Icma.az
close
up
RU
Azərbaycanın Vyetnamla strateji tərəfdaşlıqdan qazana biləcəyi potensial faydalar çoxşaxəlidir

Azərbaycanın Vyetnamla strateji tərəfdaşlıqdan qazana biləcəyi potensial faydalar çoxşaxəlidir

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Azərbaycanın Vyetnamla strateji tərəfdaşlıqdan qazana biləcəyi potensial faydalar çoxşaxəlidir.

Bunu "Report"a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Şərqi Asiya regionu üzrə eksperti Vüsal Quliyev deyib.

O qeyd edib ki, Azərbaycan ilə Vyetnam arasında imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamə ikitərəfli münasibətlərdə yeni bir dövr açır:

"Siyasi müstəvidə bu, ortaq prinsip və məqsədlərə əsaslanan müttəfiqliyin rəsmiləşdirilməsidir. İqtisadi sahədə qarşılıqlı faydalı layihələr və ticarətin şaxələndirilməsi üçün bir yol xəritəsidir. Humanitar planda isə xalqları yaxınlaşdıran, tarixi dostluğu yeni nəsillərə daşıyan bir körpüdür. Əgər əldə olunmuş razılaşmalar ardıcıllıqla həyata keçirilərsə, Azərbaycan-Vyetnam əməkdaşlığı müxtəlif mədəniyyət və iqtisadi modelləri birləşdirən uğurlu bir strateji tərəfdaşlıq nümunəsi olacaq".

Ekspert hesab edir ki, bu nümunə qlobal çağırışlar fonunda Azərbaycanın həm Asiya, həm də Avropa ilə inteqrasiya olunmuş inkişaf strategiyasına töhfə verməklə onun beynəlxalq arenada mövqelərini daha da gücləndirəcək:

"Bu strateji tərəfdaşlıqdan Azərbaycanın qazana biləcəyi potensial faydalar çoxşaxəlidir. Azərbaycan iqtisadiyyatı üçün yeni bazarlara çıxış imkanı yaranır. Azərbaycan şirkətləri üçün Vyetnam kimi böyük bir bazara investisiya qoymaq və ya məhsul ixrac etmək imkanları strateji tərəfdaşlıq hesabına asanlaşa bilər. Xüsusilə neft-kimya, kənd təsərrüfatı və xidmət sektorunda Azərbaycan məhsullarının və şirkətlərinin Vyetnamda rəqabət aparmaq şansı arta bilər. Eyni zamanda, Vyetnam istehsalı olan rəqabətqabiliyyətli istehlak mallarının (telefon, elektronika, məişət texnikası və s.) Azərbaycana idxalı genişlənə bilər ki, bu da yerli bazarda seçim imkanlarını artıracaq".

V.Quliyev vurğulayıb ki, səfər zamanı imzalanan sənədlərə əsasən, investisiya baxımından ikitərəfli sərmayə axını gözlənilir:

"Vyetnamın bəzi şirkətləri artıq Azərbaycanı Mərkəzi Asiya və Yaxın Şərq bölgəsinə çıxış nöqtəsi kimi görür. Məsələn, logistika və emal sənayesində Vyetnam investorları Azərbaycanda mövcud iqtisadi zonalara maraq göstərə bilərlər. Bu cür investisiyalar Azərbaycanın qeyri-neft sektorunun inkişafına töhfə verər, yeni iş yerləri yaradar. Azərbaycan isə Vyetnamda neft emalı və ya bərpa olunan enerji layihələrində iştirakı ilə yeni yaranmış bu əməkdaşlıq formatına öz dəstəyini verə bilər. Ümumən, strateji tərəfdaşlıq xarici sərmayənin cəlb edilməsi baxımından Azərbaycana əlavə kommersiya kanalları yaradır".

Müsahib diqqətə çatdırıb ki, strateji yaxınlaşmanın geosiyasi və beynəlxalq təsirləri də mühüm əhəmiyyət kəsb edir:

"Azərbaycan üçün Vyetnam Cənub-Şərqi Asiyada etibarlı bir tərəfdaş rolunu oynaya, Azərbaycanın dinamik iqtisadiyyata malik region ölkələri ilə diplomatik və kommersiya təmaslarının güclənməsinə kömək edə bilər. Həmçinin Azərbaycan da Vyetnamın Mərkəzi Asiya, Cənubi Qafqaz və ümumən Şərqi Avropa regionunda çoxtərəfli əlaqələrinin genişlənməsinə vacib aktor kimi çıxış edə bilər. Bu o deməkdir ki, Bakı və Hanoy regional inteqrasiya məsələsində bir-birinə arxa durma potensialına malikdir".

Həmsöhbətimiz onu da qeyd edib ki, strateji tərəfdaşlığın uğurlu olması Azərbaycanın dünyaya mesajıdır ki, o, coğrafi uzaqlıqdan asılı olmayaraq hər bir ölkə ilə qarşılıqlı faydalı əməkdaşlıq qura bilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://baku.ws
archiveBu xəbər 09 May 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri