı tərəflər siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın gücləndirilməsi məsələlərini diqqət mərkəzinə çəkdilər. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və balanslı xarici siyasətin növbəti uğurlu təzahürüdür.
Azərbaycan və Şimali Makedoniya arasındakı diplomatik əlaqələrin əsası 1995-ci ildə qoyulub. İllər ərzində iki ölkə müxtəlif beynəlxalq platformalarda qarşılıqlı dəstək nümayiş etdirib. Xüsusilə, enerji təhlükəsizliyi, nəqliyyat marşrutlarının şaxələndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq sahələrində Azərbaycan və Şimali Makedoniya yaxın tərəfdaş kimi çıxış edirlər.
Azərbaycan Cənubi Qafqaz regionunda strateji enerji təchizatçısı kimi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Şimali Makedoniya isə Avropa İttifaqına inteqrasiya yolunda Azərbaycanın təcrübəsindən faydalana biləcək ölkələrdəndir. Bu kontekstdə Azərbaycanın təşəbbüsü ilə reallaşan TAP və TANAP layihələri Şimali Makedoniya da daxil olmaqla Balkan regionuna sabit enerji təchizatı baxımından mühüm əhəmiyyət kəsb edir.
Görüş zamanı enerji sektorunda əməkdaşlığın genişləndirilməsi məsələsi əsas diqqət mərkəzində olub. Şimali Makedoniya Azərbaycanın enerji ixrac marşrutlarına qoşulmaqda maraqlıdır və bu, ölkənin enerji təminatını şaxələndirməyə kömək edəcək. Eyni zamanda, ticarət dövriyyəsinin artırılması və investisiya imkanlarının genişləndirilməsi perspektivləri də dəyərləndirilib.
Azərbaycan həmçinin özünün uğurlu nəqliyyat-logistika layihələri vasitəsilə Şimali Makedoniyanın Avropa və Asiya arasında mühüm nəqliyyat dəhlizinə çevrilməsinə dəstək verə bilər. Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz layihəsi bu baxımdan yeni əməkdaşlıq formatları üçün geniş imkanlar açır.
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət beynəlxalq müstəvidə ölkəmizin nüfuzunu artırmaqla yanaşı, iqtisadi və siyasi əlaqələrin inkişafına böyük töhfə verir. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın mövqeləri daha da güclənib və beynəlxalq tərəfdaşlarla yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində mühüm addımlar atılıb.
Bugünkü görüşdən sonra bir daha əminliklə demək olar ki, Azərbaycan və Şimali Makedoniya arasında əlaqələrin dərinləşdirilməsi hər iki ölkə üçün yeni iqtisadi və siyasi imkanlar açacaq.
Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş xarici siyasət nəticəsində Azərbaycan yalnız öz regionunda deyil, həm də beynəlxalq müstəvidə mühüm oyunçular sırasında yer alır. Bu gün keçirilən görüş iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsinə təkan verəcək və strateji əməkdaşlığın yeni mərhələsinə yol açacaq.
Əməkdaşlığımızın davamlı və səmərəli olacağı şübhəsizdir. Azərbaycanın uğurlu xarici siyasəti isə ölkəmizin beynəlxalq arenada rolunu daha da möhkəmləndirməkdə davam edir.
Məşhur Məmmədov, Milli Məclisin deputatı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 12 Mart 2025 00:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see253

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see241

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see198

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see194

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see189

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see187

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see178

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see177

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see176

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see157

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see148

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see133

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see131

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see131

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see129

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see129

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see128

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see126

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see123

​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

10 Dekabr 2025 17:16see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri