Icma.az
close
up
RU
Azərbaycanın yaşıl dünya naminə fəaliyyətlərdə özünəməxsus təcrübəsi var AZƏRTAC

Azərbaycanın yaşıl dünya naminə fəaliyyətlərdə özünəməxsus təcrübəsi var AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 18 dekabr, AZƏRTAC

Dekabrn 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və Gənclər Fondunun əməkdaşlığı ilə “Yaşıl gələcəyə könül ver” mövzusunda görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl könüllülər tərəfindən musiqi nömrələri nümayiş etdirilib və süni intellekt vasitəsilə hazırlanmış şəkillərdən ibarət sərgiyə baxış olub.

Görüşdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Pantomima teatrının aktyorlarının ifasında ətraf mühitin qorunması ilə bağlı mesajları özündə əks etdirən tamaşa izlənilib.

Tədbir çərçivəsində könüllülərin fəaliyyətini əks etdirən və COP29 konfransı ilə bağlı təəssüratlarından ibarət videoçarxlar nümayiş olunub.

Görüşdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ölkəmizin qısa müddət öncə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyi etməsinə diqqət çəkib. Komitə sədri Azərbaycanın yaşıl dünya naminə həyata keçirilən fəaliyyət çərçivəsində özünəməxsus təcrübəsinin olduğunu əlavə edib. Bildirib ki, Azərbaycan Tərəflər Konfransının üzvü kimi ekoloji proseslərə öz töhfəsini verməklə yanaşı, həm də milli töhfələri təmərküzləşdirməkdə, vahid məcraya yönəltməkdə və hər kəsi əhatə edəcək fəaliyyət planlarının icrasında öncüllük edir.

Komitə tərəfindən artıq bir neçə ildir ki, “Ailəm könüllüləri” layihəsinin həyata keçirildiyini bildirən sədr, könüllü proqramlarının əldə edilən bütün nailiyyətlərin əsas tərkib hissələrindən biri olduğunu deyib.

Cəmiyyət, dövlət və ailələr arasındakı sarsılmaz bağa diqqət çəkən Komitə sədri, bu mühitin hər birinin sağlam olmasının vacibliyini qeyd edib.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov təbiətin mühafizəsinin, flora və faununın, eləcə də biomüxtəlifliyin qorunmasının, sağlam qidalanmanın təmin edilməsinin, sudan qənaətlə və səmərəli istifadənin önəmini vurğulayıb. O, inkişaf etmiş ölkələrdə texnologiyanın və sənayənin yüksək inkişafının fəsadları haqqında da məlumat verib: "İnsanlarda ekoloji mədəniyyət formalaşdırmaq lazımdır. Təhsil sistemində bu sahəyə xüsusi diqqət ayrılmalıdır”. Nazir müavini bildirib ki, yalnız ekoloji tərbiyə və ekoloji mədəniyyətin gücü ilə bilikli və təhsilli gənclik sayəsində bu mənfi təsirlərin həcmini azaltmaq olar. O, müəllimlər üçün yaşıl gələcək, ekoloji tarazılıq mövzularını özündə əks etdirən xüsusi metodiki tədris vəsaitlərinin hazırlandığını və bütün məktəblərdə tədris ilinin ilk dərsinin məhz Yaşıl Dünya Naminə Həmrəylik İlinə həsr edildiyini diqqətə çatdırıb.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva COP29 konfransı çərçivəsində gənclərin aktiv fəaliyyətini xüsusilə vurğulayaraq, onların keçirilən tədbirlərə mühüm töhfələrini qeyd edib: “Bizim pavilyonumuzda təkcə könüllü gənclər deyil, könüllü qatılmaq istəyən kifayət qədər şəxslər də var idi. Onları gənclərin bu tədbirlərə və ümumilikdə COP29-a optimist yanaşması cəlb edirdi" - deyə o bildirib. İ.Hacıyeva könüllülərin hər bir təşəbbüsə operativ, dəqiq, peşəkar və gülərüz yanaşmasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, biz gələcəyimizi daha optimist və uğurlu görmək üçün təbiəti, suyu, ekoloji tarazlığı qorumalıyıq. İnsan fəaliyyəti daha çox elmə və biliyə əsaslanmalıdr. Çünki düşünülməmiş və elmə əsaslanmamış hər bir addım ağır nəticələrə səbəb ola bilər. Gənclərin bu haqda düşünməsi, siyasi iradə sərgiləməsi, fərdlərin davranış tərzi olduqca vacibdir. İ.Hacıyeva təmsil etdiyi nazirliyin növbəti illərdəki fəaliyyətində ekoloji maariflənmə istiqamətində xüsusi olimpiadaların keçiriləcəyini diqqətə çatdırıb.

Çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov iqlim dəyişikliyinin insan sağlamlığına təsirlərindən danışıb. Qeyd edib ki, iqlim dəyişikliyinin dolayı yolla su və qida ehtiyatlarının, sanitariya imkanlarının azalmasına və nəticədə müxtəlif xəstəliklərin yayılmasına səbəb olur. Nazir müavini bu vəziyyətlə mübarizə məqsədilə mümkün tədbirləri qeyd edib, bərpaolunan enerji mənbələrindən istifadənin önəmini vurğulayıb. O, könüllü gənclərin bu sahədə maarifləndirmə işində və ümumi məlumatlılıq səviyyəsinin artırılmasında mühüm rol oynaya biləcəklərini vurğulayıb.

Çıxış edən Milli Məclisin deputatı, COP29-un iqlim çempionu Nigar Arpadarai Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasında könüllülərin aktiv fəaliyyətini yüksək qiymətləndirib. O, Azərbaycanda könüllülük fəaliyyətinin artıq ənənə halını aldığını vurğulayaraq, ildən-ilə könüllülərin təşkilatçılığa daha çox cəlb olunduğunu, kommunikasiya bacarıqları ilə daha peşəkar yanaşmalarının müşahidə olunduğunu qeyd edib. Deputat COP29-a könüllü qəbulu elanından sonra 16 min gəncin qediyyatdan keçdiyini, 3 min gəncin isə prosesdə iştiraka cəlb edildiyini diqqətə çatdırıb: “Bir gün ərzində 9 min nəfərin könüllü olmaq üçün qeydiyyatdan keçməsi bizi yaxşı mənada təəccübləndirdi. Bu, onu göstərir ki, könüllülərin aktivliyi gözlənildiyindən daha yüksəkdir" - deyə o əlavə edib.

Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev bildirib ki, keçirilən tədbirlərdə Azərbaycan könüllülərinin təkcə izləyici kimi deyil, iştirakçı qismində çıxış etməsi sevindirici haldır. “Bu, dövlətimizin, dövlət başçısının gəncliyimizə verdiyi dəyərin və gənclərimizin də bu qayğını hiss etməsinin nəticəsidir” - deyən V.Əliyev COP29 dövründə əvəzsiz və aktiv fəaliyyət göstərdikləri üçün könüllülərə təşəkkürünü bildirib.

Çıxışlardan sonra könüllülər tərəfindən dövlət rəsmilərinə ünvanlanan suallar cavablandırılıb, müvafiq qurumların könüllü təşkilatlarının ətraf mühitin mühafizəsinə dair əməkdaşlıq razılaşması səsləndirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2024 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri