Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Azərbaycan yaratdığı reallıqları dünyaya təqdim edir ŞƏRH

Azərbaycan yaratdığı reallıqları dünyaya təqdim edir ŞƏRH

Icma.az bildirir, Olke.az portalına istinadən.

“8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması, eləcə də bölgədə dayanıqlı sülh və əməkdaşlığı nəzərdə tutan Azərbaycan–ABŞ–Ermənistan arasında imzalanan üçtərəfli Birgə Bəyanat regionda və dünyada yeni reallıq yaradıb. Azərbaycanın qlobal sülhə, əməkdaşlığa və təhlükəsizliyə xidmət edən bu reallığı beynəlxalq birlik tərəfindən nəinki qəbul edilir, hətta təqdir olunur. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində çıxışı və keçirdiyi görüşlər bunun bariz nümunəsidir”.

Bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli Ölkə.az-a açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, Prezidentin BMT tribunasından çıxışı Azərbaycanın yaratdığı yeni reallıqların dünyaya təqdimatı və yeni dünya nizamında ölkəmizin oynayacağı rolun ifadəsi kimi qiymətləndirilməlidir.

“Cənab Prezident çıxışında uzun illər ərzində Azərbaycana qarşı törədilmiş təcavüz və işğaldan, bu müddətdə xalqımıza qarşı aparılan etnik təmizləmə və hərbi cinayətlərdən, bir milyon insanın məcburi köçkün həyatından danışdı. O, həmçinin qeyd etdi ki, nə BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğala son qoyması ilə bağlı qətnamələri, nə də ATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirdi. Əksinə, status-kvonun qorunmasına çalışdılar. Azərbaycan isə 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməli oldu. 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüz, 2023-cü ilin 20 sentyabrında isə tam suverenliyimiz bərpa edildi”, – deyə deputat vurğulayıb.

Müşfiq Məmmədli əlavə edib ki, qələbədən dərhal sonra Azərbaycan Ermənistanla münasibətlərdə yeni səhifə açaraq bölgədə sabitliyin və əməkdaşlığın təmin olunması istiqamətində sülh gündəliyi müəyyənləşdirdi. 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər aparılan danışıqlar məhz bu məqsədə xidmət etdi.

“Danışıqların yekunu olaraq 8 avqust 2025-ci ildə Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə sülh müqaviləsinin mətni paraflandı. Həmçinin Azərbaycanın tələbi ilə sülh prosesinə aidiyyəti olmayan ATƏT-in Minsk qrupu ləğv edildi”, – deputat qeyd edib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın əsas hədəfi bölgədə dayanıqlı sülh və regional əməkdaşlığa nail olmaqdır. Bu, Vaşinqton anlaşmasında da əksini tapıb. Sammitin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları gücləndirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) elan edilməsi olub.

Deputat bildirib ki, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan artıq beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevrilib. “2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təxminən 90 faiz artıb. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri kimi layihələrin də mərkəzində Azərbaycan dayanır”, – deyə o əlavə edib.

Müşfiq Məmmədli vurğulayıb ki, Prezidentin BMT tribunasından təqdim etdiyi əsas çağırışlar bunlardır:

- Rəqəmsal bağlantılar sahəsində əməkdaşlığın gücləndirilməsi və Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi;

- Yaşıl enerji keçidinin təmin olunması və 2030-cu ilə qədər enerji istehsalının 40 faizinin bərpaolunan mənbələr hesabına təmin edilməsi;

- Enerji təhlükəsizliyi və regional bağlantıların möhkəmləndirilməsi;

- Orta Dəhlizin imkanlarının daha da genişləndirilməsi;

- Xəzərin sürətlə geri çəkilməsinin qarşısının alınması üçün beynəlxalq səylərin artırılması;

- Qarabağ və Şərqi Zəngəzura “Böyük Qayıdış”ın təmin olunması;

Neokolonialist siyasətə qarşı mübarizə aparmaqla beynəlxalq hüquqa əsaslanan, ikili standartlardan uzaq, ədalətli və dayanıqlı dünya nizamına töhfə vermək.

Deputat sonda qeyd edib ki, Azərbaycanın beynəlxalq aləmə təqdim etdiyi bu reallıq yalnız bölgə üçün deyil, bütövlükdə qlobal sülh və təhlükəsizlik üçün mühüm əhəmiyyət daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Sentyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see929

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see511

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see364

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see329

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see302

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see296

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see282

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see274

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see270

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see264

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see254

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see251

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see250

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see240

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see235

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see232

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see232

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see212

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see210

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri