Icma.az
close
up
RU
Fransa Cənubi Qafqazda Azərbaycanın yaratdığı mövcud geosiyasi reallıqları qəbul etməyə başlayıb ŞƏRH

Fransa Cənubi Qafqazda Azərbaycanın yaratdığı mövcud geosiyasi reallıqları qəbul etməyə başlayıb ŞƏRH

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Fransanın Azərbaycandakı səfiri Sofi Laqut sülh yolunda qətiyyətlə irəliləyən bir ölkədə Fransanı təmsil etməyin onun üçün böyük şərəf olduğunu bildirib. “Tarixi, adət-ənənələri və müxtəlifliyi ilə zəngin, strateji əhəmiyyətə malik və sülh yolunda qətiyyətlə irəliləyən bir ölkədə Fransanı təmsil etmək mənim üçün böyük şərəfdir”,- deyə diplomat qeyd edib. 

Səfirin bəyanatını Redaktor.az-a şərh edən politoloq Zeynal Əmrəliyev bildirdi ki, bu bəyanat Azərbaycan-Fransa arasındakı gərgin olan münasibətlərin normallaşması istiqamətində mühüm addım ola bilər:

"Əgər səfirin bu açıqlaması Fransa dövlətinin yeni siyasi xəttini göstərirsə, bu, təbii ki, sevindirici bir haldır. Bu onu göstərir ki, artıq rəsmi Paris Cənubi Qafqazda Azərbaycanın yaratdığı mövcud geosiyasi reallıqları qəbul edir. Bu, ən çox Fransanın xeyrinə yarayacaq bir məsələdir. Çünki artıq Azərbaycan-Ermənistan arasında münaqişə vəziyyəti aradan qalxıb və Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Prezident Donald Trampın vasitəçiliyi ilə İlham Əliyev və Nikol Paşinyan arasında sülh müqaviləsinin paraflanmasına dair razılaşma əldə edilib".

Onun sözlərinə görə, Fransanın bu günə qədər uğrunda mübarizə apardığı məsələ məhz ATƏT-in Minsk qrupunun fəaliyyətinin qalması idi:

"Artıq Azərbaycan və Ermənistanın ortaq müraciəti nəticəsində ATƏT-in Minsk qrupu da öz fəaliyyətini sonlandırdı. Fransanın faktiki olaraq Cənubi Qafqazdakı siyasəti iflas etdi. Fransa səfirinin bu açıqlamasında müsbət məqamlar var. Artıq Fransa Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərpa olunmasını qəbul etməyə çalışır. Bu, gələcəkdə ikitərəfli münasibətlərə müsbət təsir edəcək amildir. Amma yenidən Fransanın erməni diasporuna boyun əyərək Ermənistanı hansısa bir formada silahlandırmasının, yeni təxribatların yol açmasına şahid olsaq, təbii ki, bu münasibətlərin irəliləməsi barəsində söhbət gedə bilməz. Azərbaycan hər zaman sülh və sabitlik istəyən dövlət olub, sülhə çağırışlar edib. Fransanın bunu gec-tez görməsi bizi sadəcə məmnun edə bilər".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Sentyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri